İnsanlar ölür, ölüm var. Başa düşürsüz? İnsanlar ölür. Görmüşəm, ölürlər. Torpağ olurlar. Yox olub heçliyə qarışırlar. Həyatda heçnə ölüm qədər əzab vermir adama. Və heç kim, heç kim üçün ölü bir adam qədər darıxmır. Mənə elə gəlir ki, sevdiyi birini son dəfə görə bilməmək daşıya bilinməyəcək qədər ağır bir yükdür, amma ömür boyu daşımalı oluruğ. Fəryad səsi ən qəmli mahnılardan belə kədərlidir. Toprağ sevdiklərimizin bədənlərini alıb, yağışla birgə qoxusunu geri verir bizə. Sevdiklərimi torpağa bağışlayandan sonra, hər kəsə, hər şeyi bağışladım. İtirə-itirə gedirik bizdə, ölümə tərəf. Və sonda bizdə şəkillərə çevrilirik. Şəkillərdə qalır insanlar. Bir kitabın arasında, ya da soyuğ bir divar
Sevgi insanın qəlbində və gözlərindədir .Davranışlarında və səs tonundadır sənə verdiyi önəmdə və dəyərdədir.Sənin üçün etdiyi fədakarlıqdadır .Baxışlarında və titrəyən nəfəsindədir sənin ən mükkəmməl olduğunu düşünən beynindədir . Sevgi sənə təslim olmuş ruhundadır .Sənə doğru atılan adımlarındadır• Sevmək gözəl hisdir ...... Salam olsun sabahiniz xeyir.
"İnsanın dərdi nə qədər böyük olarsa, gülüşü bir o qədər isti olarmış, o dərd gözəlləşdirərmiş onun ürəyini. Elə deyirlər,bizim buralarda. O dərdin böyüklüyü nəyə görə ölçülər biçilər bilmərəm. Fəqət birinin gülüşünün istiliyini hissetdimmi, anlıyıram ki, dərdi çoxdur. Gözəlləşib dərdiylə." sabahlar xeyir olsun