Gözlərim həsrətdir,xumar gözünə/
Təbəssümlə dolu,gülər üzünə/
Həsrətəm səsinə,şirin sözünə/
Nə olar qayıt gəl,gülüm hardasan?/
★★★★★★★★★★★
Sən yoxsan yanımda,ağlayıram mən/
Ümüdü ALLAHA,bağlayıram mən/
Ümman tək coşuram,çağlayıram mən/
Sənə yetişməyir,əlim hardasan?/
★★★★★★★★★★★
Öpüb saçlarından,hey oxşayardım/
Qara tellərini,hey darayardım/
Səni səsləyəndə,bir ad qoyardım/
Qayıt gəl dözmürəm,dəlim hardasan?/
★★★★★★★★★★★
Sənsizlik zülümünə,dayananmıram/
Sənin yoxluquna,inananmıram/
Sənsizlik yükünü,daşıyanmıram/
Sənsizlik zülümdür,zülüm hardasan?/
★★★★★★★★★★★
Sənsizəm göz yaşın,necə silərəm/
Rəhm elə dözməyib,axı ölərəm/
Sən gəlmə eybi yox,özüm gələrəm/
Yetər ki,yerini,bilim hardasan?/
★★★★★★★★★★★
Bülbül həzzin alır,güldən-çəməndən/
Məndə öz həzzimi,alıram səndən/
Yox yox bacarmaram,istəmə məndən/
Səni bir dəfəlik,silim hardasan?/
★★★★★★★★★★★
Ay Mamed o getdi,qayıtmaz daha/
Səni tərk etməklə,batdı günaha/
Hər gün yalvarıram,uca ALLAHA/
Alsın bu canımı,ölüm hardasan?/
★★★★★★★★★★★
İmza:MaMeD-MəNa
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1