Предыдущая публикация
Gözəlim ürəkdən sevirəm səni
Amandır incitmə, incitmə məni
Nə olar sındırma sevən qəlbimi
Dərdindən olmuşam dəli-divanə
Sevgilim gəl mənə olma biganə.
Sevgilim sənsiz bu həyat haramdır
mənə
Gözəl gülüşün bəs edər səni
sevənə
Heyranam gözlərinə qurbanam
sənə
Sən bir şamsan mənsə pərvanə
Sevirəm gəl olma mənə biganə.
Eşqinin əsiriyəm gülüm, yanır
ürəyim
Gəl söndür odumu gəl ol gərəyim
Sənsiz haramdır duzum çörəyim
Bu sevən qəlbim belə qurbandır
sənə
Sevgilim gəl mənə olma biganə
Sevirəm gəl olma mənə biganə
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев