Предыдущая публикация
Sənə çox can dedim. ey can,can olub neyləmisən?
Demə canan özünə, canan olub neyləmisən?
Getmisən daima biganəni şad eyləmisən…
Aşiqin həsrət ilə viran olub, neyləmisən?
Demə imkanım olanda səni yad eyləyərəm.
O qədər fürsət olub, imkan olub, neyləmisən?
Dərmanım olsa da səndə, ölərəm istəmərəm,
Səndə hər dərdimə hər dərman olub neyləmisən??
Bir dəfə mehmanım oldun, azı min kərə dedin…
Mənə güya ki, gəlib mehman olub neyləmisən?
Baba, biz insanıq, insan ilə insanlıq edək,
Qoy deməsinlər ki bizə insan olub neyləmisən?
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев