Burada toxucular, papaqçılar, dulusçular, dərzilər fəaliyyət göstərib. Əmircan xalçaları "Xilə Buta" və "Xilə əfşan" dünyanın hər yerində məşhurdur və dünyanın bir çox muzeylərində saxlanılır (Məsələn, Moskva Dövlət Tarix Muzeyində).
Əmircan oz qutablari ilə də çox məşhurdur (Xilə qutabı). XIX əsrin axırı XX əsrin əvvəllərində kənddə 2 bazar olub. Onlardan biri Əmircanın mərkəzində "Meydan yeri" idi. Bu, gündəlik bazar idi. Bu bazarda ərzaq malları, göyərti, yerli bağların meyvəsi, yerli sənətkarların hazırladıqları məhsullar bir-biri ilə dəyişdirilirmiş.
İkinci bazar Əmircan yolu üstündə indiki Suraxanı küçəsində yerləşən "Həftə bazar" idi. Bu bazarda həftədə bir gün böyük alver olurmuş. İndi də bu bazar Bakının yeddi kəndini birləşdirən bazar olaraq qalır.
XIX əsrin sonları XX əsrin əvvəllərində Abşeronda Əmircan "xozeyinlər" kəndi kimi məşhur olub. Neftçıxarmada işləyənlərin də çoxu əmircanlılar olub. Bu ərazi daim ağ nefti ilə tanınıb. O dövrdə yerli sahibkar Cavad ağa Əmircanın yuxarı hissəsində ağ neft zavodu tikdirib. Beləliklə, kənd əhalisinin həyatında dəyişikliklər əmələ gəlib. Neft quyuları qazılır, yollar çəkilir, müxtəlif texniki avadanlıqlar emalatxanaları meydana gəlir, buxarxanalar, yaşayış evləri, kazarmalar tikilməyə başlayırdı. Bu, həmin dövr idi ki, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov kimi varlı adamlar meydana gəlmişdi.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев