Çəkdin aydınlığa, kor zülmətləri
Sanki gözləyirdim çoxdandir səni
Ne tez sən öyrətdin, özünə məni..?
Sözün--söhbətlərin həyatın zəri
Parlayır dodaqda səhər Şəbnəmi
Salmısan ruhuma göyərçinləri
Nə tez sən öyrətdin, özünə məni..?
Açıram çox erkən, hər gün səhəri
Gözüm pəncərədə, gözləyir səni
Oldun ürəyimin süp--səhər mehi
Ne tez sən öyrətdin, özünə məni..?
Lalə yanagında nəm, səhər şehi
Gülüşün, könlümdə açıb gülləri
Donan ürəyimin oldun günəşi
Nə tez sən özünə, öyrətdin məni..?
Bu nə sevgidir, nə sevda hissi
Qəlbimə, qəlbindən bagladın simi
Bu qədər görmüşdün mənim qəmimi
Ne tez sən öyrətdin, özünə məni..?
Sona dək danışdın ötən günləri
Məndə dinləyirdim sakitcə, səni
Biçdin vicuduma, ruhundan zəri
Nə tez sən öyrətdin, özünə məni..?
Sən unutdurmusan mənə, qəhəri
İçimdə olmusan sevincin--şəni
Sevirəm səndəki qəlbi---ürəyi
Yaxşı ki, öyrətdin özünə məni…!
H ì K m È ⓣ D è N ì Z
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1