Qidalanma institutunun alimləri müxtəlif
qidaların beyin fəaliyyətinə təsirini
öyrənərək maraqlı nəticəyə gəlmişlər. Məlum
olmuşdur ki, beyin hüceyrələrinin fəaliyyətini
ən adi qida məhsullarının köməyi ilə stimulə
etmək olar. Əsas məsələ hansı məhsulun
tərkibində nədən nə qədər olduğunu
bilməkdir.
İnsan beyni mürəkkəb mexanizmdir və onun
normal fəaliyyəti üçün sinir hüceyrələri (100
milyarddan artıqdır) çoxlu miqdarda enerji
almalıdır.
Məlumdur ki, beyin qəbul edilən qidadan
alınan enerjinin 20%-ni mənimsəyir. Ona
görə də elə qidalar seçib yemək lazımdır ki,
onlardan alınan enerji orqanizm üçün
kifayət etsin.
Görəsən bu keyfiyyətlər yediyimiz hansı qida
məhsullarında var?
Kök – maddələr mübadiləsini stimulə edilir.
Yaddaşı möhkəmləndirir, öyrənilmiş
materiallırın mənimsənilməsinə və yadda
saxlanmasına kömək edir. Tələbə və
məktəblilərin imtahandan əvvəl
sürtgəcdən keçirilmiş kökə bitki yağı qatıb
yeməsi məsləhətdir.
Ananas – yaradıcı peşə ilə məşğul olan
insanlar üçün vacibdir. Yaddaşda irihəcmli
mətnlər və notlar saxlanması probleminə
yardım edir. Onun tərkibində olan C
vitamini tez bir zamanda fikirləri səfərbər
etməyə kömək edir. Eyni zamanda onun
kalorisi azdır.
Avakado – tərkibində çoxlu miqdarda yağ
turşuları olduğundan qısa müddətli
yaddaş üçün yaxşı mənbədir.
Baş soğan – zehni yorğunluğu və psixi
əzginliyi aradan qaldırır. Həmçinin qanı
durulaşdırır, beynin oksigenlə təminatını
asanlaşdırır.
Qoz - sinir sistemini möhkəmləndirir, baş
beynin fəaliyyətini stimulə edir. Məsuliyyətli
məruzələr, çıxışlar, konsertlərə
hazırlaşanlar qoz yeməyi unutmasınlar.
Xırda dəniz xərçəngləri – beyni yağ
turşuları ilə təchiz edir ki, onlar da diqqəti
möhkəmləndirirlər. Gün ərzində 100 qram
yemək kifayətdir. Lakin nəzərə almaq
lazımdır ki, onlara yalnız kulinar işləmədən
sonra duz tökmək olar.
Əncir – tərkibindəki maddələrə görə
aspirinə yaxındır, yəni beyni təmizləyir,
beynin yeni ideyalara olan həssaslığını
artırır. Əncirin tərkibində olan efir yağları
qanı durulaşdırır, beyni oksigenlə yaxşı
təchiz edir. Ona görə də yaradıcı işlə
məşğul olanlara əncir yemək məsləhət
görülür.
Zirə – tərkibində olan efir yağları sinir
sistemini stimulə edir. Cirə çayı içmək
məsləhətdir: 1 stəkan suya 2 çay qaşıq
quru kütlə əlavə edilərək dəmlənilir.
Kələm – qalxanvari vəzinin aktivliyini
azaldır, sinir sistemini sakitləşdirir.
Limon – informasiyaların qəbulunu
asanlaşdırır, tərkibindəki C vitamininin
yüksək dozası iş qabiliyyətini artırır.
Qaragilə – baş beynin qan dövranını
yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət
təsir edir.
İstiot – tərkibində C vitamini və kalium var.
Onların çatışmazlığı zamanı yaddaş
pozğunluğu, yorğunluq, əllərin və
ayaqların soyuması, axşamlar isə
qıcolmalar baş verir. Yuxu səthi olur,
soyuqdəymə hallarına tez-tez rast gəlinir.
Bağırsaq fəaliyyəti pisləşir, dəri qaşınır,
yaralar gec sağalır, döyənəklər əmələ gəlir.
Bütün bunlara qarşı gündə 2-3 dəfə
qırmızı istiot yemək məsləhətdir.
Qinqko biloba - bir çox müsbət təsirləri ilə
bərabər beynə kifayət qədər oksigen və
qidalı maddələr daxil olmasını təmin edir,
sinir hüceyrələrinin qocalmasının qarşısını
alır. Ondan hazırlanmış preparatlar
(qinqko, tanakan) əksgöstərişsiz və əlavə
təsirsiz təbii tənzimləyicilərdir.
Bitkinin qəbulundan 3 həftə sonra onun
müsbət effekti hiss olunmağa başlayır.
Yaşı 60-ı ötmüş insanlara ildə 3 dəfə 3
həftəlik kursla onu qəbul etmək
məsləhətdir.
Balığın tərkibi fosfor, yod, kalium ilə
zəngindir ki, bunlar da sinir sisteminin
normal fəaliyyəti üçün vacibdi
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев