Soyuyub buz olur hərarətim də.
Sənin yoxluğunda dəyişir hər şey,
Səninlə bir gedir səadətim də.
Gecələr yuxum da gedir gözümdən,
Gedir gözlərimin yuxusu sənlə.
"İtirir ətrini nərgiz, yasəmən",
Yox olur güllərin qoxusu sənlə.
Ümman gözlərimdə batır arzular,
Sönür baxışların alovu, odu.
Əlindən bəh-bəhlə yediyim nə var
Sənin yoxluğunda vermir o dadı.
Ögeylik duyuram doğma kəslərə,
Başqa bir hal olur sən gedən kimi.
Ya mən kar oluram bütün səslərə,
Ya dünya lal olur sən gedən kimi.
Nə dilim söz tutur, nə əlim qələm,
Diriyəm, ölüyəm bilə bilmirəm.
Elə bil ortada var-gəl edirəm,
Yaşaya bilmirəm, ölə bilmirəm.
Köhnə fotolara dönür kainat,
Gözümə ağ-qara görünür aləm.
Elə ki, dönürsən boyanır həyat,
Təbii rənginə bürünür aləm.
Sən mənim ən böyük həqiqətimsən,
Sənə nə ad qoyum, vallah bilmirəm.
Bəlkə də yaranış mahiyyətimsən,
Bəlkə də,..
Bəlkə də Allah...
Bilmirəm!!!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев