səhv etdiyi məlum olan şəxsin
hökmləri"" Sual: Bəzi insanlar səhv
qüsl və dəstəmaz alıdıqdan bir neçə il
sonra səhv etdikləri onlara məlum
olur. Həmin illər ərzində isə namaz
qılmış, oruc tutmuş və həcc yerinə
yetirmişlər. Belə səhvə yol vermiş
şəxs bu barədə soruşduqda isə ona:
“Namazların və həccini yenidən
yerinə yetir” deyilir. Lakin bu əməlləri
yenidən yerinə yetirmək həddindən
çətindir. Doğru olduğunu güman
edərək səhv dəstəmaz alan və qüsl
edən şəxsin şəriət hökmlərinə qarşı
itaətsizlik etməməsi üçün onun
əməllərinin düzgün olmasını təmin
edəcək yüngülləşdirici bir həll yolu
varmı? Çünki bəzi ölkələrdə bu cür
hallarda şəriətin vacib hökmələrinin
tərk edilməsinə və itaətsizliyə təşviq
edilir. Cavab: Əgər üzürlü cəhətdən
cahil olarsa və bu halda qüsldə baş və
boyunu yumaqla digər üzvlərin
yuyulması arasındakı tərtibə riayət
etməmək, yaxud dəstəmazda yeni
suyun rütubəti ilə məsh çəkmək kimi
əməlin batil olmasına xələl
gətirməyəcək məsələlərdə səhvə yol
veribsə, qüsl və dəstəmazı düzgün
hökmünü daşıyır. Buna əsasən də,
namazları və həcci də düzgün
hökmündədir. Lakin şəriət hökmlərini
öyrənməməkdə üzürsüz cahildirsə və
bu halda yuyulması vacib olan üzvü
yumamaq kimi əməlin düzgünlüyünə
xələl gətirəcək bir səhvə yol veribsə,
onun namazlarının və həccinin düzgün
olmasını təmin edəcək heç bir yol
yoxdur. (Bu əməllərin qəzasının
çətinliyinə görə) şəriət hökmlərinə
qarşı itaətsizlik edəcəyindən və ya
qarşı çıxacağından ehtiyat edilirsə,
ona ibadətlərinin qəzasını yerinə
yetirməyi əmr etmək bəyənilmir.
(Gözləmək lazımdır). Ola bilsin ki,
Allah sonra onun üçün bir çıxış yolu
açsın.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев