Lazım olan ərzaqlar
XƏMİR ÜÇÜN
1. un 5 st
2. yumurta 1 ədəd
3. maya 1 ç. qaşığı
4. şəkər tozu 1 ç. qaşığı
5. duz 1 ç. qaşığı
İÇLİK ÜÇÜN
1. qiymə 200-300 qram (ətçəkən maşından 2 dəfə keçirilmiş)
2. soğan 3 ədəd
3. yaşıl şirin bibər 2 ədəd
4. qırmızı şirin bibər 2 ədəd
5. acı bibər 1 ədəd
6. pamidor 4 -5 ədəd orta ölçülü
7. cəfəri 1 dəstə
8. bitki yağı yarım armudu stəkan
9. tomat pastası 2 x. qaşığı
10. duz və istiot
SÜFRƏYƏ VERMƏK ÜÇÜN
limon və cəfəri
1. Xəmiri hazırlamaq üçün yarım stəkan ilıq suya mayanı və şəkər tozunu əlavə edib qarışdırırıq və aktivləşməsini gözləyirik
2. Ələnmiş una duz əlavə edib qarışdırırıq
3. Una mayanı və yumurtanı əlavə edib qarışdırırıq və xəmir olana qədər ilıq su əlvə edib xəmir yoğururuq. Hazır olan xəmirin üzərini streçlə örtüb 1 saat mayalanmağa qoyuruq
4. Xəmir mayalanana qədər tərəvəzləri yuyub təmizləyirik.
5. Təmizlənmiş tərəvəzləri doğryıcıdan və ya ətçəkən maşından keçirdirik.
6. Cəfərini xırda xırda doğrayırıq
7. Çəkilmiş ətə cəfərini, pamidoru, bibəri, soğanı, tomat pastasını, duz və istiot əlavə edib qarışdırırıq. Ardınca isə bitki yağını əlavə edib yaxşıca qarışdırırıq
8. Xəmir mayalananda hissələrə ayırıb kündələyirik. Kündələri un səpilmiş düz qaba yığıb üzərini salafanla örtürük ki, qurumasın.
9. Kündələrdən birini götürüb yayırıq. Üzərinə haxırladığımız içlikdən qoyub nazik yayırıq.
10. Hazırladığımız lahmcunu əvvəlcədən isidilmiş tavaya yerləşdirib qapağını bağlayırıq. Orta odda 15 dəqiqəyə bişirilir. Bişən lahmacunu düz qaba yığıb üzərini dəsmalla bağlayırıq
11. Eyni qayda ilə yayıb içlik qoyduğumuz lahmacunu sobanın tavasına un səpib sobanın tavasına yerləşdiririk. Əvvəlcədən isidilmiş sobada 15 dəqiqə bişirilir.
Hazırlayan hər kəsə nuş olsun https://www.metbex.de/yemek-reseptleri/duzlu-xemir-ishleri/88-sobada-ve-tavada-lahmacun-resepti.html
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев