♥ღ
...
Nə çox istədim bu gün, qəlbimə hökm etməyi,
"Gözlə" deyilən yanğınla, imtahandayam yenə.
Və...özümü tərk edib, uzaqlara getməyi,
Könlümün yorulduğu, bir limandayam yenə...
...
Məskən tutsam, quşlarla, kimsəsiz sahilləri,
Sürgün etsəm, içimdən, cavabsıız sualları,
Təkcəcənə buraxsam, əsirlik xəyalları,
Ruhumun sovrulduğu, bir dumandayam yenə....
...
An, bir an sonrasına, necə keçməz öyrəndim,
Mən illərə, Dənizin, səbri ilə dirəndim,
İndi, yağış gözləyən, səhraya həvəsləndim,
Ümidin vurulduğu, bir zamandayam yenə...
...
Ay buludlar, söyləyin, mən qədər giryanmısız...?
Bir ömrün yekununa, beləcə ziyanmısız...?
Göz yaşımı tökənmi, yoxsa duyanmısınız...?
Sevginin qovrulduğu, bir xırmandayam yenə.......15.11.2013..(İlhamə Abbas Yusifqızı...)
.....
Hayat notalar kimidir......enişli - yoxuşlu....calışıb "axrıncı akkordu" elə vurmalısan ki, əlin alqışlarına səbəb olsun....(İlhamə Abbas Yusifqızı...)
..
Doğrudanmı qocallıram….?
...
Ağ saçlara dəydi gözüm,
Baxdı oğlum, baxdı qızım,
Min sualla dindi sazım,
Bu nə qardı,bu nə boran.
Doğrudanmı qocallıram….?
....
Ötən günlər dönməz geri,
Nə tez aşdım zirvələri,
İndi budur pillələri,
Mən enirəm aram-aram,
Doğrudanmı qocallıram...?
...
Azaldıqca nur gözümdən,
Nalə qopur hər sözümdən,
Tükəndikcə güc dizimdən,
Xəyallara mən dalıram,
Doğrudanmı qocalıram...?.
.......
Toplasaq da min bir çıçək,
Arzu böyük, ömür gödək,
Geri dönən gəmilər tək
Sahillərə yan alıram,
Doğrudanmı qocallıram…?.
...
Axşam düşür, gecə yarı,
Külək tökür yarpaqları,
Qəmli könül çalır tarı,
Nə havadır, mən çalıram,
Döğrudanmı qocalıram...?
...
Bel bükülür, şux qalıram,
Mən həyatdan zövq alıram,
Bu həyata hey baxıram,
Qocaldıqca ucalıram,
Xoşbəxtəm ki, qocalıram....?.....07.09.2010...(İlhamə Abbas Yusifqızı...)
.....
Toxunmadı baxışların.....
Ürəyimi titrətmədi, yarpaq kimi.
İslanardım damlasında yağışların,
Pıçıldardım qulağına, dodaq kimi.
Son nəfəsim, ağuşunda ola kaşki,
Gözlərinə baxım, öləm.
Son gücümü toplayaraq, gül ətrini qoxub öləm...
...
Toxunmadı baxışların...
Əvvəlki tək gözlərimə, baxmadın sən,
Qaçıraraq baxışını, gözlərimi dağladın sən.
Əlin soyuq, qəlbin soyuq,
Şaxtalı bir qış kimisən.
Ağlamağa qıymadığım, gözümdəki yaş kimisən...
...
Toxunmadı baxışların...
Qəlbimdəki közərtini, od-alova döndərmədi,
Bu gün o yar çevrəsində tanışların,
Salam verib, aşıqini dindirmədi.
Qaytar geri, o zamanki baxışları,
Həyat verib, yaşat məni.
Çağa, yaşlı, bir sevgini öldürməyə qıyma, gülüm,
Gözlərində qocalt məni..............................(İlhamə Abbas Yusifqızı...)
...
Baxışından baxışıma...
...
Baxışından baxışıma
Qıvrılan o yollara bax.
Sənə tərəf kəpənək tək
Açılan bu qollara bax...
...
Baxışından baxışıma
Şimşək çaxdı, göy gurladı.
Təlatümə gəldi gözlər,
Sevgi dolu bir nur aldı...
...
Baxışından baxışıma
Səssiz-səssiz sözlər axdı.
Qulağıma pıçıldayıb,
Göz süzüldü, gözlər baxdı...
...
Xəzan vurmuş ürəyimə
Yaz çiçəyi səpələndi.
Doldu, daşdı bu gözlərim,
Dəniz kimi ləpələndi...
...
Zülmət olan bu dünyama
Gəlişinlə günəş doğdu.
Damla-damla gözlərimdən,
Nur ələndi, yağmur yağdı...
..
Təngiyirdim, tövşüyürdüm,
Nəfəs verdin nəfəsimə.
Yaz gülü tək elə açdım,
İlham qatdın həvəsimə...
..
Dünya neçə rəngə çaldı,
Sevgimizin çalarında.
Can olmusan, qan olmusan,
Konlumun "şah" damarında.........(İlhamə Abbas Yusifqızı...)
....
Mənə hədiyyə et baxişlarini. ..
...
Fikrin bulud kimi, göz yaşin dolu,
Gözlərin yağdirir yağişlarini.
Sən sevgi dolusan, məhəbbət dolu,
Mənə hədiyyə et baxişlarini. ..
Mənə hədiyyə et solğun üzlərin,
Qəlbimi titrədən yaniq naləsin.
Mənə hədiyyə et nəmli gözlərin,
Qəlbimə süzülən qəm şəlaləsin.
Qayna axib-coşan bulaqlar kimi,
Ömür ağacimi sulayan sən ol.
Mənə hədiyyə et sonsuz sevgini,
Damla-damla olub ürəyimə dol.......(İlhamə Abbas Yusifqızı...)
....
Şeirlə nə işim vardı mənim......"gözlərini görməsəydim".........
...
Səni gördüyüm gün, payız səhəri,
O, nurlu gözlərə, bir nəzər saldım.
Itirdim özümü, bircə anda mən,
Elə, həmin gündən yollarda qaldım...
...
O ilk baxışlarım, o ilk həyəcan,
Bu taleh, qisməti etməzdim güman.
Düşünmədim, nə olacaq sonumuz.
Sənə "ilk baxışdan" vurulan zaman..........(İlhamə Abbas Yusifqızı...)
.....
SƏNİ SEVƏCƏYƏM...
...
Səni sevəcəyəm, zaman durunca
Səmalar qaralıb, gün tutulunca, vaxt qocalınca
Sənə gələcəyəm...
Getdiyin yolları öyrənmək üçün
Ömürdən qazancım "bir yığın şeir"
Qısıb qucağıma əzizim kimi
Sənin karvanına qoşulacağam...
Səni sevəcəyəm...bu sirli yuxunu yozana kimi...
Sonu zülüm ikən, ayrılıqların, kökünü dibindən qazana kimi
Belə sevəcəyəm...
Uzadıb əlimi qışın sonuna, küsüb sazağına, küsüb donuna,
Ətirli güllərin çələng çağını, kiçik sevgilərin nəhəng çağını
Gözləyə-gözləyə, baxışım suallı, dilim dualı,
Səni görəcəyəm, hər baxışında...Gizli iztirabın, yazılan yazın
Bükəcək belini dilindəki mən,
Qovacaq ilbəil, günbəgün səni.
Soyuq pəncərənin önündəki "mən"
Səni sevəcəyəm...
Bu yolda ümüdüm yeyilənəcən,
Adıma "sərsəri" deyilənəcən.
Köçürüb ruhuna "yuxu ömrümü",
Belə sevəcəyəm, sevilənəcən.....................(İlhamə Abbas Yusifqızı....)
..
BİLMİRƏM,NİYƏ KÜSDÜN!....
..
Bilmirəm,niyə küsdün?
bulud gəldi üzünə...
Qüssə yoll tapdı nədən,
o işıqlı gözünə!...
..
Susdun,baxmadın mənə,
gözünü dikdin yerə...
Titrədi gül dodaqlar,
bəs niyə birdən-birə!...
..
Hamı səni gözləyir,
danışsana,nə oldu!...
Yaman tez inciyənsən,
bir bax,gözün də doldu!...
..
Küsmək sənə yaraşmır,
gülümsə, qaçsın qəmin...
Ürəyinə pıçılda:
-Yaxındadır həmdəmin!...
..
Bir yeganə arzum var:
Könlümü güldürəsən!...
Mənim sevən qəlbinə
eşqini bildirəsən............04.12.2013..(İlhamə Abbas Yusifqızı..)
BİR ÜMİD...
..
Əzablarım çox olsa da,
dərdi-qəmi daşımadım...
Səadətim yox olsa da,
mən ümidsiz yaşamadım!...
..
Sevdim,seçdim bu həyatı,
evim bildim kainatı...
Ümidimlə işıq etdim,
ömrümdəki hər saatı...
..
Ümid-inam insan üçün
qaranlıqda mayak olar...
Zülmətlərdən Siz də keçin,
ümid özü dayaq olar!........21.07.2014...(İlhamə Abbas Yusifqızı...
ŞAİR-NUR ÖVLADIDIR...
..
Xoşbəxt olurmu şair,
acılar içəcəksə!....
Yox onun ki məlhəmi,
canından keçəcəksə...
..
Söz neyləsin,varsa qəm,
sən anla ürəyimi...
Sanki yağar leysanlar,
oxşayar ürəyimi!...
..
Dedin:"Nəğmə oxuyum?..."
axı özün nəğməsən...
Gözlərimə eşqlə bax,
göyləri görəcəksən!...
..
Şair-nur övladıdır,
ürəyi səadətsə!...
O,həmişə xoşbəxtdir-
mövzusu məhəbbətsə!......23.07.2014...(İlhamə Abbas Yusifqızı...)
QISILMIŞDI SİNƏMƏ...
..
O işıqlı gecədə,
başımı qaldıraraq,
baxdım bir anlıq sənə...
bilirsənmi,o gecə
anlamışdım nəyi mən!...
Yox bunu anlamadın...
sevməmişdin axı sən...
..
O gecə hiss elədim,
ağlım doğrunu duydu...
Amma köksümün altı,
ağrı ilə doluydu...
..
Əlimdən nə gəldi ki,
getmişdi səadətim...
QISILMIŞDI SİNƏMƏ,
tək qalan məhəbbətim......24.07.2014..(İlhamə Abbas Yusifqızı...)
QALIB DÖYÜNƏ-DÖYÜNƏ...
..
Köksümdə bir quş balası,
qalıb döyünə-döyünə...
Mən də ömür yaşayıram,
elə deyinə-deyinə!...
..
Günlərimiz yalan olur,
varlığımız talan olur...
Bizlərə də olan olur,
saxta geyinə-geyinə...
..
Yaman çox bilən olmuşuq,
hamıya gülən olmuşuq...
Hamıdan geri qalmışıq,
vallah,öyünə-öyünə!.............27.07.2014..(İlhamə Abbas Yusifqızı..)
ANA, YAMAN AĞRIYIRAM...
..
ANA, YAMAN AĞRIYIRAM...
RUHUM İÇİMDƏ CİSMİMİ
CIRMAQ-CIRMAQ ELƏYİB.
DÖZƏ BİLMİR.
HARAY SALIB,
SƏSİ DÜŞÜB QULAĞIMA.
DUZU BASIR DAYANMADAN
İÇİMDƏKİ O QAN VERƏN YARALARA,
SANKİ MƏNİM ACIĞIMA.
TALEYƏ DƏ ÜSYANIM VAR.
YETMƏDİMİ..?
YOLLARIMA DÜZDÜ DAŞI,
QAR YAĞIŞI...
BƏXTİ YAZAN QƏLƏMİNDƏ DƏRDDƏN BAŞQA
YAZI YOXMU...?
NƏ VAXT MƏNİ GÜLDÜRƏCƏK..?
DEMİŞDİLƏR,
BİLİRDİM Kİ,
MƏNİ ELƏ, SEVDİKLƏRİM ÖLDÜRƏCƏK...
ANA, YAMAN AĞRIYIRAM...
YOX, BİLİRƏM,
ƏLİN ÇATMIR, ƏLİ ÇATMIR
NƏ ATAMIN, NƏ DƏ SƏNİN.
GƏLƏ BİLSƏN,
YUXUSUNA GƏL ONLARIN.
DE Kİ NOOLAR,
TOXUNMAYIN, MƏNİM VİRAN ÖVLADIMA.
O SƏRGƏRDAN,
O ÜNVANSIZ MURADIMA...
BİR DƏ...
BİR DƏ, İNANMIRAM.
BƏSİRƏTİ KOR OLANLAR
YUXUNU DA, YOX GÖRƏCƏK.
ÖMRÜ MƏNƏ ÇOX GÖRƏNLƏR,
ÖLÜMÜ DƏ, ÇOX GÖRƏCƏK.
ANA, YAMAN AĞRIYIRAM...
YOX, ƏSLİNDƏ
ƏTRAFIMDA VARLIĞIYLA-YOXLUĞUNU BİLMƏDİYİM
MİN ÖZGƏDƏN,
AĞRILARIM DAHA DOGMA, DAHA ƏZİZ.
MƏN BİLİRƏM, NƏ ÇƏKİRƏM,
İSTƏYİRƏM SİZ BİLƏSİZ:
BİRİ VARDI, BİRİ YOXDU....
BİR NAĞIL DA, ALMALARSIZ SONA GEDİR.
BU BOYDAYDI, BU GÖRKƏMDƏ.
“MƏN”DƏN KEÇDİ,
“SƏN”Ə GƏLDİ,
“O”NA GEDİR..!......26.08.2014..(İlhamə Abbas Yusifqızı...)
ÖTƏN GÜNLƏR...
...
Sevgidən güc alardınız,
Coşub daşar,çağlardınız.
Kaş həmişə qalardınız,
Ömrümə nur saçan günlər
Ötən günlər,ötən günlər...
..
İlk eşqimin əzəlisiz,
Siz həmişə mənimləsiz.
Dar günümdə təsəllisiz,
Ürəyimdən keçən günlər
Ötən günlər,ötən günlər...
..
Sizsiz qəlbim gəlir dilə,
Əriyirəm gilə-gilə.
Uzaqlaşır ildən-ilə,
Məni qoyub qaçan günlər
Ötən günlər,ötən günlər...
..
Yuxu idi,gördüm getdi,
Bir nağıldı, olub bitdi.
Olan oldu, keçən keçdi,
Bir də dönə haçan günlər....?
Ötən günlər,ötən günlər..... ......26.08.2014..(İlhamə Abbas Yusifqızı...)
AY ƏZİZİM...
..
Necə qaçım,necə axı-
o sevdalı baxışlardan!...
Baxıb-baxıb doymamışam,
sevgi dolu naxışlardan...
..
Gözlərini çox sevmişəm,
bir buludsuz səma kimi!...
Yanağına yağış yağdı-
dərd eylədim bu sevgimi!..
..
Titrək səsin həzin kaman,
nəğmə oldu qulağımda...
Sənsiz axı çox çətindi,
titrəyiş var dodağımda!...
...
Ağlama,əzizim, belə,
bu halın yandırar məni...
Mən səninlə çox xoşbəxtəm...
sənsizliyim həsrət olar,
şüşətək sındırar məni...
..
Ağlama,mənim əzizim,
o ağrıda qalıb gözüm...
Səni bir də tək qoymaram,
kiri daha,ay əzizim!...............22.09.2014...(İlhamə Abbas Yusifqızı...)
TƏSADÜF
*
Həyatda qəribə təsadüflər olurmuş. Küçədə mən, neçə illər bundan öncə mənə dərs deyən sinif müəlliməmlə rastlaşdım. Müəlliməm çox qocalmışdı. O, çox fikirli görünürdü. Addımladığı küçə də elə bil müəlliməm kimi yaşlaşmışdı. Bəlkə də o, yaşlaşmış küçədə dayanıb, cavanlığını yada salırdı. Mən onu görcək onun itən gözəlliyi üçün çox təəssüfləndim. Elə bil müəlliməm küçədə nəyi isə itirmişdi. Mən onun qapqara gözlərinə baxdım. Axı, gözlər dəyişmir. İlahi, gözəlliyi yox, gəncliyi itirmək nə dəhşətlidir.
Üzümü səmaya tutdum və dedim: - İlahi, müəlliməmi keçmişinə, cavanlığına qaytar. Birdən elə hiss etdim ki, bomboz bulud topası şimşək göndərdi üstümə. Göyün sinəsini ağ işıqla yazdı. Mən elə hiss etdim ki, bu ağ işıq müəlliməmin gənclik ömrü idi.
*
Bu gözəl ilhamı
mən səndən aldım.
Sənə baxıb – baxıb
xəyala daldım.
Müəllimə sən qocaldın
mən çox kövrəldim.
Ey körpə ürəkli
qocaman müəllimə.
*
Çox kövrəldim. Axı, elmin açarını o, mənə aşılayıb. Qələmimə baxdım, gözlərim yaşla doldu. Dedim: - Ay qələm, illərlə öncə, bax o insan, səni mənim əlimlə birlikdə tutub yazmağı öyrədib. Bunun üçün mən, sənə də, o, körpə ürəkli qocaman müəlliməmə də minnətdaram.....05.10.2014..(İlhamə Abbas Yusifqızı...)
Tanı məni...
...
Sən dənizin sahilində gəzə-gəzə,
düşünürsən görən nəyi...?
Dayanmısan dənizlə sən
üz-üzə.
Saçlarına sığal çəkir dəli-dolu,
gah acıqlı,gah da sakit
yaz küləyi...
..
Qumlu sahil,sənsə tənha,
o illəri qaytarmağa ümid yoxdur,
yoxdur daha.
Gərək indi unudasan ötüb keçən
o anları.
Unudasan bəlkə məni.
Yox-yox, bunu yalan dedim,
unudulmaq istəməzdim.
İstərdim ki, məni hər an
yada salıb çağırasan.
Dözməyərək mənsizliyə,
dözməyərək tənhalığa,
lap eləcə dəli kimi
çığırasan.
....
Mənsə səni eşidərəm.
Pıçıltıyla danışsan da,
eşidərəm.
Sanma ki, mən uzaqdayam,
sənə elə gələ bilər.
Mən qışdayam,mən yazdayam.
Mən həmişə səninləyəm.
Dayandığın o sahilin ləpəsiyəm.
Üz-gözünə zər damcılar səpəsiyəm.
Saçlarını qarışdıran külək mənəm.
Göz oxşayan təbiətin dərəsiyəm,
təpəsiyəm.
Səninləyəm...!
Sən bilsən də,bilməsən də.
Ağlayanda göz yaşımı
silməsən də.
Səninləyəm....!...........10.10.2014..(İlhamə Abbas Yusifqızı...)
..
Sənlə röyalarda görüşəcəyəm...
..
Qəribə bir fikir gəlib ağlıma,
Sənlə röyalarda görüşəcəyəm...
Hələ ki ümid var, ay mənim gülüm,
Sənlə röyalarda görüşəcəyəm...
...
Bu həsrət, min röya, yadıma salıb,
Bu həyat, de sənin, nəyinə qalıb...?
Hər şirin xəyalı, köyünə alıb,
Sənlə röyalarda görüşəcəyəm...
...
Həyatın dibləri, hərəsi bomboş,
Bu həsrət qarıdır,bizi ötür yaş
Bir aylı gecədə, gülüm hazırlaş,
Sənlə röyalarda görüşəcəyəm...
..
.Bəlkə bu dünyadan, xatirə qaldı,
Hər röya bizlərə, düşən misaldı.
Bütün röyaların, sonu vüsaldı,
Sənlə röyalarda görüşəcəyəm...
...
Bu sevgi röyadır, düzünə qalsa,
Röya da duyulur, sevgi duyulsa.
Sənə söz verirəm, yuxu da olsa,
Sənlə röyalarda görüşəcəyəm... ...........01.11.2014...(İlhamə Abbas Yusifqızı...)
..
O NƏĞMƏ TANIŞ MƏNƏ...
...
Yenə səni düşündüm,
nəğmə oldu ürəyim...
Elə bil ki,söz ilə,
daşdı-doldu ürəyim...
Sən ömrümün mənası-
ay gözümün işığı...
...
O nəğmələr danışdı,
körpə kimi dil açdı...
Mənə necə tanışdı-
üstümə doğru qaçdı...
Sevgimdi yaraşığı,
ay gözümün işığı...............06.12.2014...(İlhamə Abbas Yusifqızı...)
..
DƏNİZDƏ AXŞAM...
..
Dəniz,sənin maviliyin,
o gözəldən alıbmı rəng...
Üfüqdəki qızartılar,
ikinizlə bir-həmahəng...
..
Dəniz,gözəl sənindimi,
yoxsa, göylərdən endimi...?
QUCAQLADIN O GÖZƏLİ,
bəs suların sərindimi...?
..
Nə xoşbəxtdi o dalğalar,
belə gözəl əsiri var...
Dəniz daha qəşəng olur,
indi bildim ki axşamlar............09.12.2014..(İlhamə Abbas Yusifqızı...)
..
LÖVHƏ...(Gör yadıma kim düşüb?...)
...
Yağış yağacaq yenə,
gözlərimə nəm düşüb...
Ağlayacaq nəğmələr,
sözlərimə qəm düşüb...
...
Yağış oxudu nəğmə,
zil qarışıq-bəm düşüb...
Mən unutdum özümü-
gör yadıma kim düşüb...?
SƏN DÜŞMÜSƏN YADIMA............12.12.2014...(İlhamə Abbas Yusifqızı....)
..
O İŞIQLI GECƏDƏ...
...
Sığınmışdın sinəmə...
O işıqlı gecədə,
başımı qaldıraraq,
baxdım bir anlıq sənə...
bilirsənmi,o gecə
anlamışdım nəyi mən...
Yox bunu anlamadın...
sevməmişdin axı sən...
..
O gecə hiss elədim,
ağlım doğrunu duydu...
Amma köksümün altı,
ağrı ilə doluydu...
...
Əlimdən nə gəldi ki,
getmişdi səadətim...
QISILMIŞDI SİNƏMƏ,
tək qalan məhəbbətim..........14.12.2014...(İlhamə Abbas Yusifqızı...)
..
MƏN...
..
Bu,deyəsən,özüməm...,
bu dunyada, görəsən,
varmı oxşayan mənə...
bəlkə də,var...
amma o,
yəqin ki,mən deyiləm...
O,bir başqa mən olar,
bu dünyada mənimtək,
yalnız bir özü olan,
bax ki nə qədər mən var.............16.12.2014...(İlhamə Abbas Yusifqızı...)
..
BU,DÜNYANIN ARŞINIDI...
..
Bu,dünyanın arşınıdı,
özü alar,ölçər özü...
Necə istər,çəkər elə,
bircə-bircə yıxar bizi...
..
Bu dünyanın tələsinə,
əsir olmaq lazımdımı...?
Bu dünyada qiyamətə
qurdla qalmaq lazımdımı...?
..
Nə nəfsinə, nə sərvətə,
nə harama, bir dəm əyil...
O ki fani-və keçəri,
onu tutmaq lazım deyil............21.12.2014..(İlhamə Abbas Yusifqızı...)
..
ŞAİR QOCALMAZ...
...
Ömrün payız çağında,
xəyala daldı insan...
Saç ağardı qar kimi,
yoxsa qocaldı insan...
...
Gözlərinin önündə,
canlandı xatirələr...
Siz necə üzüdönük
oldunuz, aylar-illər...
...
Ömrün sadiq həmdəmi,
ürək dilləndi bu an:
-Yaz-yarat, yanındayam,
qocalmaz şair olan................23.12.2014..(İlhamə Abbas Yusifqızı...)
..
BİR DÜNYA SIĞACAQ...
...
Bir dünya sığdımı iki ürəyə,
ürəklər dönəcək həzin bir telə...
Çalacaq Habilin kamanı kimi,
dünya da dönəcək çiçəyə-gülə!...........26.12.2014..(İlhamə Abbas Yusifqızı...)
..
SEVƏNLƏRİN NƏĞMƏSİ...
...
Bir nəğmə eşitmişəm,
necə həzindir səsi...
Dünyada ən şirinmiş-
sevənlərin nəğməsi...
...
İnsanın ömür yolu,
nurlanar gündən-aydan...
ÖMÜR YOLUN HƏR ZAMAN,
İŞIQLA DOLSUN,AYDAN...
...
Ətir saçar ömrümüz,
gül-çiçəyi solmasa...
Bizi məhv eylər həsrət,
əgər vüsal olmasa...
..
Bu dünyada nağıl var,
üç qızıl almasıyla...
Nağıllar da "biri var,
biri yox,"-olmasıyla....
..
Hələ güllər açacaq,
güləcəksən sən,Aydan...
Bu həyatın qədrini,
biləcəksən sən,Aydan...
...
Gözlərin yol çəkəcək,
yollara baxacaqsan...
Bəzən çox sevinəcək,
hərdən darıxacaqsan...
...
Tənhalıqdan uzaq ol,
xoşdur vüsalla həyat...
Siz birlikdə olanda,
sizin-bütün kainat............28.12.2014...(İlhamə Abbas Yusifqızı...)
..
SƏADƏT...
..
Məhəbbətdir dünyanın
ilki və nəhayəti...
Qəlbimizdə yaşatdıq
həmişə məhəbbətlə
bu eşqi-səadəti...
..
Onu hər kəs qazandı,
hər kəs yaşatdı onu,
ürəyinin başında...
o,işıqlı eylədi,
bizə zülmət dünyanı...
...
Arzulara qərq oldu,
iki sevən insanın
sevgisi-məhəbbəti!...
Bir gün gözəl toy oldu,
bu sevən insanların,
bax başladı beləcə,
bir ömür səadəti.............29.12.2014...(İlhamə Abbas Yusifqızı..)
..
QORUYACAQ HAQQ SƏNİ......
...
Haqlı olduğun zaman,
qınamasın heç zaman,
doğrular nahaq səni!...
Həzrət ƏLİ söyləmiş:
"Doğrusansa,qorxma heç-
çünki
qoruyacaq HAQQ səni!..."....07.01.2015..(İlhamə Abbas Yusifqızı...)
....
AYRILIĞIN BƏS DEYİLMİ...
..
Gözlərinə baxdım,gülüm,
yandı Günəş yanağında...
Təbəssümün qönçələdi,
şehli-şəkər dodağında...
..
Baxdım sənə lal heyrətlə,
eşqim dil açmışdı deyə...
Söz özü də artıq olur,
rast gələndə gözəlliyə...
..
Baxdım belə,gülüm,çaşdım,
o baxışlar səs deyilmi...?..
Sənsiz niyə qalım,gülüm,
bu ayrılıq bəs deyilmi...?.........11.01.2015...(İlhamə Abbas Yusifqızı...)
..
QAPALI DÜNYA...
..
O,bir qapalı dünya,
orda hamı diridi...
Qəbiristanlıq...bura,
axı onda nə üçün,
ölülərin yeridi...?
...
Vahiməsi çox ağır,
eşitməzsən-ha çağır...
O-bizim öz dünyamız,
məzar daşları hətta,
bizə heyrətlə baxır...!...........12.01.2015...(İlhamə Abbas Yusifqızı...)
...
MƏN QADINAM..
..
Mən QADINAM - mən bir neçə baş rol ifa edən aktrisayam...
Mən QADINAM -, mən bütün hökmranların sevdiyi pəriyəm...
Mən QADINAM - mən həyatın bütün açı yağmurlarını
dadan qulam...
Mən QADINAM - mən səni qızmarlarımda kül edən səhrayam...
Mən QADINAM - mən özündən asılı olmayaraq güclüyəm...
Mən QADINAM - mən həyatla mübarızə aparan olduqca zəif
məxluqam...
Mən QADINAM - mən talehəm, qismətəm...təsadüfəm...
Mən QADINAM - mən şəhvətin qığılcımıyam...
Mən QADINAM -, mən o, görünməyən səadətəm..., xoşbəxtliyəm...
Mən QADINAM -, məndə həm cəhənnəmin alovları , həm
də buzlaqlar yan-yanadır...
Mən QADINAM - mən doğulduğumdan saçlarım “gümüş”
olanadək gözələm...
Mən QADINAM - bütün yollar Romaya deyil, mənə
aparır...
Mən QADINAM - mən Allahın seçilmişi və artıq
cəzalandırdığıyam...
Mən QADINAM - mən sənin xəyallarındakı dan
ulduzuyam... və bütün bəşəriyyət mənim qucağımda böyüyür...torpaq kimi
sirli...., səma kimi əlçatmazam..........13.01.2015..(İlhamə Abbas Yusifqızı...)
...
DÜNYA GÖZƏL SEVGİ İLƏ...
..
Dünya gözəl sevgi ilə,
nur çiləyər yolumuza...
Qəlbimizdə cücərdikcə,
o,güc verər qolumuza...
.
Dünya gözəl sevgi ilə,
arzularla coşar-daşar...
O,məhəbbət,o,ilhamdır,
o,həyata nəğmə qoşar.....
..
Dünya gözəl sevgi ilə,
həyat budur-,o neyləsin!...
Ömür boyu bu sevdamız-
ümidimiz tükənməsin.................14.01.2015..(İlhamə Abbas Yusifqızı...)
..
BİR ÖLÜMLƏ QARŞILAŞDIM...
..
Bir ölümlə qarşılaşdım,
bilmədim-ağlayım,gülüm!..
Bəzən hətta yaşamaqdan
şərəfli də olur ölüm!...
..
Bir ömürlə qarşılaşdım,
vardı neçə dərə-dağı...
Gah ilişib qaldıq darda,
gah bacardıq adlamağı!...
...
Bir sonluqla qarşılaşdım,
yollar keçdim,belə,ölüm!...
Öz ömrümü düz yaşadım,
və sonluqda-
səni seçdim elə,ölüm!............16.01.2015..(İlhamə Abbas Yusifqızı...)
..
GÖZLƏRİNİ ÇOX SEVMİŞƏM...
..
Necə qaçım,necə axı-
o sevdalı baxışlardan!...
Baxıb-baxıb doymamışam,
sevgi dolu naxışlardan...
..
Gözlərini çox sevmişəm,
bir buludsuz səma kimi!...
Yanağına yağış yağdı-
dərd eylədim bu sevgimi!..
..
Titrək səsin həzin kaman,
nəğmə oldu qulağımda...
Sənsiz axı çox çətindi,
titrəyiş var dodağımda!...
..
Ağlama,gözəlim,belə,
bu halın yandırar məni...
Mən səninlə çox xoşbəxtəm...
sənsizliyim həsrət olar,
şüşətək sındırar məni...
..
Ağlama,mənim gözəlim,
o ağrıda qalıb gözüm...
Səni bir də tək qoymaram,
kiri daha,ay əzizim!............17.01.2015...(İlhamə Abbas Yusifqızı...)
..
MƏN Kİ KÖRPƏ FİDAN İDİM...
..
Mən ki körpə fidan idim,
sən öyrətdin bitməyi də...
Sevməyi də sən öyrətdin,
nəğmə qoşub ötməyi də!...
..
Sən baharım-yazım oldun,
kaman-tarım,sazım oldun...
Öyrədən də özün oldun,
daş yollarda getməyi də!...
..
Qəmim çoxdu,gəl bilsənə,
üzümə də bir gülsənə...
Necə "qatil"- deyim sənə,
öldürdün bu ürəyi də!........18.01.2015..(İlhamə Abbas Yusifqızı...)
..
TORAN GƏLİR BU SAHİLƏ...
..
Dərdli-qəmli nəğmələrə,
bu köksüm yuva olubdu...
Bax yenə sənli həsrətim,
yenə qəlbimə dolubdu!...
...
O sahildə tək qalmısan,
bu sahildə təkəm mən də...
Ayrılıq da ağır olur,
axı ayrı çəkiləndə!...
..
Toran gəlir bu sahilə,
sanki yanıb-yaxılırsan...
NEYLƏYƏK Kİ,HƏYAT BELƏ-,
baxa-baxa yox olursan!...
..
Sular nəğmə oxuyurmuş,
elə bildim,bu,həsrətmiş!...
Ürəyimdə göynəyənsə,
yenə sənli məhəbbətmiş!.....18.01.2015..(İlhamə Abbas Yusifqızı...)
ŞƏHİDLİK HAQQI...
..
"Millət-millət,"- dedilər...
və haqqını yedilər...
Belə deyənlər çoxu,
bu millətin xeyrini
yalnız özləri üçün
qazanmaqda gördülər!...
..
Millətimin heç nəyə
çatmadı haqqı ancaq...
Yaşamaq çətin oldu,
pisləşdi dolanacaq...
Bilin,a quduranlar,
millətin də haqqı var!...
..
Söz gəzir ağızlarda,
efirdə,kağızlarda...
"Müharibə olacaq,
oğullar qırılacaq..."
Allah iraq eyləsin,
axı millət neyləsin!?....
..
Həyat savaş meydanı-
gəlsin oğullar,hanı?!
Hər birisi döyüşdə-
düşmənin qarşısında,
olacaqlar lay divar!...
Bax,o zaman millətin
bu Vətənin yolunda
şəhid olmaq haqqı var!.....20.01.2015..(İlhamə Abbas Yusifqızı...)
ОĞUL OL VƏTƏNƏ SƏN OĞUL KİMİ....
..
Oğul ol Vətənə sən oğul kimi,
çağla çaylar kimi,lap dəniz kimi.
Ölməyə vaxt yoxdur,dardadır Vətən,
sən ona oğul ol Mübariz kimi...
..
Şəhidlər bəs etdi,indi qazi ol,
razı ol Vətəni xilas etməyə...
Sən hər an,hər saat ayıq-hazır ol,
hazır ol döyüşə,oğul,getməyə...
..
Bir amal döyünsün köksünün altda,
"Mənsiz də oğul var minimiz kimi...!
Oğullar kişitək qalxsın ayağa,
və oğul olsunlar-Mübariz kimi...
..
DAHA BƏSDİR ŞƏHİDLİK...
OĞUL,İNDİ QAZİ OL...
DÜŞMƏNİ MƏHV ETMƏYƏ,
SƏN KÖNÜLDƏN RAZI OL..!.......20.01.2015...(İlhamə Abbas Yusifqızı...)
..
SƏN HƏLƏ AĞLAMA...
...
Nurlu yağış damcıları,
süzüldükcə göz yaşıtək...
Sanki payız da ağlayır,
yanağında açır çiçək...
Yay özü də xəyal kimi,
üfüqlərdə yox olacaq...
Çəmənlərdə zər-qızılı,
yarpaqlar da çox olacaq...
Bir görüşün şirin dadı,
nə gözəldi həmin anım...
Məni ona bağlamışdın,
bu,nə ağlamaq,xəzanım!...
İlk görüş də sona çatdı,
sən "Əlvida!..."-deyib getdin...
Nə tez oldu bəs ayrılıq,
qəmli nəğmələrlə ötdün...
Məhəbbət də xəzan kimi,
öz fəslini tapdı belə...
Gözlərimdə yaşa döndün,
gözlərimə gülə-gülə............24.01.2015..(İlhamə Abbas Yusifqızı...)
...
SEVGİ GÜNÜ...
..
Əl açmışam göylərə,
göylər könlümü duya...
Mən vurğunam,insanlar,
Sizə-bütün dünyaya!...
..
Bu gün-elə gözəl ki,
hamımıza əzizdi...
Bu gün-bilir sevənlər,
məhəbbətin rəmzidi!...
..
Çağırıram mən səni,
qəlbimə əziz insan...
Gəl,gülüm,ağuşuma,
çox rahat olacaqsan!...
..
Bu romantik anların,
gözəlliyi bir aləm...
Həyat özü çağırır-
istəyir ki,SEVİLƏM!.....25.01.2015...(İlhamə Abbas Yusifqızı...)
..
HƏSRƏTİN MƏNİMMİŞ...
...
Həsrətin mənimdir Ay işığında,
yaşıl çəmənzarda gözlərəm səni...
Gecəyə nur olan yaraşığındı,
sənsiz könlüm görmür burda kimsəni...
...
Sənə bağlanıbdır könül əzəldən,
qəlbim çağlayacaq məhəbbətinlə...
Ruhum ilham alıb səntək gözəldən,
yoxsa ağlayacaq hey həsrətinlə...
...
Eşqimin qəminə son qoy,ay gülüm,
qaçıram mən sənə zülmət yox olur...
Üzümə gülümsə-bu,pay,ay gülüm,
səninlə,sevdiyim,ümid çox olur...............25.01.2015...(İlhamə Abbas Yusifqızı...)
...
YENƏ YAĞIŞ YAĞACAQ...
...
Yağış yağacaq yenə,
gözlərimə nəm düşüb...
Ağlayacaq nəğmələr,
sözlərimə qəm düşüb...
...
Yağış nəğmə olacaq,
yağacaqdır qəm-kədər...
Ayrılığın-həsrətin,
axı qəlbi incidər...
..
Yağış yağsın beləcə,
yenə islatsın bizi...
Biz oxuyaq yağışda,
öz sevda nəğməmizi..........27.01.2015..(İlhamə Abbas Yusifqızı...)
..
MƏHƏBBƏT...
..
Şimşək parlayanda göyün üzündə,
ürəyi yandıran közdü məhəbbət!...
Dodaq quruyanda təşnəliyindən,
bir damla xoş kəlmə,sözdü məhəbbət...
...
Asiman onunla boyanar nura,
o ki satılmadı dövlətə-vara...
Namərdlər-əğyarlar min kələk qura,
dönmədi yolundan,dözdü məhəbbət....
...
Şair,bu dünyanı sınama çox da,
axı bir hikmət var heçlikdə-yoxda...
Gah bizi beləcə yandırdı-yaxdı,
gah da könlümüzdə gəzdi məhəbbət..............28.01.2015...(İlhamə Abbas Yusifqızı...)
..
ÜRƏKLƏRDİR YUVASI...
...
Ürəklərdir yuvası,
sevənlərin yarıdı...
Mənim ilk məhəbbətim,
könül arzularıdı...
..
Dünyanı bələr nura,
işıqdır getsə hara...
Bir səadət aparar,
getsə də uzaqlara...
..
Ürəyimdə çağladı,
əl-qolumu bağladı...
Yarı dönük çıxanda,
bir körpətək ağladı.............01.02.2015..(İlhamə Abbas Yusifqızı...)
..
BU,ÖMÜR TOYUDU...
...
Bu,ömür toyudu,ömür sevinci,
bir doğma ocağa gəlin gələcək...
Həyatı dərd-qəmə yoldaş olan da,
bu gün sevinəcək,bu gün güləcək....
..
Göylərdən Günəş də nur paylayacaq,
gecə bəzəyəcək Ay-ulduzları...
Gələcək məclisə nazla-həvəslə,
süzüb-oynayacaq elin qızları...
..
Ay Allah,yurdumda toy olsun belə,
nəğmələr yazılsın öz varağımda...
Qəlbimin arzusu:Yenə toy olsun,
qoy doğma Şuşamda-Qarabağımda..........02.02.2015..(İlhamə Abbas Yusifqızı...)
..
SƏN YADIMA DÜŞÜRSƏN...
...
Yola zülmət çökəndə,
yadıma sən düşürsən...
Gözlərim yol çəkəndə,
yadıma sən düşürsən...
..
Ömür bir nağıldımı,
baldımı-noğuldumu...?...
Gözümü nəm aldımı,
yadıma sən düşürsən...
...
Ağdaşdayam-sənsiz də,
tənhayam ömrümüzdə...
Doğma VƏTƏNİMİZDƏ,
yadıma sən düşürsən...
...
Sevən,eşqini satmaz,
gecə də yuxu yatmaz...
Sevdiyini unutmaz-
yadıma sən düşürsən,
yadıma sən düşürsən.............03.02.2015..(İlhamə Abbas Yusifqızı...)
DÜNYA ÖZÜ NƏĞMƏ OLDU...
...
Yenə Günəş saçdı işıq,
aləm oldu bir yaraşıq...
Sən sevilən,mən də aşıq,
nəğmə doldu ürəyimə...
...
Yenə tanış üzlər gördüm,
xoş baxışlı gözlər gördüm...
Sevgi dolu sözlər gördüm,
nəğmə doldu ürəyimə...
...
Yenə dünya oldu bahar,
noğullaşdı xoş arzular...
Gördüm,gəlib-yanımda yar,
nəğmə doldu ürəyimə...
...
Dodağın xoş kəlmə oldu,
dünya tamam nəğmə oldu...
Axdı ürəyimə doldu-
nəğmə doldu ürəyimə...
...
Yazdım eşqi ürəyimə,
xoş arzuma-diləyimə...
Pislər gərəkdi nəyimə-
nəğmə doldu ürəyimə...
nəğmə doldu ürəyimə.............04.02.2015..(İlhamə Abbas Yusifqızı...)
VƏTƏN,BAŞIN SAĞ OLSUN...
...
Əsgərimiz şəhid oldu,
çox ağladı dərdli ana...
Yas içində el-obası,
qohumlar ağladı ona....
...
Ekranlarda şou gedir,
böyük yarış var,elə bil!...
Bu ölüm də,bu Şəhid də,
onlara ki aid deyil....
..
Bu torpağa qurban olur,
səngərlərdə ölən-itən..
Şəhidin də,yas da sənin,
başın sağ olsun,ey Vətən............06.02.2015..(İlhamə Abbas Yusifqızı...)
.
BİR YUXUYMUŞ...
..
Çəkmək olmur həsrəti də,
eşitdiyin səs deyilmi...
Sil ömrümdən möhnəti də,
AYRILIĞIN BƏS DEYİLMİ...
..
Bir yuxuymuş-gördüm səni,
sən nazmısan-qəmzəmisən...?
Al-qırmızı geyinmisən-
lalələrə bənzəmisən...
...
Gözlərinə baxdım,gülüm,
yandı Günəş yanağında...
Təbəssümün qönçələdi,
şehli-şəkər dodağında...
..
Baxdım sənə lal heyrətlə,
eşqim dil açmışdı deyə...
Söz özü də artıq olur,
rast gələndə gözəlliyə...
..
Baxdım belə,gülüm,çaşdım,
o baxışlar səs deyilmi...?
Sənsiz niyə qalım,gülüm,
bu ayrılıq bəs deyilmi...?...............08.02.2015..(İlhamə Abbas Yusifqızı...)
SEVGİ GÜNÜ...
...
Əl açmışam göylərə,
göylər könlümü duya...
Mən vurğunam,insanlar,
Sizə-bütün dünyaya...
...
Bu gün-elə gözəl ki,
hamımıza əzizdi...
Bu gün-bilir sevənlər,
məhəbbətin rəmzidi...
..
Çağırıram mən səni,
qəlbimə əziz insan...
Gəl,gülüm,ağuşuma,
çox rahat olacaqsan...
..
Bu romantik anların,
gözəlliyi bir aləm...
Həyat özü çağırır-
istəyir ki,SEVİLƏM.........09.02.2015..(İlhamə Abbas Yusifqızı...)
Ay SEVƏNLƏR,SEVƏNLƏR...
..
Yanağında yandı Günəş,
elə sevdim o gözəli...
Əlindən tuta bilmədim,
üzündə qaldı öz əli!...
..
Səmalara şeir yazdım,
göylər nəğmə imiş özü...
O gözələ söz deməmiş,
gör necə qızardı üzü!...
..
Asimanda qızartı var,
buludların öz atı var...
Göydə sevda saatı var,
sevməyə səsləyir bizi...
..
Yanağında közü də var,
şirin-şəkər sözü də var...
Eşqlə dolu gözü də var,
gözəllər yaşadar sizi!........17.02.2015..(İlhamə Abbas Yusifqızı....)
TUTAQ ALLAH YOLUNU...
..
Havada meh də yoxdu,
yoxa çıxıb yağış-nəm...
Göylər od tutub yenə,
yer də olub cəhənnəm!...
...
Əlimizdən nə gələr,
düşmüşük yaman dəmə...
Bir şeydən də bezəndə,
deyirik:"cəhənnəmə!..."
..
Düşündüm öz-özümə,
dedim:"ey qafil insan!...
axı sən də bir zaman,
o odda yanacaqsan!..."
...
Anla,dünyada nə var,
qəlbə dolsun məhəbbət!...
Allah yolunu tut ki,
asan olsun axirət!.....18.02.2015...(İlhamə Abbas Yusifqızı...)
TALELƏR...
..
Bir uşaq taleyini,
yazdı o böyük insan...
Bu taleyə acıyıb,
ey oxucum,
axı sən də yanarsan!...
...
Talelər çox müxtəlif,
belə qurulub dünya!...
Qoruyun uşaqları...
Biz isə böyümüşük-
uşaq deyilik,guya!.........20.02.2015..(İlhamə Abbas Yusifqızı...)
YALAN...
..
Yalan danışanları
şeytanlar dost tutacaq...
Yalana qucaq açan
ömür boyu yatacaq!...
..
O elə biləcək ki,
atəşdir yer,göy üzü...
Yalanı seçəndəsə,
necə tapacaq düzü?...
..
Qəlbində bir eşq ola,
ona bağlıdır qalan...
Bircə HAQQA inandım,
başqa nə varsa-yalan!.......21.02.2015..(İlhamə Abbas Yusifqızı...)
XOCALINI XATIRLAYIN!...
..
Bu dünyada nələr olur,
həm ağı,həm qarası var...
Qəlbimizdə Xocalıtək,
bir sağalmaz yarası var...
..
İllər keçdi,suya döndü,
axarına çatan hanı...?
Sular axıb necə yusun,
Xocalıda axan qanı...?
..
Bu dünyada,Azərbaycan,
gör nə oldu sənin payın..?
Ey insanlar,unutmayın-
Soyqırımı eşidəndə,
Xocalını xatırlayın...
xatırlayın,xatırlayın...!........26.02.2015..(İlhamə Abbas Yusifqızı...)
MÜHARİBƏ OLACAQMI?...
..
Ekranda gülüşürlər,
sızıldayır ürəyim!...
O arsıza-gülüncə.
nə söyləyim,nə deyim!...
..
23 il keçdi,
dəhşət bu cür qalacaq...
HƏLƏ DEYƏNLƏR DƏ VAR:
"Müharibə olacaq!..."
..
Hardansa dinir ağrı,
əllərim köksüm üstə!..
VƏTƏN!...
Susma,nə olar,
bizi döyüşə səslə!......26.02.2015..(İlhamə Abbas Yusifqızı...,)
SƏNİNLƏYƏM SƏNSİZ DƏ...
..
Yola zülmət çökəndə,
yadıma sən düşürsən...
Gözlərim yol çəkəndə,
yadıma sən düşürsən...
..
Ömür bir nağıldımı,
baldımı-noğuldumu..?
Gözümü nəm aldımı,
yadıma sən düşürsən....
..
Səninləyəm-sənsiz də,
tənhayam ömrümüzdə...
O görüş yerimizdə,
yadıma sən düşürsən...
..
Sevən,eşqini satmaz,
gecə də yuxu yatmaz...
Sevdiyini unutmaz-
yadıma sən düşürsən,
yadıma sən düşürsən................02.03.2015...(İlhamə Abbas Yusifqızı...)
ÖMÜR KİTABIMIZ...
...
Ömür kitabımız-bir ağ vərəqdir,
pozulmaz yazımı orada illər...
İllər acı olsa,dözmək gərəkdir,
"Dözənlər vüsala çatar,"-deyiblər...
..
Bu gün ömrümüzün bahar çağıymış,
bahar qönçə güllər-çiçəklər oldu...
Ömrümüz,elə bil,cənnət bağıymış,
hər tərəf bəzəndi,ətirlə doldu...
..
Tələbə həyatım sizinlə coşdu,
siz heç eylədiniz qəmimi,dostlar...
İndi gözlərimdə durulan yaşdı,
sizinlə xoş bildim ömrümü,dostlar...............06.03.2015..(İlhamə Abbas Yusifqızı...)
NƏ GÖZƏL TƏBƏSSÜMÜN...
..
Təbəssümün dünyanın,
gözəli-yaraşığı...
Gözlərim səndən alıb,
zülmətlərdə işığı...
..
Təbəssümün işıqdır,
yoluma nur saçacaq...
Güləcəksən üzümə,
sanki güllər açacaq...
..
Təbəssümün güldümü,
ömrümə süzüldümü!...
Gördüm baxışlarını,
mənim üçün güldümü..?
..
Təbəssümün ilk bahar,
gülürsən qönçə-qönçə...
Ömrə səadət gəlir,
sən üzümə gülüncə...
..
Təbəssümün şirindi,
ətirlidi,elə bil...
Dünyama sən gərəksən,
beləcə hər zaman gül.........08.03.2015...(İlhamə Abbas Yusifqızı...)
GÖZLƏRİN DƏ NƏ DEDİ..?...
..
Könlümə həsrət qonar,
qonar,sənsiz,əzizim...
Sular da susar-donar,
donar sənsiz,əzizim...
..
Gözlərində yanar nə,
könlüm nəğməli yenə...
Ruhum o gülü yenə,
anar sənsiz,əzizim...
..
Nə duydum gözlərindən,
o şirin sözlərindən...
Əhdimiz öz yerində,
dinər sənsiz,əzizim...
..
Mən-ürəyi bir tikə,
ovundurasan,bəlkə...
Eşqim belə-ürəkdə
yanar sənsiz,əzizim...
..
Sönüb göylərin şamı,
təkəm bütün axşamı...
Mənisə indi hamı,
qınar sənsiz,əzizim............09.03.2015..(İlhamə Abbas Yusifqızı...)
AXTARIRAM ÖZÜMÜ...
..
Dəmirdən çarıq geyib,
yenə düşmüşəm yola...
Deyirəm ki,bu yolda,
özümə uğur ola..
..
ÖZÜMÜ AXTARANDA,
əlimdə şam olacaq...
Bu gecənin sonunda,
bəs mənə nə qalacaq..?
..
Axtarıram özümü,
tapa bilmirəm ancaq...
yenə də ürəyimdə
duyğular oyanacaq...
özümü
itirəcəyəm yenə...
Bu,deyəsən,özüməm...,
bu dunyada, görəsən,
varmı oxşayan mənə...?
bəlkə də,var...
amma o,
yəqin ki,mən deyiləm...
O,bir başqa mən olar,
bu dünyada mənimtək,
yalnız bir özü olan,
bax ki nə qədər mən var...........12.03.2015..(İlhamə Abbas Yusifqızı...)
O SEVDALI BAXIŞLAR...
..
Necə qaçım,necə axı-
o sevdalı baxışlardan...
Baxıb-baxıb doymamışam,
sevgi dolu naxışlardan...
..
Gözlərini çox sevmişəm,
bir buludsuz səma kimi...
Yanağına yağış yağdı-
dərd eylədim bu sevgimi..
...
Titrək səsin həzin kaman,
nəğmə oldu qulağımda...
Sənsiz axı çox çətindi,
titrəyiş var dodağımda....
...
Ağlama,gözəlim,belə,
bu halın yandırar məni...
Mən səninlə çox xoşbəxtəm...
sənsizliyim həsrət olar,
şüşətək sındırar məni....
..
Ağlama,mənim gözəlim,
o ağrıda qalıb gözüm...
Səni bir də tək qoymaram,
kiri daha,ay əzizim...............13.03.2015...(İlhamə Abbas Yusifqızı...)
ÖZÜMƏ BİR YOL SEÇDİM...
..
Özümə bircə YOL seçdim,
onu tənha gəlib keçdim...
Nə ağ divə rast oldum mən,
nə
dirilik suyu içdim...
..
Yol- ömrümüz,həyatımız,
yol-toyumuz-büsatımız...
Qaça-qaça hey gedirik,
və
çatır axır saatımız............15.03.2015..(İlhamə Abbas Yusifqızı...)
BƏS NƏDİR AXTARDIĞIN...?
..
Bəs nədir axtardığın,
ey insan,düşünmə çox...
Bəlkə, bu sualına,
yer üzündə cavab yox...
..
Axtar bu yer üzünü,
məqsədə çatacaqsan...
İnamın haqsa-düzsə,
özünü tapacaqsan...
..
Bilirsən,yol uzaqdı,
sonu qaranlıq-qara...
Ancaq dayanmadın heç,
axı gedirsən hara...?
..
Beləcə keçir ömür,
həmişə axtarırsan...
Qəlbindəki EŞQ ilə,
axı güclüdür insan..........16.03.2015..(İlhamə Abbas Yusifqızı...)
HƏYATIMIZ BİR ÇAY KİMİ...
..
Ömrümüz çay kimidi,
axır o da beləcə
öz sahili boyunca...
Mənsə bir qaya oldum,
daş oldum...
Dərdlərə yoldaş oldum...
ona da
heç inanmadım ancaq!...
Dalğaları ilə hey döydü məni,
canımdan qəlpələr qopartdı...
o,məni çox ağrıtdı!...
..
Isti günəş şüaları
yandırdı canımı...
kölgəlik də arzulamadım mən...
Gecələrsə,
keçmək bilmədi...
yuxusuzluq -
səhərləri arzuladım mən...
Və yaşadım beləcə...
sandım ki - xoşbəxtəm!...
Sevirəm həyatı mən-
və bütün bəlaları ilə
dolu bir çay kimi...
sevirəm
və gur səslə
söyləyirəm sevgimi!......17.03.2015..(İlhamə Abbas Yusifqızı...)
BU GƏLƏN BAHARDI AXI...
..
Göy üzünü aldı bulud,
yağış yağdı,soldu bulud...
Alabəzək oldu bulud,
bəzi adamlar sayağ...
...
Leysan olub,yağdı yağış,
niyə belə ağdı yağış...?
Əndazədən çıxdı yağış,
çıxdı kiminsə ayağı...
..
Günəş baxdı,nur çilədi,
dedi ki,kiçik çilədi...
Dünyanı bahar elədi,
bu gələn Novruzdu axı........18.03.2015...(Sahil Dəniz Yusifqızı...)
..
SƏNSİZ BAHAR OLMUR...
..
Sənsiz bu həyatı necə yaşayım,
həsrətin könlümü bəs niyə almır!...
Deyirəm,qoy dözüm,dərd-qəm daşıyım,
sənsiz bu həyatı yaşamaq olmur...
..
Sənsiz göylər qara,buludlar dolu,
sənsiz həyatıma bir zülmət dolur...
Sənsizlik-ömrümün "bəxtəvər" halı,
sənsiz eşqim məni yadına salmır...
..
Sənsiz yaz olmadı güllü yazım da,
sənsiz tamam kəmmiş çoxum-azım da...
Sənsiz necə axı şeir yazım da,
ilhamım da məni yadına salmır...
..
Sənsiz anlarımda dedim,-döz,kiri,
gördü,kədərimə çox güldü biri...
Dedim xəyalına,-yeri get,yeri,
sənsiz həsrətini daşımaq olmur,
sənsiz bu həyatı yaşamaq olmur...........19.03.2015..(İlhamə Abbas Yusifqızı...)
ÖMRÜN BAHARI GƏLDİ...
Yenə ömrümüzün baharı gəlmiş,
quşlar nəğməsini deyir həvəslə...
Gecəylə sabahın qovuşuğunda,
ey ömür baharım,sən məni səslə...
..
Ömrün baharında açar qönçələr,
həyat şirinləşər noğullar kimi...
Ömrün payızında boz xatirələr,
canlanar gözündə nağıllar kimi...
..
Dünyanın ilk səsi-sədası olar,
məhəbbət cücərər torpaqda-daşda...
İnsanın qəlbinə duyğular dolar,
axı nə fərqi var,insan nə yaşda...
...
Dünya bir ömürlük var olar belə,
bir gün açılanda,bir gün solarsan...
Yaşasan həyatı cavantək,hələ
ömrün qışında da xoşbəxt olarsan..........21.03.2015...(İlhamə Abbas Yusifqızı...)
Bir dilək tut mənə, bir dua elə...
..
Mənə bir şeyir yaz,
Kədərdən uzaq.
Sətirlər xoşbəxtlik qoxulu olsun.
Mənə bir şeyir de,
Sevinc baxışlı.
Boyası gözəllik rəngində olsun.
Mənə nəğmə oxu,
Notları əlvan.
Ahəngi muğamın şurunda olsun.
Mənə nəğmə söylə,
Bülbül avazlı.
Çalğısı sarısim tarımda olsun.
Mənə nağıl danış,
Divləri gücsüz.
Göydən düşən alma həqiqət olsun.
Mənə əfsanə de, tilsimi sevgi.
Şəhrazad ölməyən masallar olsun.
Mənə sevgini ver, məhəbbəti ver.
Qara gözlərin tək, qara olmasın.
Bir dilək tut mənə, bir dua elə.
ALLAH dərgahından boş qayıtmasın......23.03.2015..(İlhamə Abbas Yusifqızı...)
ONUN ADI MƏHƏBBƏTDİ...
..
Yollar yenə zülmətdi,
qəlbim dolu-həsrətdi...
Yaşadığım yer axı,
deyil Vətən-qürbətdi...
..
Köksüm altı dərd oldu,
həyat yaman sərt oldu...
Eşqim susdu-pərt oldu,
qazancım da möhnətdi...
..
Bu həsrət nə acıdı,
nə baxdı,nə acıdı...
O,başımın tacıdı-
adı da məhəbbətdi...........25.03.2015..(İlhamə Abbas Yusifqızı...)
SARI GÜLLƏR ARASINDA...
...
Sarı güllər arasında,
axtarırdı onu gözüm...
O güllərin arasında
bir gül gördüm,ay əzizim...
..
Sarı gülü sevmədim heç,
solğun olur baxışları...
Bəs nə üçün gözəl olur,
son baharın naxışları....
..
O gözəl də sarı rəngdə,
güllər ilə rast olubdu...
İylədikcə həmin güllər,
sevib onu-dost olubdu...
..
Gözəlliyin ilk baharsa,
mən könlümü verəcəyəm...
Sarı geyən gözəlimi-
öz yarımı sevəcəyəm..........26.03.2015...(İlhamə Abbas Yusifqızı...)
HƏSRƏTİN MƏNİMDİR....
..
Həsrətin mənimdir Ay işığında,
yaşıl çəmənzarda gözlərəm səni...
Gecəyə nur olan yaraşığındı,
sənsiz könlüm görmür burda kimsəni...
..
Sənə bağlanıbdır könül əzəldən,
qəlbim çağlayacaq məhəbbətinlə...
Ruhum ilham alıb səntək gözəldən,
yoxsa ağlayacaq hey həsrətinlə...
..
Bu eşqlə ömrümün yoluna çıxdım,
ömrümü səninlə vuraram başa...
Sənsiz yaşamaqdan mən elə qorxdum,
sən də gəl bu ömrü mənimlə yaşa!...
..
Eşqimin qəminə son qoy,ay gülüm,
qaçıram mən sənə zülmət yox olur...
Üzümə gülümsə-bu,pay,ay gülüm,
səninlə,sevdiyim,ümid çox olur..........27.03.2015...(İlhamə Abbas Yusifqızı...)
DOĞRUSANSA,QORXMA....
..
Haqlı olduğun zaman,
sən düşünmə kimsəni...
İmanına arxalan-
QORUYACAQ HAQQ SƏNİ...
..
Haqlı olduğun zaman,
gör ürəklə həyatda,
özünə aid olan,
hər çətin vəzifəni-
qoruyacaq Haqq səni!...
..
Haqlı olduğun zaman,
qınamasın heç zaman,
doğrular nahaq səni!...
Həzrət ƏLİ söyləmiş:
"Doğrusansa,qorxma heç-
çünki
qoruyacaq HAQQ səni!...".....28.03.2015...(İlhamə Abbas Yusifqızı...)
O,ÖZ DÜNYAMIZDI...
.
Dünya bahara döndü,
ömür yazımız bizim...
Gəlin bilək qədrini,
axı
o,öz dünyamız bizim!...
..
Dünya gül açsın elə,
bahar-yaz olsun belə...
Sevənlər xoşbəxt ola,
özləri dönər gülə...
..
Dünya da məhəbbətdi,
məhəbbət-səadətdi...
Eşqinə sadiq olmaq-
ən böyük dəyanətdi!...
..
Günəş də nur paylayar,
ürəyə şəfəq dolar...
Sevənlər qovuşarsa,
dünya nə gözəl olar...
..
Sevgi-bir səadətdi,
insana əmanətdi...
İnsan,sev bu aləmi,
bu dünya məhəbbətdi!........02.04.2015..(İlhamə Abbas Yusifqızı...)
TƏK PƏNAHIM...
..
Olub hərdən,
kimə isə
acı sözlər söyləmişəm...
BUDUR MƏNİM ETİRAFIM:
haqsızlıqlar eyləmişəm!...
..
Nahaq yerə qınanmışam,
döyülmüşəm...
söyülmüşəm...
Ancaq bu gün
söyüşmək də istəmirəm!...
..
Mən beləyəm,
diqqətlə bax...
öz sözüm var,
öz silahım...
döyüşmək də istəmirəm...
..
Mən beləyəm,
axşam-sabah...
baxışlarım işıq saçar,
coşar-daşar arzularım...
dəyişmək də istəmirəm!...
..
Bir sözü də çox sevirəm...
"Sən borclusan..."
özüm isə
tək Tanrının borclusuyam...
Odur mənim
tək pənahım...
Söyləməkdən çəkinmədim-
budur mənim etirafım!...........05.04.2015..(İlhamə Abbas Yusifqızı....)
SABAHINIZ XEYİR OLSUN...
..
Yenə xoş bir gün başlayır,
könlümüzü deyir-alsın...
Sabah gəlir,ümid yayır,
sabahınız xeyir olsun!...
..
Qucaq açdıq yeni günə,
dua etdik dönə-dönə...
Ümidimiz çoxdu yenə-
sabahımız xeyir olsun!...
..
Yağış gəlir incə-incə,
üzlər gülür sevinincə...
Xeyir olar çox deyincə-
-Sabahınız xeyir olsun!..
..
Atın dərdi,silin qəmi,
sevgiymiş hər şeyin çəmi...
Salamlayın,dostlar məni,
hər vaxtınız xeyir olsun!.......12.04.2015..(İlhamə Abbas Yusifqızı...)
Xəyalımda xatirələr…..
..
Dolaşıram kuçələri,
Nə bir bəla sevgi oldu.
Nə bir yaman eşqə düşdüm,
Niyə belə aciz oldum...
Məhəbbətim qarşısında
Səni görmək, səni tapmaq arzusuyla
Dolaşıram küçələrdə
Arzum deyən çin olmuşdu...
O gün,nə xoş gün olmuşdu,
Gozlərimə inanmıram.
Hər yan çiçək ,gül olmuşdu.
Gəldik axır üz-üzə biz,
Üzləşməmək qorxusuyla
Aciz idik hər ikimiz
Bu Tanrının nidasıydi.
Yerə göyə ərşə qalxan,
Məhəbbətin sədasıydı...
Belə bir gün ya tez,ya gec olasıydi
Elə bil ki,utandırmaq istəyirdi
Tanrı bizi...
Axi belə yazmamışdı bəxtimizi....
Zəif-zəif atdimlarla yaxınlaşdıq,uzaqlaşdıq,
Bir anlığa görüşdük,həm vidalaşdıq.
Aman Tanrım...neçə illər gözlədiyim,
Anlar bunla bitəcəkmi...?.
Bir salamsız,bir kalamsız,
Belə gözdən itəcəkmi...
Yalvarıram ulu Tanrı
Uzat aramızdakı yolları.
Qısa eylə,asta eylə atdımları
Dondur bir an zamanı sən,
Alma əldən gümanı sən...
Axı neçə illərdi ki,
Gözləyirdim bu anları
Sevgi dolu zamanları......12.04.2015..(İlhamə Abbas Yusifqızı...)
"Səni röyalara gətirəcəyəm"
...
Umüdü yox etsən,talasan məni,
sevən ürəyimə çəkdirsən qəmi,
sən məni ağladıb qəmlərə salsan
izləyib kölgətək hər gecə səni
xəyaltək gözünə görünəcəyəm
səni röyalara gətirəcəyəm....
...
Laylanı çalacaq eşqim harayım,
çəkdiyin dağları yazım sanayım.
ağladım min dəfə, öldüm min dəfə,
öldürsən sən məni halaldı qanım
nə etsən qəlbimə döz deyəcəyəm
səni röyalara gətircəyəm....
.....
Sevgimi kağızlar, qələmlər anlar,
ağıl çox acizdir,ürəklər duyar.
gündüz bu dünyamı,ömrümü bəzə,
gecə royaları,sevdamı bəzə
gəlməsən bil yuxu görməyəcəyəm,
səni röyalara gətirəcəyəm....
...
Sənə ürək verdim,ürək ummadım,
duyğular dənizdir,körpü qurmadım.
qərq oldum dəlisov dalğalarında,
ömrümün bu gənclik,cavan cağında
ay nədir,il nədir bilməyəcəyəm
səni royalara gətirəcəyəm... .. ....13 04.2015..(İlhamə Abbas Yusifqızı...)
YANDIRDI ÜRƏYİMİ...
..
O nəğmə çox şirindi,
sanki sızladı yenə...
Ürəyimi yandırdı,
elə də doğmadı ki...
yenə oxunsun,yenə-
O NƏĞMƏ TANIŞ MƏNƏ...
..
Yenə səni düşündüm,
nəğmə oldu ürəyim...
Elə bil ki,söz ilə,
daşdı-doldu ürəyim...
Sən ömrümün mənası-
ay gözümün işığı...
..
O nəğmələr danışdı,
körpə kimi dil açdı...
Mənə necə tanışdı-
üstümə doğru qaçdı...
Sevgimdi yaraşığı,
ay gözümün işığı!..........13.04.2015..(İlhamə Abbas Yusifqızı...)
LAL BAXIŞLAR DANIŞANDA...
..
Çox sevmişəm gözlərini,
danışardı lal baxışlar...
Ağrıyardım,o gözlərdən,
süzüləndə gül yağışlar!...
..
Necə qaçım,necə axı-
o sevdalı baxışlardan!...
Baxıb-baxıb doymamışam,
sevgi dolu naxışlardan...
..
Gözlərini çox sevmişəm,
bir buludsuz səma kimi!...
Yanağına yağış yağdı-
dərd eylədim bu sevgimi!..
..
Titrək səsin həzin kaman,
nəğmə oldu qulağımda...
Sənsiz axı çox çətindi,
titrəyiş var dodağımda!...
..
Ağlama,gözəlim,belə,
bu halın yandırar məni...
Mən səninlə çox xoşbəxtəm...
sənsizliyim həsrət olar,
şüşətək sındırar məni...
..
Ağlama,mənim gözəlim,
o ağrıda qalıb gözüm...
Səni bir də tək qoymaram,
kiri daha,ay əzizim!.............15.04.2015..(İlhamə Abbas Yusifqızı...)
ONLAR CƏNNƏT MƏLƏYİ....
..
Gözəlliyə aşiqəm,
vurğunam İlahiyə...
BU İLAHİ GÖZƏLLİK,
özü həqiqət deyə!...
..
Gözlərimin önündə,
bax uçur səmavilər...
Nə xoşdur duaları,
bizim o ilahilər!...
..
Onlar cənnət mələyi,
budur əsil səadət...
Onlarındır bu dünya,
onlarındır axirət...
....
Onlar "Rəbbimiz,"- deyə,
üz qoyublar səcdəyə...
Bu,ilahi gözəllik-
nələrə dəyməz,nəyə!...
..
Bu ilahi gözəllik,
yaşadar dünyamızı...
Allahım bağışlasın,
bizim günahımızı..........16.04.2015..(İlhamə Abbas Yusifqızı...)
DOSTUM-HƏSRƏTİM...
..
Bu sevdaya tuş olandan,
ömrüm tamam səadətdi...
Eşq ilə yoldaş olandan,
dostum hicrandı-həsrətdi!...
..
Həsrət-ürəyimdə dərddi,
əzabımdı,acı-sərtdi...
Ağır yaraya dönsə də,
o, sevdamdı-məhəbbətdi!...
..
Bu həsrəti tək yaşadım,
dərd yükünü tək daşıdım...
Ağır gəlməmişdi mənə,
çünki eşqlə qoşa idim!...
..
Həsrət ağır yara olar,
sevdası tən- para olar...
Bəs bu dərdə düşənlərin,
ümid yeri hara olar!?.........17.04.2015..(İlhamə Abbas Yusifqızı...)
DÜNYA DƏRD İÇİNDƏ...
..
Dünya da dərd çəkdi,dözdükcə bəşər,
dərd çəkmək həmişə ürəyə düşər...
Ömür yollarında üç yol var idi,
üçü də keçilməz,həm də dar idi!...
..
Dünya dərd üstündə qurulub sanki,
əzab öz qoynuna alıb hər kəsi...
Qəm-kədər bollaşıb,çoxalıb çəki,
bircə xoş təbəssüm-hamının bəsi!...
..
Xəyyam da dünyada çəkdi elə qəm,
mey oldu dünyada ona bir həmdəm...
Qaranlıq gecədə Məhsəti xanım,
kuzəyə söylədi dərdini o dəm...
..
Uymasın dünyada heç kəs nəfsinə,
getməsin yaşamaq-qalmaq bəhsinə...
Yol necə başlayıb?...Qurtarar necə?...
deyəsən,fırlanır Yer də tərsinə!.....18.04.2015..(İlhamə Abbas Yusifqızı...)
AXDI-GETDİ TƏNHA SULAR...
..
Bahar gəlib ürəyimə,
elə bilir ki,yatmışam...
Səni gəzir baxışlarım,
DEMƏ:"SƏNİ UNUTMUŞAM..."
..
Göz yaşımız dərya olar,
axıb gedər tənha sular...
Ağrıları-məhəbbəti,
məgər unutmaqmı olar?...
..
Bu ağrıma "ümid,"- dedim,
"daha məni unut,"- dedim...
Mən ki sənə vurğun idim,
məgər sevən unudular?...
..
Ağaclara üz tutmuşam,
ürəyimdə söz tutmuşam...
Demə:"Səni unutmuşam..."
küsüb gedəcək qumrular!.......28.04.2015...(İlhamə Abbas Yusifqızı...)
Nənəmin təndir çörəyi...
...
Təndir yanında saldı,
Nənəm nimdaş bir xəli.
Çörək bişirmək idi,
Bu xəlinin səbəbi.
..
Kündələr urvalandı,
Teştlərdə yumalandı.
Fəsəli, çörək,lavaş,
Bir xeyli hazırlandı.
..
Gözəldir çörək ətri,
Dəysə nənəmin əli.
Dadından doymaq olmur,
Motal pendirlə fətrin.
..
Dürməklər hazırlandı,
Bəziləri nazlandı.
Uşaqlar götürdülər,
Onları ötürdülər.
...
Bütün həyət canlandı,
Qonşulara paylandı.
Nənəmin istisindən ,
Təndirin tüstüsündən.........29.04.2015..(İlhamə Abbas Yusifqızı...)
..
UZAQLARDAN GƏLƏN SƏS...
..
Titrəyiş var canımda,
uzaq ol,məndən,ölüm...
UNUTMUŞAM AĞRINI,
bəlkə,gələsən,gülüm!.....
..
Uzaqlardan səs gəlir,
bir yeni nəfəs gəlir...
Gözlədiyim nəğmədir,
ayrı bir həvəs gəlir!...
..
Dinlədim uzaqları,
necə həzindir o səs...
Qalmışam baxa-baxa,
görünməyir niyə bəs?!...
....
Ürəyimi götürdüm,
getdim o səsə doğru...
Qucaqladı köksümü,
yenə o doğma ağrı!...
..
O səsi tanıdım mən,
özümü də tanıtdım...
Məlhəmmiş xatirələr,
ağrıları unutdum!.....30.04.2015..(İlhamə Abbas Yusifqızı...)
ANAM DÜŞÜB YADIMA . . .
Bir ah çəkim, ulu göylər sökülün,
Duyğularım bənövşə tək bükülün.
Arzularım, siz də yanib tökülün,
Anam düşüb yadıma...
Işin yoxdu sinəmdəki dağla, can.
Sən bu dağı qiyamətə saxla, can.
Ağla ürək, ağla könül, ağla can,
Anam düşüb yadıma...
Qorxma mənim fəryadımdan, dadımdan.
Qansız kədər gəl keç yeddi qatımdan.
Dünya cıxıb yaddaşımdan, yadımdan,
Anam düşüb yadıma...
Neçə-neçə sərt üzlərə ağ oldum.
Ümmanlara boy göstərən dağ oldum,
Rəhm et Tanrım, göz yaşında boğuldum,
Anam düşüb yadıma.................01.05.2015..(İlhamə Abbas Yusifqızı..)
AYRILIQ DA BİR BƏLADIR...
..
Ayrılıq da bəla imiş,
yaman bəlaya düşmüşəm...
ÜZÜB AYRILIĞIN MƏNİ,
aman,bəlaya düşmüşəm!.......
..
Ayrılığın üzdü məni,
bir yuxuymuş bu ayrılıq...
Saçlarıma atdın dəni,
bir qorxuymuş bu ayrılıq...
..
BİR YUXUYMUŞ BU AYRILIQ.
..
bəs nə üçün ayılmıram?...
Yox,qorxuymuş bu ayrılıq,
bu qorxumdan ayrilmıram!......
..
Çəkmək olmur həsrəti də,
eşitdiyin səs deyilmi...
Sil ömrümdən möhnəti də,
AYRILIĞIN BƏS DEYİLMİ...
..
Bir yuxuymuş-gördüm səni,
sən nazmısan-qəmzəmisən?...
Al-qırmızı geyinmisən-
lalələrə bənzəmisən...
..
Gözlərinə baxdım,gülüm,
yandı Günəş yanağında...
Təbəssümün qönçələdi,
şehli-şəkər dodağında...
..
Baxdım sənə lal heyrətlə,
eşqim dil açmışdı deyə...
Söz özü də artıq olur,
rast gələndə gözəlliyə...
..
Baxdım belə,gülüm,çaşdım,
o baxışlar səs deyilmi?..
Sənsiz niyə qalım,gülüm,
bu ayrılıq bəs deyilmi?!.......02.05.2015..(İlhamə Abbas Yusifqızı...)
NƏ APARIR İNSAN....?
....
Demə:"Nə aparır dünyadan insan..?"
Hər gedən, özünü aparıb gedir.
Hər kəs bir dünyadır, elə dünyacan,
Dünyadan bir dünya, qoparıb gedir...
..
Hardasa bir sevinc, həsrətə dönür,
Hardasa bir sevgi, qırılır birdən.
Kiminsə kədərdən, beli bükülür,
Kiminsə saçına, o gün düşür dən...
...
Hər məzar torpağın, qəlbində yara,
Başdaşı torpağın, qəlbində oxdur.
Belə yaranıbdır, həyat,nə çarə...?
Ölümsüz-itimsiz, dünya ki yoxdur...
..
Hər ömür bir nəğmə, bir sədadırsa,
Hər gedən, bir dünya, səsi aparır.
Hər bir kəs təkrarsız, bir dünyadırsa,
Hər gedən, təkrarsız kəsi aparır...
..
Demə:" Nə aparır dünyadan insan...?"
Hər gedən, özünü aparıb gedir.
Hər kəs bir dünyadır, elə dünyacan,
Dünyadan bir dünya, qoparıb gedir...........02.05.2015...(İlhamə Abbas Yusifqızı...)
İLAHİ EŞQİM MƏNİM...
..
Sübh şəfəqi doğacaq,
qaranlığı boğacaq...
Qızaracaq üfüqlər-
Günəşimiz doğacaq!...
..
Könlüm nəğmə dolusu,
dil açıbdı arzular...
Sən duyursan qəlbimi,
ÜRƏKDƏ MƏHƏBBƏT VAR...
..
Bir güldür-solmaz bahar,
ömürdü-sonu olmaz!...
Qəlbindəki arzular,
ondan güc alar-solmaz!...
...
Üzümüz ona sarı,
unutduq ağrıları...
O,bizə öyrədibdi,
düzlüyü-doğruları...
..
Yolumuz onun yolu,
bu yolda həqiqət var!...
Gedək gözüyumulu-
ürəkdə məhəbbət var!.....04..05.2015..(İlhamə Abbas Yusifqızı...)
SƏNSİZƏM BU DÜNYADA...
..
Sənsiz bu həyatı necə yaşayım,
həsrətin könlümü bəs niyə almır!...
Deyirəm,qoy dözüm,dərd-qəm daşıyım,
sənsiz bu həyatı yaşamaq olmur!...
..
Sənsiz həyatımın acıdı dadı,
sənsiz tanımadım yaxını-yadı...
Dünyam sənsiz qalıb,sənsiz olmadı,
sənsiz təkliyi də daşımaq olmur!...
..
Sənsiz göylər qara,buludlar dolu,
sənsiz həyatıma bir zülmət dolur...
Sənsizlik-ömrümün "bəxtəvər" halı,
sənsiz eşqim məni yadına salmır!...
..
Sənsiz anlarımda dedim,-döz,kiri,
gördü,kədərimə çox güldü biri...
Dedim xəyalına,-yeri get,yeri,
sənsiz həsrətini daşımaq olmur,
sənsiz bu həyatı yaşamaq olmur!.....05.05.2015..(İlhamə Abbas Yusifqızı....)..)
Bir məktub göndər mənə....
...
Bir məktub göndər mənə,
İçində ürək olsun.
Məhəbbət,eşq, sevgidən,
Yüklənmiş gərək olsun...
...
Bir məktub göndər mənə,
Yandırsın günəş kimi.
Çatır-çatır alışsın,
Od olub, atəş olub...
...
Bir məktub göndər mənə,
Sirrimi aça bilsin.
Sənə olan əvəzsiz,
Ehtiyacım bilinsin...
...
Bir məktub göndər mənə,
Xəyanətdən keçməmiş.
Məkrdən hiylənməmiş,
Özünə don biçməmiş..
....
Bir məktub göndər mənə,
Gətirsin bahar, yazı.
Qaytarsın həyatıma,
O işvəni, o nazı...
....
Bir məktub göndər mənə,
Arxasınca özün gəl.
Şübhələri yox elə,
Ayrılığın köksün dəl........14.05.2015..(İlhamə Abbas Yusifqızı...)
GÖZLƏRİNƏ BAXDIM ELƏ...
..
Gözlərinə baxdım elə,
ürəyimi yaxdım elə...
Sənsizliyim şimşək olub,
zülmətlərdə çaxdım elə...
....
Ürəyimdə yanan közdü,
ürəyimi yaman üzdü...
Dözməz idim bu acıya,
ürək sevir,ürək dözdü...
..
Sevda duydum o baxışda,
könlümdəki bu naxışda...
Ayrı salmaz sevənləri,
sevda varsa-qar,yağış da.......23.05.2015..(İlhamə Abbas Yusifqızı...)
ÜMİD OLARSA...
..
İnsan min ümidlə gəldi dünyaya,
qəlbinə o,varsa,kədər dolarmı?...
Taleyin qaranlıq mənzillərində,
həyata,görəsən,ümid qalarmı?...
..
Dünyanın sonudur,-deyən o qədər,
yer isə fırlanır öz məhvərində...
Boylanıb baxırıq keçilən yola,
biz də bu dəryanın sahillərində...
..
"Dünya beşgünlükdür,"-deyənə yazıq,
sınaq dünyasıdır,yaşayaq-ancaq...
Elə yaşayaq ki,ömür yanmasın,
çıxaq imtahandan,çıxaq üzüağ!......29.05.2015..(İlhamə Abbas Yusifqızı...)
UŞAQLIQ ÇAĞLARINDA....
..
Dünyanın ən gözəli,
körpə uşaq üzüdür...
Yalandan uzaq olan,
uşaqların sözüdür...
..
Uşaq olduq,həyatda
yalana da inandıq...
Deyirlər ki,o vaxtlar,
özümüz də yamandıq!...
..
O çağlar necə gözəl,
nə qədər əziz bizə...
Yenə qayıda biləm,
o təmiz ömrümüzə!........01.06.2015..(İlhamə Abbas Yusifqızı...)
..
YUXUNA QONAQ OLUM...
..
Yuxuna qonaq gəlim,
uzaq xatirələrdən...
Gözlərinə görünüm,
şirin xəyal tək hərdən!...
Özünsən gözümdəki,
özünsən sözümdəki...
Gülüşsən üzümdəki,
yox olub getmə birdən!...
Beləcə görüm səni,
ömrüm də bahar olsun...
Beləcə ömür boyu,
xatirələr var olsun.............01.06.2015...(İlfamə Abbas Yusifqızı...)
BİZ DƏ, UŞAQ OLMUŞUQ...
..
Biz də, uşaq olmuşuq,
gözəl idi o günlər...
Ömrümüzə nəqş olan,
qönçə ətirli günlər...
..
O günlər şirin oldu,
elə bil ki, ilk bahar....
O günlərin sovqatı-
şirin-şirin arzular...
..
Arzuları yaşadıq,
könlümüzə almışıq...
Nə yaxşı ki, bir zaman
biz də, uşaq olmuşuq...!.......02.06.2015..(İlhamə Abbas Yusifqızı...)
NƏ VAR XOŞBƏXT OLMAĞA...
..
Nə var xoşbəxt olmağa,
ayrılıqlar olmasa...
Dünya səadət olar,
sevən hər kəs həyatda
dərd-qəmə rast gəlməsə!...
..
Nə var xoşbəxt olmağa,
inam olsa xoş günə...
Xoş günlərə can atdıq-
biz də çata biləydik,
hər birimiz kaş günə!...
..
Nə var xoşbəxt olmağa,
dərd ürəyə dolmasa...
Bu dünya imtahandır,
sevənlər xoşbəxt olar-
ayrılıqlar olmasa!.........03.06.2015..(İlhamə Abbas Yusifqızı...)
AVROPA OYUNLARINDA...
..
Dözdü bu xalq çətinə,
dözə biləcək yenə!...
Baxacaqdır qürurla,
od saçan,alov saçan,
o idman məşəlinə!...
..
Avropanın kor gözü,
görməsə də çox şeyi...
Bu idman yarışında,
bizim zəfərimizi,
bizim hünərimizi,
bacaracaq görməyi!......09.06.2015..(İlhamə Abbas Yusifqızı...)
HƏYATIN SONU VARMI?...
...
Həyatın sonu yoxmuş,
görəsən ilki varmı?...
Əbədidi deyirlər,
əbədi var olarmı?...
..
Bəzən yandırıb bizi,
baxmışıq elə ona...
Nə gələr əlimizdən,
qalmışıq yana-yana!...
..
Bəzən güldü-çiçəkdi,
ondan gözəl olarmı?...
Bağlıyıqsa bu qədər,
həyatın sonu varmı?...
..
Gəlir dünyaya insan,
ağlamaqmış əvvəli...
Kimi dərdlə yaşayır,
kimisi də məzəli!...
...
Arzular da könlünə,
elə şirincə baxmış...
Sən də elə bilmisən,
həyatın sonu yoxmuş!......10.06.2015...(İlhamə Abbas Yusifqızı...)
SÜKUT NƏĞMƏSİ...
..
Sükut bu gün,elə bil,
bir insandır-dili lal...
Lal sükutda boğuldu,
yenə də neçə xəyal!...
..
Dəryalar da fırtına,
coşub-daşdı dalğalar...
Bəlkə,bu harayda da,
çox incə bir sükut var!...
..
Sükut-dilsiz nəğmədi,
saracaqdır hər yanı...
Bu,elə nəğmədi ki,
sevən oxuyar onu!........14.06.2015..(İlhamə Abbas Yusifqızı...)
QƏRİB SEVGİLƏR...
..
Uzaq-uzaq ellərin,
nəğməsi də qəribmiş..
O nəğmədə sevənlər,
dərdi-qəmi dəribmiş...
..
Nəğmələrin dərdini,
qərib sevənlər bilər...
Qəriblikdə sevənlər,
həmişə çətin gülər!.....16.06.2015..(İlhamə Abbas Yusifqızı...)
SONA ÇATSIN BU HƏSRƏT...
..
Çağır məni,
gələcəyəm...
Bu harayı gözləyirəm!...
Ömür gedir asta-asta,
həzin-həzin-
mən də səni səsləyirəm!...
Yollardadır hələ gözüm,
haray oldum,
səda oldum-
harayladım səni özüm!...
Daha bəsdir,
başa çatsın,
yetsin sona həsrətimiz!...
A sevdiyim,
ikimiz də bir ünvana
yol başlayaq,
bitsin,bitsin möhnətimiz.......18.06.2015..(İlhamə Abbas Yusifqızı...)
Gəl ikimiz, yazaq Allah...
...
Mən şeir, sən taleh,
Gəl ikimiz, yazaq Allah
Göz yaşından gül əkək,
Yerdə çinar cızaq Allah...
...
Qələmi al əlimdən,
Sən yaz şerimi Allah,
Duaların içində,
Azdır şerimi Allah.
..
Elə istəyirəm hərdən
Görüm nurlu üzünü
Gedim Allah evinə,
Ürəyimlə sürünüm.
...
Min bir rəngin çalarına,
Ayaq açıb qaçaq Allah
Sevginin qucağında
Gəl ömürlük qalaq Allah.
...
Nisgilli bir ananın,
Kədər qoxan gözündə,
Kədərin məlul baxan,
O taqətsiz üzündə,
Bir ümid qazaq Allah.
...
Şerim göylərdən,
Səadət payı yollasın
Dünyada eşqdən özgə,
Batmağa "günah" qalmasın.
..
Mən şeir, sən taleh,
Gəl ikimiz, yazaq Allah.
Önümüzdən körpü keçsə,
"Amin!" deyək pozaq Allah......18.06.2015..(İlhamə Abbas Yusifqızı...)
...
SƏNİNDİMİ O CIĞIR...?
..
Dağların zirvəsində,
bir tənha cığır gördüm...
Dayandım mən də yalqız,
o yola salam verdim!...
...
Sıldırımlar qorxuncdu,
uçurumlar dərindi...
Sevməyi bilirsənsə,
o tənha yer sənindir!......18.06.2015...(İlhamə Abbas Yusifqızı...)
BİR DÜNYAM OL...
...
Bir nəğmə ol dodağımda,
gecə-gündüz oxuyaram...
Sinəmdəki nəğmələrdən,
eşqə çələng toxuyaram!...
..
Eşq göylərin sevdasıdır,
diqqət eylə o mənaya...
İnsan üçün göndərilib,
eşq özü də bu dünyaya...
..
Eşq özü də bir dünyadı,
rəngi bəyaz,yaşıl və al...
Gəl biz quraq bu dünyanı,
o dünyada dünyam sən ol!.....19.06.2015..(İlhamə Abbas Yusifqızı..)
İSTİ...
..
Əyləşmişəm sərində,
məndən uzaqdı istı...
Durub yola çıxanda,
yaman əhdimi kəsdi!...
..
Yolu getmək də çətin,
yolu gəlmək də çətin...
Bu istidə yaşamaq,
elə ölmək də çətin!...
..
Bizi çox karıxdırıb,
hələ yerdə bu isti...
Durum bir çıxım yola,
bəlkə,dağdan meh əsdi!......23.06.2015..(İlhamə Abbas Yusifqızı...)
O SEVİRDİ...
..
O sevirdi,amma nədən,
"yox" söylədi sevdiyinə?...
Axı niyə sevənlərin,
könlünə daş dəydi yenə?...
..
Məhəbbət bir müəmmadı,
sevənlərin çoxu bilməz...
Bu duyğunu qoruyaq ki,
gedən andan geri gəlməz!...
..
O sevirdi,məhəbbəti
ürəyində gizlədərək...
Bu,çatmasa öz yerinə,
ömrün boyu qalarsan tək!......24.06.2015..(İlhamə Abbas Yusifqızı...)
Fələk səni məndən aldı...!
..
Fələk səni məndən aldı,
Yaman dərdə saldı Ana.
Səndən mənə çox yadigar,
Bu dünyada qaldı Ana...
..
Beşiyimin başı üstə,
Yaş gətirdin yaşın üstə.
Laylay çaldın sən ahəstə,
Şirin laylan qaldı Ana...
...
Dərdlərimi dərdin bildin,
Övladının qədrin bildin.
Verdiyin süd indi bildim,
Qəhddi,şəkər-baldı Ana...
...
Hər cəfama sinə gərdin,
Nə istədim,mənə verdin.
"Pəpə" verdin, "məmə" verdin,
Yaddaşımda qaldı Ana...
...
Hanı mənim əziz Anam,
Qəlbi coşqun, dəniz Anam,
Hər nemətdən əziz Anam,
Xatirəmdə qaldın Ana...(((....01.07.2015..(İlhamə Abbas Yusifqızı...)
Salam ağ xalatlı,ey gözəl bəndə...
...
Salam ağ xalatlı,ey gözəl bəndə,
Bu nə gözəllikdir,yaranıb səndə.
Bir sevgi,məhəbbət alışdı məndə,
Daha dərmanın yox,lazımsan özün...
....
Vuruldum ilk andan,ey qara gözlüm,
Gəl sən bu qəlbimə eyləmə zülüm.
Aldın ürəyimi ey şirin sözlüm,
Daha dərmanın yox,lazımsan özün...
...
Unutdim dərdimi,qəmimi,həkim,
Sanki mələk gördü mənim gözlərim.
Görüncə sağaldı kədərim mənim,
Daha dərmanın yox,lazımsan özün...
...
Qısqandı o Leyli,o Məcnunu ki,
Sevmədi,mən səni sevdiyim kimi.
Qəlbimə bir sevgi hissi gəlib ki,
Daha dərmanın yox,lazımsan özün......
...
Qovuşsun əllərim sənin əlinlə,
Əl çək inadından evlən mənimlə.
Dəyişsin ağ xalat,ağ gəlinliklə,
Daha dərmanın yox,lazımsan özün...
Mənə dərmanın yox,lazımsan özün.......05.07.2015..(İlhamə Abbas Yusifqızı...)
NECƏ SEVMƏYİM SƏNİ...
...
Özümnən alır məni,
Tutulur nitqim,səsim.
Səsin yaşadır məni,
Səsinə quzu kəsim,
Necə sevməyim səni...?
...
Sən mənim "sənim" kimi,
Canda canımsan axı.
Sən mənim mənim kimi,
Anlayanımsan axı...
Necə sevməyim səni...?
..
Nədən deyə bilmirəm,
Necə deyim yar...sənə...?
Ancaq onu bilirəm
Ehtiyacım var sənə...
Necə sevməyim səni...?.......07.07.2015..(İlhamə Abbas Yusifqızı....)
KAŞ...
..
O sulara qərq olaydım,
şirin-şirin boğulaydım...
Köksündəki çırpıntıda,
kaş yenidən doğulaydım...
..
Ətrafıma baxa biləm,
gözlərinə gülə biləm...
Əbədilik o məkana,
tək səninlə gələ biləm!...
..
Məhəbbətdir bizə yoldaş,
könüllərə odur sirdaş...
Bu arzular tükənməsin,
ruhumuzda beləcə kaş!........11.07.2015..(İlhamə Abbas Yusifqızı...)
DƏYİŞMƏDİ MƏHƏBBƏT....
..
Adı məhəbbət olan
bir duyğu yaşadıq biz...
Gah elə üzə güldü,
gah qorxu yaşadıq biz...
..
Dəyişdi qərinələr,
illəri verdik bada...
Sanki qaldıq tək-tənha,
ikimiz bu dünyada...
..
Bir gün sən də dəyişdin,
dedin,hanı səadət?...
Susdum,dinə bilmədim,
ürəyimdə məhəbbət!...
..
Dünya da dəyişibmiş,
indi başqadı adət...
Çox şey tərsinə oldu,
ancaq
dəyişmədi məhəbbət!.........14.07.2015..(İlhamə Abbas Yusifqızı...)
Tələbəlikdə gördüm...
...
Ömrün gözəl çağlarını,
Gəncliyin mənasını,
Dostların vəfasını,
Tələbəlikdə gördüm.
* * *
Unudulmaz günləri,
Şirin-şirin sözləri,
Müqəddəs arzuları,
Tələbəlikdə gördüm.
* * *
Xəyalların arzuya,
Arzuların həqiqətə,
Çevrildiyi günləri,
Tələbəlikdə gördüm..... 25.07.2015..(İlhamə Abbas Yusifqızı...)
Dünyaya qonaqtək gəlmədikmi biz..?
...
Ömrümü çiynimdə daşıyıram mən,
Sol yanım qarlı qış – üşüyürəm mən,
Beləçə, bir təhər yaşıyıram mən,
Dünyaya qonaqtək gəlmədikmi biz..?
...
Ağlamaq öyrəndim hələ gülməmiş,
Adımı el bildi özüm bilməmiş,
Bələndim beşikdə hələ ölməmiş,
Dünyaya qonaqtək gəlmədikmi biz...?
...
Bir gecə durna tək uçub gedərəm,
Dünyaya biryolluq vida edərəm,
Ömrüm nə qədərdir, mən o qədərəm,
Dünyaya qonaqtək gəlmədikmi biz...?!......31.07.2015..(İlhamə Abbas Yusifqızı...)
..
OLAR YUXUNA GƏLİM...?
..
Olar...yuxuna gəlim...?
Qucaqlasın əllərim
Uçan səadətimi...???
Basdırıb kədərimi
Uzaqlara aparıb
Sevgi dağına çıxıb
Fəth edək o zirvəni...??
Bir azacıq toxunum...
Lap,lap,lap,lap azacıq....
Sarı simtək çalınıb
Sevgi qədəhin dadıb
Kipriklərinə qonum...?......07.08.2015...(İlhamə Abbas Yusifqızı...)
NUR DAMLALAR...
..
Sabah gözəl açıldı,
süzüldü nur damlalar...
Müjdə oldu aləmə,
bu sərin gur damlalar!...
..
Sevincindən,elə bil,
güldü ana təbiət...
Sevincini bizimlə,
böldü ana təbiət!.........27.08.2015..(İlhamə Abbas Yusifqızı...)
...
GƏL GÖRÜŞƏK ƏZİZİM...
..
Gəl görüşək əzizim,
Bir payiz gecəsinə.
Biraz dinsin ağrilar,
Sar məni nəfəsinə...
*
Həyatin qayğisini,
Gözlərində unudum.
Ağaran saçlarimi,
Əllərində ovudum..
*
Bir xumar gülüşünlə,
Gözlərimdən sil qəmi.
Siğal çək gecələrə,
Göylərdə yağiş kimi...
*
Gəl əzizim görüşək,
Bir səhər göy üzündə.
Biraz bizə ağlayaq,
Buludlarin gözündə .......02.09.2015..(İlhamə Abbas Yusifqızı...)
DUA EDİN BİZƏ DƏ...
..
Onlar həccə gedirlər-
ülvi bir ziyarətə...
Dua edin bizlərə,
az qalıb qiyamətə...
O müqəddəs pak yerdə,
qəbul olur dualar...
Çoxsa da günahımız,
hələ bağışlanmağa,
azca gümanımız var!........11.09.2015..(İlhamə Abbas Yusifqızı...)
MİNNƏTDARAM...
.....
Nə yaxşı ki,bu yazmağı,
yaratmağı mənə verdin.
Həm hicranın,həm vüsalın
tellərini daratmağı mənə verdin...
...
Mən şeirlər yazmasaydım,
Ümidlərin,xəyalların içindəcə azmasaydım
Yəqin ürəyim partlardı,
Qəlbimin qəm divarları
ayrılığın əzabından tez çatlardı...
...
Hey yazıram,boşaldıram ürəyimi,
Ulu Tanrım,
bu yoldasa yerə vurma kürəyimi.
Qaranlığa bürünübdür mənim könül kainatım,
Yatıb daha bir zamanlar
əqrəbləri bir-birinə aşiq olan qəlb saatım.
Daha irəli getməyir,
şirin vüsala yetməyir...
...
Bəlkə burda dayanım mən.,
Boş xəyallar yuxusundan oyanım mən.
Dərdi-qəmi qəlbdən silim,
Bəxş etdiyin bu həyatın qədrin bilim.
....
Ulu Tanrım,bu yoldaca mənə ruhən kömək et.
Yaxşı gündə,pis gündə də
hayıma çat,dadıma yet.
Bilirəm ki,o sevdiyin insanların
içindəcə mən də varam.
Tanrım,sənə minnətdaram.
Tanrım,sənə minnətdaram. .......25.09.2015..(İlhamə Abbas Yusifqızı...)
Getmək istəyirəm...
...
Yoruluram hərdən...
Uzaqlaşmaq istəyirəm
bu şəhərdən...
Şablonlaşmış insanlardan,
Səs-küylü yollardan,
Təkərləri xatirələrə sarılmış
maşınlardan.
Dörd divara məhkum olunmuş
xəyallardan, arzulardan...
....
Getmək istəyirəm
Şeir yazan barmaqlarımdan,
Yazarkən ovcuma sıxdığım
dırnaqlarımdan.
Silmək istəyirəm izlərimi
Olduğum küçələrdən,
Toxunduğum əşyalardan.
Yığılsın mənə dair xatirələr
yaddaşlardan,
Kölgəm düşən yerləri
yağış yusun istəyirəm,
Bu şəhər məni
unutsun istəyirəm...
...
Getmək istəyirəm
Hələ böyüməyən uşaqlığıma-
Böyütməyin məni...
Yalanları öyrədərək,
Ürəyimi incidərək.
Almayın əlimdən məsumluğumu!
Qoyun uşaq qalım,
Böyümüş vücudumda
uşaq qəlbi daşıyım.........29.09.2015...(İlhamə Abbas Yusifqızı...)
SEVDALI GÜNLƏRİMİZ...
..
Yaman yağış yağdı gen dünyamıza,
təbiət doyunca sərinləyəcək...
Meşələr,çəmənlər,güllər-çiçəklər,
içdikcə yağışı-gülümsəyəcək!...
..
Azalar ömrün də kədəri-qəmi,
sevdalı günlər də qovar həsrəti...
Beləcə ovudub küsən könlümü,
silək ömrümüzdən daha möhnəti!...
..
Gəl tutaq yağışın əlindən belə,
qaçaq istilərdən,qaçaq sərinə...
Bu yağış yağacaq,yağacaq hələ,
od tutan sevginin sahillərinə!..........01.10.2015..(İlhamə Abbas Yusifqızı...)
...
SƏN ÖYRƏTDİN...
....
Sən öyrətdin bilirsənmi,
Bu həsrəti yaşamağı.
Sən öyrətdin ürəyimdə,
Bu sevgini daşımağı...
...
İlk baxışdan baxışların,
Ürəyimi paraladı.
Kirpiklərin bir ox kimi,
Köksüm altı yaraladı...
...
Damla-damla göz yaşlarım,
İçin-için axdı,getdi.
Yanan bu eşq bu könlümə,
Gizli-gizli baxdı getdi...
...
Dodaqların xəlvət-xəlvət,
Pıçıldadı adını da.
İndi bildim bu sevginin,
O bal kimi dadını da........ ..04.10.2015..(İlhamə Abbas Yusifqızı...)
..
O, DÜNYA NƏĞMƏSİDİR...
..
Bu dünyanın nəğməsi var,
eşqlə dolu,sevda yolu...
Ürəklərdə,könüllərdə
var olacaq dolu-dolu!..
..
Bir nəğmə ol dodağımda,
gecə-gündüz oxuyaram...
Sinəmdəki nəğmələrdən,
eşqə çələng toxuyaram!...
..
Eşq göylərin sevdasıdır,
diqqət eylə o mənaya...
İnsan üçün göndərilib,
eşq özü də bu dünyaya...
..
Eşq özü də bir dünyadı,
rəngi bəyaz,yaşıl və al...
Gəl biz quraq bu dünyanı,
o dünyada dünyam sən ol!.........12.10.2015..(İlhamə Abbas Yusifqızı...)
..
Neynirəm bu həyatı...?
...
Oldum arxa dayaqsız,
qaldım əlsiz - ayaqsız,
Həyat oldu maraqsız,
Neynirəm bu həyatı..?
..
Yar məni tərk eylədi,
Sevgini əsirgədi.
Sonda əlvida dedi,
Neynirəm bu həyatı..?
..
Hər şey o anda bitdi,
Gülüş üzümdə itdi.
Sevinc onunla getdi,
Neynirəm bu həyatı...?
..
Əvvəl onunla birdim,
Onla deyib, gülürdüm.
O olmasa deyirdim,
Neynirəm bu həyatı...?
..
Ömrüm gedəndən hədər,
Həyatdan yoxdur səmər.
Gördüm ancaq qəm, kədər,
Neynirəm bu həyatı...?
..
Qəflətdən gec oyandım,
Yalanlara inandım.
Bezdim, artıq usandım,
Neynirəm bu həyatı..?
..
Çox vaxt əlacsız oldum,
Göz yaşlarıyla doldum.
Qazandığımı uduzdum,
Neynirəm bu həyatı...?
..
Bircə ölüb gedərdim,
Hər kəsi tərk edərdim.
Daha qalmazdı dərdim,
Neynirəm bu həyatı...?
..
Hər günüm ancaq günah,
Maraqsızdı hər sabah.
Bağışla məni ALLAH,
Neynirəm bu həyatı...?
..
Həyatımda nələr var,
Gözün onu intizar.
Verdim özümə suallar,
Neynirəm bu həyatı...?
..
Belə yaşamaq olmaz,
Yerin boşalsa dolmaz.
Yaz şair, dayanma yaz,
Neynirəm bu həyatı...?........13.10.2015..(İlhamə Abbas Yusifqızı...)
..
YADINDAMI...YADINDAMI...?
..
O günləri xatırladım,
sevgi dolu o günləri...
Yadındamı,bir gedərdik,
biz o yolu o günləri!...
..
Yadındamı o məhəbbət,
aləm sanki bahar idi...
Nə yaxşı ki,o günlərdə,
bu məhəbbət tək var idi...
..
O günləri xatırladım,
sevda vardı bu dünyada...
O günləri,bəlkə,özün
hərdənbir salasan yada?!...
..
Sən sevirdin,amma nədən,
"yox" söylədin sevdiyinə?...
Axı niyə sevənlərin,
könlünə daş dəydi yenə?...
..
Məhəbbət bir müəmmadı,
sevənlərin çoxu bilməz...
Bu duyğunu qoruyaq ki,
gedən andan geri gəlməz!...
.
O sevirdi,məhəbbəti
ürəyində gizlədərək...
Bu,çatmasa öz yerinə,
ömrün boyu qalarsan tək!..........14.10.2015..(İlhamə Abbas Yusifqızı..)
#ilhaməabbasyusifqızı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3 409
...
Könül dəzgahımız, eşq toxuduqca,
Bu qələm, çox yazar, siz oxuduqca,
Hər misramda, özünüzü tapdıqca,
Şeirlərlə qucaqlaram, sizi mən...
...
Yol var qəlbdən-qəlbə, gedir-gedənlər,
Dostsa, dost qiyməti, bilir-bilənlər,
Gönül yarasına, könül sürənlər,
Şeirlərlə qucaqlaram, sizi mən...
...
Təşəkkür bildirər, Yusifqızınız,
Daim ürəkdədir, isti sevginiz,
Yaxşı olun, xoşbəxt olun, hamınız,
ŞEİRLƏRLƏ QUCAQLARAM, SİZİ MƏN.........(Sahil Dəniz Yusifqızı...)
Vətən torpağına şəhid bədənləriylə, istiqlal toxumlarının əkildiyi gün...
Vətən göylərinə şəhid qanlarıyla, üç rəngli bayrağın sərildiyi gün...
Nəvələrimizə Vətən dərsinin öyrətdiyi şanlı səhifə...
And yerimiz...
Azadlıq eposumuzun XX əsr dastanı...
Xalqı əsarət yuxusundan oyadan möhtəşəm üvertüra...
Milli haray...
Böyük Azərbaycan çağırışı...
Milli ruhun təsdiqi...
Və...bu günün Zəfər tarixinin başlanğıc addımı...
Həm böyük hüznümüz və həm böyük qürurumuz...
20 yanvar Xocalı faciəsinin, erməni təcavüzünün, rus imperiya azğınlığının və milli susqunluğun dözülməyən qəti etirazı...!.....(Sahil Dəniz Yusifqızı....)
Həqiqətdə dünya sirrinə vaqif ola...Ещё.. İnsan dünya sirrinə vaqif olandan dünyadan iki əlli yapışdı. .İnsanın sirr bilib vaqif olduğu həqiqətdə bəzəkli oyuncağın görsənən tərəfidir. ..Hər gözəlliyin ardında açılması çətin olan sirrlər yatır. İnsan onun gözündə gözəl görsənən bu bəd heybətin üzünü görməmək üçün batini gözlərini kor etdi. Qabusnamədə belə bir rəvayət oxumuşdum: .Birini bir bəd heybət qovur... İnsan bu bəd heybətdən qurtulmaq üçün özünü quyuya atır.. Kəndirdən asılı qalan insan iki ağ +qara siçanın ipi gəmirdiyini görür. Yuxarı qalxa bilmir, bəd heybət quyunun ağzında oturub, aşağı düşə bilmir, aşağıda bir əjdaha oturub, ağzından alov püskürür. Quyunun divarlarından bal axır. .İnsan çarəsizdir aşağıda ölüm, yuxarıda ölüm, divardan axan bal... Hər an öləcəyini bildiyi halda divardan axan baldan barmaqlayıb ağzına qoyur. ..İnsanı qovan ölümdür, quyu dünyadır, kəndir ömürdür, ağ + qara siçan günlərdir, divardan axan bal dünyanın şirinliyi, aşağıdan qalxan alov cəhənnəm atəşi...
Həqiqətdə dünya sirrinə vaqif olanlar ADAMlardır. Bəsirətsiz olmayan ADAM. ADAM hardan gəldiyini, harda olduğunu, hara gedəcəyini bildiyi üçün dünyaya bağlanmaz, dünyanın bir vasitə və axirətin tarlası olduğunu təfəkkür edərək yaşayar....... (Sahil Dəniz Yusifqızı...)
..
Qorxumuz olmaz bizim,
dünyanı zülmət alsa...
Aşarıq zirvələri,
İlahi sevgi olsa...
..
O,HƏQİQƏT MƏNBƏYİ,
DƏRDİMİZ QALMAZ BİZİM...
Olsa ALLAH sevgimiz,
qorxumuz olmaz bizim...
..
O SEVGİ İLAHİDİ,
o EŞQ bir başqa olur...
Sanki nur dənizidi-
axır-ürəyə dolur...
...
İlahidən gələn pay,
bilirik ki,kəm olmaz...
Zülmət alsa dünyanı,
daha qorxumuz olmaz..............(Sahil Dəniz Yusifqızı...)
Hər kəsə xain olan insan nədir...?
İblis...
...
İnsanın vücudu iblis və xeyir mələklərinin döyüş meydanıdır. İnsan hansı(pislik və yaxşılıq) tərəfə meyl edərsə vücud üzərindəki qələbə o tərəfə aid olar.
İblis mlakut aləmində ən elmli mələklərdən biri idi. Onun ibadəti və kürsidən olan xütbələri onun dəyərini dahada artırırdı. Qulağına fısıldayan səsi eşidənə qədər...!
Ona xəbər çatdı ki ALLAHU Sübhanə Təala yeni bir məxluq yaradar ADƏM...
Gəldi həmin məkana və təpiklə yerdəki palçıqdan hazırlanmış ADƏMin quru vücuduna vuraraq söylədi. ALLAHA xitabən bunu yaratma mən sənə elə bir ibadət edərəm ki, nə məndən öncə, nədə məndən sonra bu ibadət mərtəbəsinə qalxa bilməyəcək...
ALLAHU Sübhanə Təala buyurdu; bu mənim xəlifəm oıacaq. Mənim danışan, görən gözüm, danışan dilim olacaq. Bu mənim sevgimin nurunu yayacaq.
İblis dedi; bunlar qan tökəcək fitnə yaradacaq...
Allah buyurdu; mənim bildiklərimi siz bilmirsiniz...
İblis yerdəki palçıqdan düzəldilmi...Ещёİblis nədir...? Hər cümlə xəyanətlərə bais.
Hər kəsə xain olan insan nədir...?
İblis...
...
İnsanın vücudu iblis və xeyir mələklərinin döyüş meydanıdır. İnsan hansı(pislik və yaxşılıq) tərəfə meyl edərsə vücud üzərindəki qələbə o tərəfə aid olar.
İblis mlakut aləmində ən elmli mələklərdən biri idi. Onun ibadəti və kürsidən olan xütbələri onun dəyərini dahada artırırdı. Qulağına fısıldayan səsi eşidənə qədər...!
Ona xəbər çatdı ki ALLAHU Sübhanə Təala yeni bir məxluq yaradar ADƏM...
Gəldi həmin məkana və təpiklə yerdəki palçıqdan hazırlanmış ADƏMin quru vücuduna vuraraq söylədi. ALLAHA xitabən bunu yaratma mən sənə elə bir ibadət edərəm ki, nə məndən öncə, nədə məndən sonra bu ibadət mərtəbəsinə qalxa bilməyəcək...
ALLAHU Sübhanə Təala buyurdu; bu mənim xəlifəm oıacaq. Mənim danışan, görən gözüm, danışan dilim olacaq. Bu mənim sevgimin nurunu yayacaq.
İblis dedi; bunlar qan tökəcək fitnə yaradacaq...
Allah buyurdu; mənim bildiklərimi siz bilmirsiniz...
İblis yerdəki palçıqdan düzəldilmiş fiqurun ağız hissəsindən girdi bütün məkanları gəzdi, elə bir yerə çatdı ki, ora girməsi mümkün olmadı.
Allah buyurdu: ora sən girə bilməzsən, çünki, ora mənim mənzilimdir.
İblis anus dəliyindən çölə çıxdı və yerdəki palçığın üzərinə tüpürdü.
Allah mələklərə buyurdu; iblisin tüpürcəyi düşən yeri Adəmin maketindən ayırdılar. O ayrılan yer Adəmin göbək hissəsidir. O palçıqdan Allah iti xəlq etdi. İt Adəmin torpağından olduğu üçün insana sədaqətli, şeytanın tüpürcəyindən olduğu üçün murdardır...
Allah Adəmə can vermək üçün öz müqəddəs ruhundan ona üfürdü, Adəm cana gəldi....
Söhbəti uzatmadan tamamlayım. Şeytan qəlbini ona təslim edənin qəlbində məskən salar, orada yumurtasını qoyar, insanın vücudu şeytanlaşar və şeytan o insanın gözü ilə görər, dili ilə danışar, qulağı ilə eşidər... onun əvəzinə düşünər, qərar verər...
Allah bizləri şərri şeytandan qorusun........(İlhamə Abbas Yusifqızı..).
Dost bilsin qıraqdan camaat bizi.
Men deyim: dostumdur, sen de: tanışdır,
Hamıdan gizledek sevdiyimizi.
Danışaq, gülüşek, gezek yan-yana
Onda adımıza söz de deyilmez.
Gizli görüşümüz çıxsa meydana,
Deyek ki, dost dostla görüşe bilmez?
Yalandan bir oğlan şekili getir,
Heç kim bilmesin ki, sevgiliyik biz.
İstesen arada qoluma da gir,
Burda pis ne var ki , dost deyilik biz?
Zeng ele danışaq dersden-filandan,
Anana denen ki, bir yoldaşımdı.
Qoy hamı "dost" bilsin bizi her zaman,
Denen ki , heç menim seven yaşımdı...
Bu yolla gizledek gel sevgimizi,
Camaat "dost" bilsin, anansa yoldaş...
"Dost"luğa bükerek hesretimizi,
....
Mənə bir şeyir yaz,
Kədərdən uzaq.
Sətirlər xoşbəxtlik qoxulu olsun.
Mənə bir şeyir de,
Sevinc baxışlı.
Boyası gözəllik rəngində olsun.
Mənə nəğmə oxu,
Notları əlvan.
Ahəngi muğamın şurunda olsun.
Mənə nəğmə söylə,
Bülbül avazlı.
Çalğısı sarısim tarımda olsun.
Mənə nağıl danış,
Divləri gücsüz.
Göydən düşən alma, həqiqət olsun.
Mənə əfsanə de, tilsimi sevgi.
Şəhrazad ölməyən masallar olsun.
Mənə sevgini ver, məhəbbəti ver.
Qara gözlərin tək,, qara olmasın.
Bir dilək tut mənə, bir dua elə.
ALLAH dərgahından boş qayıtmasın..........(İlhamə Abbas Yusifqızı...)
...
Darıxmışam, ay uşaqlıq,
Sənin üçün darıxmışam..
Yaralanan dizim üçün,
Bir azca da, özüm üçün
Darıxmışam..
Böyüyəndə, itirirmiş özün adam
Deməmişdi bunu anam...
Uşaqlıqdan bir qırıntı içimdədir,
Qalan hanı...? de, kimdədir...?
Gah keçmişə boylanıram,
Gah gələcək dartır məni...
Səndə zaman, uşaqlıqdan ayırmaqçun
Dayanmadan artır məni...
Nə fərqi var, böyüsəm də
İçimdəki balaca mən,
Hələ palçıq qoğal yapır,
Gah mürgülər damın üstdə,
Oyananda kədər tapır..
Darıxmışam, ay uşaqlıq..
Özüm qədər uzaqdasan..
Səsim gəlir, uşaqlıqdan yüngülvari,
Dönmürsənsə, eşitdirib
üzmə bari..
Darıxmışam mən, ay Allah,
Əlim - qolum da bağlıdır,
Böyüsəm də, anam deyir
"Ağlın da uşaq ağlıdır!"
Mən nə edim...?
Necə edim, qaçım burdan...?
Uşaqlığa balaca bir,
gizli qapı, açım burdan..............(İlhamə Abbas Yusifqızı...)
....
Bir gün, yol qırağından, ötüb keçərkən,
Gördüm yol qırağında, bir ağ yasəmən.
Həmin yasəməni dərmək istərkən,
Dedi:- Dəymə mənə, qocalmısan sən...
....
Bir səs də eşitdim, bu zaman birdən,
Bu səs də gəlirdi, bağdakı güldən.
Gül də, həmin sözü deyirdi dildən,
Yasəmən düz deyir, qocalmısan sən...
...
Bir zaman eşitdim, hardasa fəryad,
Kimdənsə istəyirdi, bax, o da imdad.
Ayağımın altına baxanda heyhat,
Gördüm ki, ayağımı basdığım çəmən,
Dedi ki, doğrudan qocalmısan sən... .
...
Bir sağa baxdım, bir də ki, sola,
Gözlərim sataşdı, o qarlı dağa,
Dedim, a dağ,sənə, olum sadağa,
De görüm, qocalmışam, ya ucalmışam mən...?... .(İlhamə Abbas Yusifqızı...)
Tez-tez rastlaşdığımız, düşündürücü sual. Bu suala hərə bir cavab verir-xoşbəxtlik, güc, bərabərlik, zənginlik, sevgi... gözəllik. Mən də elə bu qədər zaman kəsiyində qadınları öyrəndim, onlarla ünsiyyətdə oldum... Demək olar ki, qadınları yaxşı tanıdım. Qadın nə istəyir...?.. Gücmü...? Əslində qadın çox güclüdür. Amma, bəzən o hətta güclü tərəflərini büruzə vermir, onu nümayişkəranə göstərməyə çalışmır. Bəzən bunu qarşı tərəf zəif hiss eləməsin deyə edir. Gözəllikmi istəyir qadın. Qadın gözəlliyin özüdür. Axı gözəl olmayan qadın yoxdu...? Bəlkə xoşbəxtlik...? Qəribədir. Qadın başqalarının-sevdiklərinin xoşbəxtliyi ilə xoşbəx ola bilir. Onu xoşbəxt eləmək o qədər də çətin deyil ki...! Sevgi..? Sevgi qadında-onun böyük ürəyində cəmləşmişdir. Dünyaya sığmayan, ölçüyə gəlməyən sevgi qadına məxsusdur. Ana sevgisi-əvəz gözləmədən, təmənnasız. Fədakarcasına sevir ...ЕщёFreyd yazırdı-Mən 30 il insan psixologiyasını öyrənməyə sərf elədim. Amma, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir...?
Tez-tez rastlaşdığımız, düşündürücü sual. Bu suala hərə bir cavab verir-xoşbəxtlik, güc, bərabərlik, zənginlik, sevgi... gözəllik. Mən də elə bu qədər zaman kəsiyində qadınları öyrəndim, onlarla ünsiyyətdə oldum... Demək olar ki, qadınları yaxşı tanıdım. Qadın nə istəyir...?.. Gücmü...? Əslində qadın çox güclüdür. Amma, bəzən o hətta güclü tərəflərini büruzə vermir, onu nümayişkəranə göstərməyə çalışmır. Bəzən bunu qarşı tərəf zəif hiss eləməsin deyə edir. Gözəllikmi istəyir qadın. Qadın gözəlliyin özüdür. Axı gözəl olmayan qadın yoxdu...? Bəlkə xoşbəxtlik...? Qəribədir. Qadın başqalarının-sevdiklərinin xoşbəxtliyi ilə xoşbəx ola bilir. Onu xoşbəxt eləmək o qədər də çətin deyil ki...! Sevgi..? Sevgi qadında-onun böyük ürəyində cəmləşmişdir. Dünyaya sığmayan, ölçüyə gəlməyən sevgi qadına məxsusdur. Ana sevgisi-əvəz gözləmədən, təmənnasız. Fədakarcasına sevir qadın. Və onun üçün övlad sevgisi bir ölcüsüzlüyün, sonsuzlugun ölçüsüdür. Və bunun qarşılığı ola bilməz ki, məncə... Qadın haqqları, bərabərlikmi...? bunu da istəyəndə də qadın heç vaxt əks tərəfin haqqlarına girmək, onların hesabına bunu əldə etmək istəməyib. Əsil qadın hamının kişinin, qadının-insanın bərabərliyini istəmişdir. Axı o ana kimi heç vaxt oğluna+qızına fərq qoymayıb. Bəlkə, bəzilərinin düşündüyü kimi zənginlik...? Xeyir. Çünki, ən zəngin qadın üçün qiyməti böyük olmayan bir çiçək, hətta bir sözün dəyəri ölçüyə gəlməyəcək qədər qiymətli ola bilər. Onu dünyanın ən varlı insanına çevirər. Yetər ki, səmimi qəlbdən, sevgiylə təqdim edilsin... Bəs qadın nə istəyir...? Bu illər ərzində mən qadınları anlamağa çalışdım... Məncə qadın anlam istəyir... istəyir ki, onu başa düşsünlər, anlasınlar... Bəzən susanda belə... Onun susqunluğunu duysunlar... susaraq demək istədiklərini anlasınlar.........(İlhamə Abbas Yusifqızı...)
GÜNAYDIN...
...
Ömür əmanətdir, cana yar olmaz,
Könüldən daha xoş, bir diyar olmaz,
Sizdən salam gəlmiş, almamaq olmaz,
Və...əleyküm salam, xoş salamına,
Mühəmmədin hümmətinə günaydın...
...
Axsın könüllərə, rəhmət damlası,
Yusun, təmizlənsin, paxıllıq pası.
Mən qətrəyəm, sizlər bir eşq dəryası,
Söyləşdikcə, sevgi dolsun hər qaba,
Haqqın sonsuz nemətinə günaydın...
...
Dünya dediyin şey, nağıl qazanı,
Həm ilk baharı var, həm də xəzanı,
Aşığı, şairi, yazar, ozanı,
Yusifqızının sözlərini duyana,
Hal-əhlinin ürəyinə günaydın..........(İlhamə Abbas Yusifqızı...)
...
Sevdim,seçdim bu həyatı,
evim bildim kainatı...
Ümidimlə işıq etdim,
ömrümdəki hər saatı...
...
Bu ay və bundan sonrakı aylarda həmişə gözəl günlər yaşayaq, nə xeyirlidirsə onu yaşayaq, yaşatsın bizə Allahım...AMİN... ..(İlhamə Abbas Yusifqızı...)
....
Göz yaşını sil ana,
Laylay çal, sən balana.
Vətən üçün canını,
Alovlara salana...
...
Başını uca tut sən,
Qafqazda dağlar kimi.
Düşmən səni görməsin,
Görməsin, ağlar kimi...
..
Aman ana, ay ana,
Demə mənə, vay ana.
Mənim tək oğul doğan,
Gərək, məğrur dayana........(İlhamə Abbas Yusifqızı...)
..
Çox uzaq adanın sakini olduz,
Məni ağlar qoyub, gedən doğmalar.
Həzin xatirəni, nişanə qoyduz,
Məni özlərindən edən doğmalar...
...
Qəmli göz yaşımda, ilişib qalan,
Yadıma ən gözəl, günləri salan,
Varlığı əbədi, xəyalı yalan,
Nədən az yaşadız nədən doğmalar,
Ay məni tərk edib, gedən doğmalar...........(İlhamə Abbas Yusifqızı...)