Siyasi Məhbusları Müdafiə Mərkəzi”nin üzvü Əlövsət Sadıqlı özünün facebook səhifəsində 03 yanvar 2019-cu il tarixdə keçirilmiş aksiyada inzibati həbs edilmiş etirazçıların apellyasiya şikayətlərinin qərar haqqında paylaşım edim.Həmin paylaşımı olduğu kimi dərc edirik.
Salam Dostlar!
03 yanvar 2019-cu il tarixdə keçirilmiş aksiyada inzibati həbs edilmiş etirazçıların apellyasiya şikayətlərinə baxılması prosesində müşahidələrimi diqqətinizə çatdırıram:
11.01.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsində AzelTV-nin təsisçisi – jurnalist Əfqan Sadıqov, “Qarabağ Komitəsi”nin üzvü Səxavət Nesibov, Kanal13-ün əməkdaşı – jurnalist Nurlan Qəhrəmanlı və AXCP üzvü Elimxan Ağayevin apellyasiya şikayətinə baxıldı.
Məhkəmə prosesləri müxtəlif hakimlər tərəfindən və təxminən, eyni vaxtda keçirildiyinə görə “Siyasi Məhbusları Müdafiə Mərkəzi”nin üzvü – hüquq müdafiəçisi kimi bu proseslərin yalnız ikisində – Əfqan Sadıqov və Səxavət Nəsibovun məhkəmələrində monitorinq aparmaq imkanım oldu.
Əfqan Sadıqovun şikayəti üzrə hakim Həsən Əhmədov vəkil Cavad Cavadovun vəsatətlərinin heç birini – nə aksiyanın video-görüntüsünü əldə etmək və jurnalist Əfqan Sadıqovun həmin aksiyada məhz öz peşə vəzifəsini yerinə yetirmiş olmasını sübut etmək məqsədilə nəzarət kameralarından görüntülərin əldə edilməsi barədə, nə də həmin məqsədlə şahidlərin dindirilməsi barədə vəsatətləri qəbul etmədi.
İnsafən deyim ki, vəkil C.Cavadov mövcud Azərbaycan reallığında vəkil kimi nə edə bilərdisə, etdi və Əfqan Sadıqovun həmin aksiyada yalnız jurnalist kimi peşə fəaliyyətini yerinə yetirdiyini və əslində onun həbsi və peşə fəaliyyətinə maneçilik yaratmaqla cinayət əməlinə yol verildiyini hüquqi dəlillərlə sübuta yetirsə də, hakimin əvvəlcədən açıq-aşkar görünən mövqeyində dəyişiklik yarada bilmədi.
Hakimin “məhkəmədən xahişiniz?” sualına isə Əfqan Sadıqov belə cavab verdi:
“Mən akiyada iştirakçı deyildim, yalnız jurnalist kimi peşə fəaliyyətimi yerinə yetirirdim və peşə vəzifəmi yerinə yetirməyim Əliyev rejiminə sərf etmədiyi, rejimin iç üzünü açdığım, ictimailəşdirdiyim üçün həbs edilmişəm. Jurnalistlik fəaliyyətimlə əlaqədar neçə dəfələrdir ki, məni şərləyib həbs edirsiniz. Hesab edirəm ki, nə qədər ki Əliyevin diktatura rejimi var, belə də olacaq. Məni məcbur edirsiniz ki, aksiyaçılara qoşulum, mübarizəni onların sırasında aparım və yəqin ki, bu, belə də olacaq! Hakimdən isə heç bir xahişim-zadım yoxdur! O
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев