Dünyadan getmiş şəxsə Ərəb dilində
təlqin oxunar. Ona görə ki, ölümdən
sonra batini müsəlman olan hər kəs
Quran nizamında olacaq, bu surətdə
zühur edəcək, Ərəb dilini biləcək və bu
dildə danışacaq. Cənnət əhlinin dili ərəb
dilidir.
Ərəb dilini bilməyənlər cənnətdə necə
Ərəbcə danışacaqlarını dərd etməsinlər.
Çünki cənnət dili cənnət əhlinin
əqidəsindən asılı olacaq. Ümumiyyətlə,
dil, surət, bədən insanın qəlbinə uyğun
olaraq formalaşacaq. Bəziləri Qiyamətə
insan surətində gəldikləri halda, bəziləri
heyvan surətində gələcəklər. Bir
qisminin çöhrəsi ağ, digər bir qismin isə
qara olacaq.
"Bəzi üzlərin ağ və bəzi üzlərin qara
olacağı gün". ("Ali-İmran" surəsi,
ayə.106)
Üz, söz, bədən, dil və kəlmələr insanın
batini ilə həmahəng olacaq, nəinki zahiri
ilə. Qiyamətdə insanı sahib olduğu əqidə
dilə gətirib danışdıracaq.
Cənnətin xatibi Həzrət Davud (ə) olacaq.
Həzrət Əli (ə) buyurur: "O, cənnət
əhlinin qarisi olacaq." (Nəhcul-Bəlağə,
160-cı xütbə).
Ölümdən sonra insana sahib olan onun
əqidəsi olacaq. Əgər bir kəs Quran və
İslam əqidəsi ilə dünyadan gedərsə, heç
şübhəsiz Ərəbcə danışacaq və bu dili
anlayacaq.
"Ayətullah Cavadi Amuli" (İbadətlərin
Hikməti, dərs.7, Quran Tilavəti və Onun
Hikməti), səh.184
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев