olan – Təqva
Günahdan uzaq gəzək
Öz təcrübi həyatımızla bağlı bir
məsələni deyirəm ki, inşaallah
daha çox canlanma, daha yaxşı
irəliləmə olsun. O məsələ budur
ki, Allaha yaxınlaşmaq üçün əsas
məsələ günahları tərk etməkdir.
Müstəhəblər, nafilələr, təvəssüllər,
dualar və digər məsələlər ikinci
dərəcəlidir. Əsas məsələ budur ki,
insan özünün günah və yanlış
əməllərinə mane olsun. Bu, təqva
tələb edir. Təqva və pəhrizkarlıq
insanın qazanmalı olduğu ən
mühüm, ən birinci şeydir. Günaha
mane olan da odur.
Dua və diqqətin maneələri
Günah icazə vermir ki, insan
özünü, hətta ilahi məğfirətin
sahilinə çatdırsın, ondan istifadə
etsin. Günah qoymur ki, biz dua
və diqqət əhval-ruhiyyəsi tapaq.
Günah qoymur ki, biz özümüzə
yenidən baxış keçirmək, özümüzü
yenidən tərbiyə etmək fikrinə
düşək. Çalışaq günahdan uzaq
olaq. Bu, məsələnin birinci
şərtidir.
Əlbəttə, günahlar müxtəlifdir.
Müxtəlif fərdi və ictimai günahlar
var. Əl, göz, dil və digər vasitələrlə
meydana gələn günahlar. Ola bilər
ki, müsəlman fərdlər üçün günah
gizli qalmasın. Nəyin günah
olduğunu bilirlər. Dua oxuyan,
müstəhəb əməllər həyata keçirən,
şəri vəzifəsini icra edən, amma
bunlarla yanaşı günahdan
çəkinməyən şəxs sanki
soyuqladığı halda qızdırmalı
vəziyyətdə həm soyuqdəymə
dərmanı qəbul edir, həm də
soyuqdəymə üçün ziyanlı
yeməklər yeyir. Bu halda təbii ki, o
dərmanların xeyri olmayacaq.
Əgər xəstə adam ona ziyan olan
yeməyi yesə, ona ziyan olan əməli
etsə, qəbul etdiyi pereparatlar
təsirsiz olacaq.
Rəhmət və məğfirətdən istifadə
zəmini
Rəhmət, məğfirət və ilahi mənəvi
feyzdən istifadə üçün zəmin
yaratmaq lazımdır və bu, günahı
tərk etməklə mümkündür. Ona
görə də siz Kümeyl duasında
görürsünüz ki, Əmirəlmöminin (ə)
deyir: “İlahi, dualarımın qarşısını
alan günahlarımı bağışla!”
Günahlar duanın qəbul
olunmasına mane olur. Əbu
Həmzə duasında oxuyursunuz:
“İlahi! Mənimlə günahlarım
arasında fasilə yarat”. Vəzifələrimi
həyata keçirməyimə mane olan,
özümü sənə yaxınlaşdıra
bilməyimə səbəb olan
günahlarımı bağışla. Əsas məsələ
günahı tərk etməkdir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев