sadəcə 20 Yanvar — 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə,
saat 23.30-da Bakı şəhərinə keçmiş
Sovet İttifaqının qoşun hissələri
tərəfindən fövqəladə vəziyyət elan
edilmədən yeridilmiş və dinc əhaliyə
divan tutulmuş, nəticəsində yüzlərlə
insan qətlə yetirildiyi, yaralanandığı
və itkin düşdüyü qırğın. Fövqəladə
vəziyyətin tətbiqi əhaliyə elan
olunanadək hərbi qulluqçular 82
nəfəri amansızcasına qətlə yetirmiş,
20 nəfəri ölümcül yaralamışlar.
Fövqəladə vəziyyət elan edildikdən
sonra isə yanvarın 20-də və sonrakı
günlərdə Bakı şəhərində 21 nəfər
öldürülmüşdür. Fövqəladə vəziyyətin
elan olunmadığı rayonlarda —
yanvarın 25-də Neftçalada və
yanvarın 26-da Lənkəranda daha 8
nəfər qətlə yetirilmişdir. Qara Yanvar
1992-ci il yanvarın 20-də Bakıda
Şəhidlər Xiyabanı Tarix 19-20 yanvar
1990-cı il Yeri Bakı, Azərbaycan SSR
Nəticəsi 131-170 nəfər mülki şəxs
Münaqişə tərəfləri Azərbaycan Xalq
Cəbhəsi Zaqafqaziya hərbi dairəsi
Sovet Ordusu Qara Dəniz donanması
KQB Azərbaycan SSR Komandan (lar)
Əbülfəz Elçibəy Mixail Qorbaçov
Vladimir Kryuçkov Viktor Karpuxin
Vladimir Lyaşenko Aleksandr Lebed
Ümumi itkilər 131- 170 nəfər ölü 700-
800 nəfər yaralı VikiAnbarda əlaqəli
mediafayllar Sovet qoşunların
qanunsuz yeridilməsi nəticəsində
Bakıda və Azərbaycan rayonlarında
146 nəfər öldürülmüş, 744 nəfər
yaralanmış, 841 nəfər qanunsuz həbs
olunmuşdur; hərbi qulluqçular
tərəfindən 200 ev və mənzil, 80
avtomaşın, o cümlədən təcili yardım
maşınları, yandırıcı güllələrin
törətdiyi yanğın nəticəsində dövlət
əmlakı və şəxsi əmlak məhv
edilmişdir. Həlak olanların arasında
qadınlar, uşaqlar və qocalar, həmçinin
təcili yardım işçiləri və milislər
olmuşdur. Qara Yanvar faciəsi
nəticəsində SSRİ Konstitusiyası və
Azərbaycan SSR Konstitusiyası
kobudcasına pozulmuş, Azərbaycan
Respublikasının suveren hüquqları
tapdalanmışdır. Qabaqcadan
hazırlanan bu təcavüzkarlıq aksiyası
Azərbaycan xalqının demokratiya və
milli azadlıq uğrunda mübarizəsini
boğmaq, xalqı təhqir edərək ona
mənəvi zərbə vurmaq məqsədi
daşımışdır.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев