“Ata mən səni çox istəyirəm... Amma sən bizi qoyub getdin... Ata mən sənin üzünə deyə bilmirəm... Ancaq mən bura yazıram. Sən gələndə sənə deyəcəyəm... Mən operasiyaya (əməliyyata) girdim. Sən mənim əlimdən tutmuşdun... Mən operasiyadan çıxanda sən mənim əlimi buraxıb getdin və dedin: hər şey yaxşı olacaq... Mən yuxudan duranda əlimi buraxıb dedin ki, indi mən gedirəm şirinim...
... Hə uşaqlar, mənim atam, Vaqif atam gələndə mən bunu ona oxumağa verəcəyəm...
...Gəl ata, mən səni istəyirəm...
...Mən istəyirəm ki, sən gələndə mən sənə sevincimdən ATA VAQİF deyəm...
...Ata VAQİF yadındadır, sən həmişə mənə “şirinim” deyərdin. İndi sən getdin. Amma mən inanıram ki, sən gələcəksən. Sən gedəndən mənim az qala ürəyim partlayır. Mən bütün valideynləri görüb, deyirəm ki, mənim atam niyə gəlmir?
Allahım, sən bilirsən ki, atamı özün aparmısan... Və o mənim gözəl atam idi...
Ata mənim sənə bir sözüm var: onu sən gələndə deyəcəm... Amma bu söz çox önəmlidir. Bu söz gəlmək haqqındadır. Deyim? Yoxsa yox?! Amma deyəcəm? Pisinə gəlsə də deyəcəm: Səndən küsmüşəm... Ona görə küsmüşəm ki, sən evə gəlmirsən...
Ata sənin getdiyin ikinci ildir. Artıq 10 yaşım keçir... sənin il mərasimində şeir oxudum... hamı mənə baxıb deyirdi ki, o qızın atası yoxdur... Mən də hirslənirdim...
Ataaaaaa.... nə olur gəl, mən çox darıxıram, əvvəlki xatirələrimizə, günlərimizə darıxıram...
“Ata, ata...” yazanda elə qışqırmaq istəyirəm ki... İstəyirəm ki əlini mənə vurasan... İstəyirəm ki, qapımızı döyəsən... və səni qucaqlayım... bu günlüyümü açanda da sən qapını döy və mən bu yazdıqlarımı sənə oxuyum...
Nə bilim... bax indi-indi ürəyimi boşaldıram...”.
🥀Yenə sənin üçün darıxıram. Yenə ağlım qarışdı ata.... Darıxmaq ağılı qarışdırırmı? Bunu öyrətməmişdin mənə.
Bu gün mənim ad günümdür. İndi səkkiz yaşımdayam. Böyüdüm kişi oldum, amma hələ anlamıram səndən niyə məhrumam, ata... Məktəbli forması mənə çox yaraşır. Sənin həmişə görmək istədiyin kimi tərtəmiz, səliqəli bir şagird oldum, amma sən isə görə bilmədin, təəssüf edirəm, çox təəssüf, ata...
Qarlı bir qış günü idi... Səni bir tabutun içinə qoymuşdular... Yenə çox yaraşıqlı idin... Dərin bir yuxuya getmişdin... Çağırdım dəfələrlə, səsləndim sənə, cavab vermədin küsdüm sonra... Bəs söz vermişdin, ilk qar yağanda qartopu oynayacaqdıq... Hava çox soyuq idi, amma nənəm ağlayarkən "oooyyy ciyərim yanır" deyirdi...
İnsanın ciyəri necə yanır, ata?
Çox böyük bir izdiham vardı... Hər kəs, amma hər kəs ağlayırdı... Həmişə bir ağızdan
"Şəhidlər ölməz, vətən bölünməz" deyirdilər... Sən şəhidsən, ölə bilməzsən...
Ölmədinsə hardasan, ata?
Böyük bir dövlət bayrağı ilə örtmüşdülər tabutunu... Sən onu həmişə göylərdə görmək istəyirdin... "Müqəddəs sevdam, bayrağım" deyirdin... Nədənsə bir az da qısqandım o vaxt səni... Bağışla, ata... Yaxşı, bəs niyə anlamıram hələ...?
İndi sən öldünmü? O zaman vətən bölündümü?
Çox qarışdı, ağlım ata... Vətəni kim bölmək istəyər ki...? Bu böyük günah deyilmi? Atam izah edərdi və həmişə "mənim atam da şəhid oldu vətəni qurtarmaq üçün" deyərdi... Deməli, babam yox, yermi öldü? Niyə təkrar vətəni bölmək istəyirlər, ata? Bəs məktəbə gedəndə hər şeyi öyrənəcəkdim? Bunları niyə öyrətmirlər, ata? Bildiyim tək şey var...
O da, sən də yoxsan yanımda...
Anam çox darıxır sənsiz bilirəm. Atanla qürur duyuram deyir. İnsan qürur duyarkən ağlayarmı? Həsrətə öyrəşmək olarmı, ata?
Bilirsənmi ata, mənim ciyərim yanmır, əllərim çox isti deyil... Duman da çıxmır... Amma içimdə bir yer var... Səni hər düşündüyümdə ora çox ağrıyır, sızlayır, sanki qopacaqmış kimi olur... Sanki bəziləri davamlı ürəyimi sıxır. Yəqin sən yoxkən həmişə xəstə oluram, ata...
Bu ağrıya necə dayanaq? Əllərin əllərimi harada gözləyir? Səninlə qaçdığımız yollar bizim üçün necə darıxır... Vətəni hansı canavar bölər? Onlara səndən başqa kim "dayan" deyəcək?
Gəl, nə olar gəl başa sal mənə... Öyrət, başa sal ki, məndə şəhid olum ata...
Allah cümlə şəhidlərə rəhmət eləsin
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев