Предыдущая публикация
Erkən unudulan,kədər olmuşam,
Sən mənim qəlbimdə,çağlayan
ümman.
Mənsə yanağında,hədər olmuşam,
Bir dəfə yol alan,dərd qatarının,
Səsində tar kimi,qəm harın-harın..
Hicran fəryadıyla,hayqıran tarın,
Bir notuna sığan-qədər olmuşam,
Hicranın bitməyi,baxmadı səyə,
Qaldım gecələrə,baş əyə-əyə
Şerimdə bir dəfə olasan deyə,
Zülmət gecələrdə,səhər olmuşam…
Sənsiz sevincə də,yetmirəm fəqət,
Sənənsiz kədəri də,heç etmirəm qət
..
Məni qarğıyalı,sənsiz məhəbbət,
Qəmli duyğulara-yetər olmuşam…
Hicranla yoluxdum,sağalmaz dərdə,
Yaşamla ölümdə,görmürəm pərdə..
Mən dəli-divanə,sən isə ərdə..
Yaşarkən öləndən,betər olmuşam.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев