Heysəm o övladı özününkü hesab etməyərək Ömərin yanına getdi və hadisəni ona dedi. Ömər onun arvadının daş-qalaq edilməsinə dair hökm çıxartdı. Təsadüfən onu daş-qalaq etməzdən əvvəl Əli (ə) onu gördü və hadisədən agah oldu. Sonra Ömərə buyurdu: – Qadının sözünün düzlüyünü qəbul etməlisən. Çünki Allah-Taala Quranda buyurur: "Hamiləlik və südvermə dövrü otuz aydır." ("Əhqaf" surəsi, 15). Başqa bir ayədə isə buyurur: "Analar gərək öz övladlarına 2 il tamam süd versinlər." ("Bəqərə" surəsi, ayə:233). 24 aylıq südvermə dövrünü 30 aydan çıxdıqda 6 ay qalır ki, bu da hamiləliyin ən qısa dövrüdür.
Ömər dedi: "Əgər Əli olmasaydı, Ömər həlak olardı!"
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев