haqqında söhbət açmaq istəyirəm. Bu
adın özündə o qədər məğrurluq, əzəmət
var ki hisslərim təlatümə gəlir,
damarlarımda qanım coşur, ağır bir
imtahan qarşısında olan kimi dərin
məsuliyyət duyuram. Bu nəhəng qüvvənin
qarşısında biz həmişə bas əyirik, ona
səcdə edirik. Ana müqəddəsdir, ana
ülvidir, ana əzizdir.
Belimin sütunu, gözümün nuru
Aydan aridir o sudan da duru
Canimin atəsi,odu,qururu
Həyat ciragimin yagidir ana
Ana! Mehriban, doğma varlıq! Biz övladlar
səndən gözlərinin işığını, gəncliyinin
təravətini alırıq. Biz böyüdükcə sən
qocalırsan, ay ana! Saçlarına dən düşür,
mehriban çöhrəndə qırışlar yaranır. Bu
qırışlar bizim yolumuzda çəkdiyin iztirab
və həyəcanlarının izidir.
Gözümün nuru, canım ana!
Böyütdün sən bizi yana-yana
Qədrini el bilir
ətrini gül bilir
saçının ağına, qarasına qurbanam
ömraman əsirin laylasına qurbanam
Körpə ikən ana qayğısına, ana nəvazişinə,
ana əllərinin sığalına daha çox ehtiyac
hiss edirik. Analarımız ağır
dəqiqələrimizin ortağı, yuxusuz
gecələrimizin keşikcisidirlər. Mehriban
ana əli, ana siğalı bizim ağrılarımızı
qiymətli həkim dərmanından daha tez,
daha sehrkarlıqla sağaldır. Biz
analarımızın qanadlı arzuları, biməz-
tükənməz diləkləriyik. Ana arzularının
qanadlarında biz səadətli, işıqlı günlərə
gedir, dünyanın ən nadir xoşbəxtliklərinə,
bəxtiyarlığına yetişirik.
Ana! Dünyada sənin ürəyin qədər geniş,
sənin məhəbbətin qədər dərin bir
məhəbbət təsəvvür etmək çətindir.
Bəstəkarlar ürək titrədən mahnılarını,
rəssamlar ən təsirli əsərlərini, şairlər ən
qiymətli şerlərini sənə həsr edirlər.
Dünyada anadan şirin, anadan gözəl,
anadan əziz varlıq təsəvvür etmək
mümkün deyildir. Biz beşikdə yatdığımız
zaman o bizim gələcək həyatımızı
düşünür. Soyuq, boran olsa belə biz
ananın mehriban və isti qoynunda
yuxuya gedirik. Ayağımıza bir tikan
batanda sanki ananın ürəyinə ox sancılır,
qəlbi göynəyir, ağrımız ürəyinə qəbul
edərək onu azaltmağa çalışır.
Mənim anam çox mehriban və ağıllıdır.
Mən anamı çox sevirəm. O mənim
həyatım, varlığımdır.
Əlimdə olsa da, min bir işlərim,
Ana, yanında bir heç sanaram onu.
Mən qurban edərəm sənə hər şeyi,
Səcdənə gələrəm ömrüm uzunu
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев