Birdir bizim qismətimiz,sən mənimsən-mən səninəm/
Yaşasın məhəbbətimiz,sən mənimsən-mən səninəm/
★★★★★★★★★★
Usandı ruhum canımdan,yarım gəlmədi zavala/
İnsaf elə salma məni,bu qədər qəmə-məlala/
Acı həsrətə son qoyub,yetmək istərəm vüsala/
Puç olmasın niyyətimiz,sən mənimsən-mən səninəm/
★★★★★★★★★★
Naz elədin yandı canım,yenə küsmədim həyatdan/
Köçüb getmək istəyirəm,sonu fani kainatdan/
Gedir zaman,gün,ay və il,gedir dəqiqə,saatdan/
Sona yetsin həsrətimiz,sən mənimsən-mən səninəm/
★★★★★★★★★★
Məcnun düşdü səhralara,Leyli dedi Leyli gəzdi/
İbni Sənan eşqdən ötrü,dinin satdı dinin əzdi/
Nəzər salsan mənim sevgim,onlarnan eyni əvəzdi/
Yox eşqə xəyanətimiz,sən mənimsən-mən səninəm/
★★★★★★★★★★
Bu dünya fani dünyadır,gələn eyləyir tamaşa/
Həyat dolu sirrlər ilə,qəribədir başdan-başa/
Qovuşaq bir-birimizə,ömür sürüb dolaq yaşa/
Ucalsın səadətimiz,sən mənimsən-mən səninəm/
★★★★★★★★★★
Sevgi əzəldən belədir,sonu yoxdur ayrılıqdır/
Neçə-neçə aşiq-məşuq,sevgidən qəlbi qırıqdır/
Mamed sənində ürəyin,sevgi tərəfdən sınıqdır/
İtibdir əziyyətimiz,sən mənimsən-mən səninəm/
★★★★★★★★★★
İmza:MaMeD MəNa
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев