1) Qadınların sayı artacaq və kişilərin sayı isə
o qədər azalacaq ki, hər bir kişiyə 50 qadın
düşəcək.
📚Səhih Buxari, Elm kitabı, 81
2)Fərat çayında (suyu tamamilə çəkilərək)
qiymətli qızıl xəzinəsi aşkar edilməyənə qədər
Qiyamət qopmayacaq. İnsanlar onun üçün
savaşacaq və hər 100 nəfərdən 99-u öləcək və onlar hamısı deyəcək ki, o bir nəfər o olacaq (yəni, 100 nəfərdən sağ qalan bir nəfər). Hər kim o zaman orada olsa, ordan heç
bir şey götürməsin.
📚Səhih Müslim, Fitnələr
kitabı, 6920
3) Qüdsün çiçəklənməsi
Mədinənin xarabalığa çevrilməsinə gətirib
çıxaracaq.
📚Sünən bu Davud, 4294. səhihdir
4) Mədinənin xarabalığa çevrilməsi Böyük savaşın başlanmasına gətirib çıxaracaq.
📚Sünən əbu Davud, 4294. səhihdir
5) Romalılarla müsəlmanlar arasında "Böyük savaş" baş
verəcək. Romalılar məq və Vabiq adlı yerə gələcəklər və müsəlmanlar onlarla savaşacaq.
Roma üzərində qələbə qazanılacaq
📚Səhih Müslim, 6723, 6924
6) Mehdi doğulacaq və
Bəni İsraildən olan 70000 müsəlmanla birlikdə
İstanbulu təsbih və təkbirlə fəth edəcəklər.İstanbulun fəthi "Böyük savaşdan" 6 il sonra
olacaq.
📚Sünən bu Davud, 4296. Səhih Müslim,6979
7) İstanbulun fəthindən 7 ay sonra Dəccal peyda olacaq.
Onun İsfahanda 70000 nəfər yəhudi ardıcılı olacaq.
İnsanlar onun Allah tərəfindən verilən heyrətamiz
möcüzələri ilə sınağa çəkiləcəklər. Yağışı
yağdırmaqla, bitkilərin canlandırılması ilə,xəzinələrin üzə çıxarılması ilə insanları azdıracaq və özünü ilah elan edəcək.
📚Sünən bu Davud, 4296
Səhih Müslim, 7034
8) Sonra İsa bin Məryəm Dəməşqdə zühur edəcək.
📚Səhih Buxari, Zülmlər kitabı, 656
9) İsa binMəryəm (əleyhisalam) Mehdi ilə görüşəcək və
İsa (ə.s) onun arxasında namaz qılacaq.Peyğəmbər (sallallahu aleyhi və səlləm)
demişdir: "Mənim ümmətimdən bir qrup insan haqq uğrunda Qiyamətə qədər mübarizə
aparacaqlar. Sonra İsa bin Məryəm zühur edəcək və onların əmiri (Mehdi) İsaya deyəcək:
"Bizə namazda imamlıq et" Lakin o (İsa) deyəcək: "Xeyr, sən onların əmirisən - bu
ümmətin qürurusan"
📚Səhih Müslim, 156
10) Sonra Yəcuc və Məcuc tayfaları peyda olacaq
və yer üzündə fəlakətlər törədəcək.
📚Səhih Müslim, 6931
11) Sonra "Allah onları (Yəcuc
və Məcuc tayfalarını) məhv edəcək"
📚Silsilə əs-Səhihə, 2182
12) Sonra İsa (aleyhisalam) Dəccalı Ludd darvazasının
yanında öldürəcək.
📚Səhih Müslim, 7015
13)Bundan sonra İsanın (aleyhisalam) qalan
vaxtında sülh və sakitlik dövrü olacaq.
📚Səhih Buxari, Zülmlər kitabı, 656
14) Onun dövründə Allah tərəfindən insanlara elə
mərhəmət gələcək ki hətta dəvənin südü belə
onlara bəs edəcək və mal-dövlət bol olacaq.
📚Səhih Buxari, Fitnələr və Dünyanın sonu kitabı, 237
15) Ərəb çölləri yenə çəmənliyə və çaylara çevrilməyincə Qiyamət qopmayacaq
📚Səhih Müslim, 157
16) Hicazda böyük yanğın
baş verəcək, Bəsrə sakinləri onu görəcək.
📚Səhih Buxari, Fitnələr və Dünyanın sonu kitabı, 234
17) 3 yerdə yer sürüşmələri baş
verəcək;
biri şərqdə, biri qərbdə və biri də
rəbistanda.
📚Səhih Müslim, 6931
18) Nazik ayaqlı həbəş əmiri Kəbəni dağıdacaq.
📚Səhih Müslim, 6951
19) Günəş qərbdən doğacaq.
📚Səhih Buxari, Quranın Təfsiri kitabı, 159
20) Sonra Allah möminlərin üzərinə sərin bir meh
göndərəcək və onların ruhunu alacaq.
📚Səhih Müslim, 7015
21) Sonra yer üzərində ən pis
insanlardan başqa heç kim qalmayacaq və onların üzərinə Qiyamət qopacaq.
📚Səhih Müslim, 7015
22) Mələk İsrafil tərəfindən
birinci sur çalınacaq və hamı huşunu itirəcək.
📚Səhih Müslim, 7023
23) Mələk İsrafil tərəfindən ikinci sur çalınacaq və hamı
yenidən diriləcək, haqq-hesab vaxtına.
📚Səhih Müslim, 7023
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев