Üç kəsdən qorxmalıyıq- mərhəmətsizdən, iki üzlüdən, pis əməl törədəndən.
Üç adama əl tutun- xəstəyə, qəribə, ümidsizə.
Üç hakimin hökmündə xəta axtarmayın- qəlbin, qədərin, ölümün.
Üç şey səadətin açarıdı- təvazökarlıq, qənaət, ölümü düşünmək,
Üç şeyi sevməyən ruh qəbir kimi qaranlıqdır- allahı, uşaqları , zalim və güclü olmayanlara itaəti.
Üç yerdə insan özünü tanıyar- tövbədə , zalımın zülmü altında, son nəfəsində.
Üç cür insan allahı görməklə müjdələnər- saf qəlblilər , gecənin qaranlığında günəşi kəşf edənlər, ölümlə birlikdə yaşayanlar,
Üç şeyin arxasınca getməliyik- həqiqətin, xeyirin, gözəlliyin ,
Üc şeydən uzaq olmalıyıq - zülümdən , küfrdən, cəhalətdən,
Üç şeylə dünya cənnət olar - əlində olanı verməklə , bağışlamaqla , hidayət yolunu göstərməklə.
Üç şeydə həyatın mənası özünü göstərər- eşqlə birləşən ümiddə , şövqlə edilən ibadətdə , göz yaşı ilə yuyulan mərhəmətdə .
Üç yalanın günahı Adəm oğlunun adına yazılmaz - savaş vaxtı deyilən yalan (çünki savaş məharəti hiylədən ibarətdir), həyat yoldaşının könlünü almaq üçün adamın dilinə gətirdiyini yalan , iki adamın arasını düzəltmək üçün deyilən yalan
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев