Əhli Beyt ( ə.s ) bu ümmətin alimləridir.
نَحْنُ الْعُلَمَاءُ وَ شِيعَتُنَا الْمُتَعَلِّمُونَ وَ سَائِرُ النَّاسِ غُثَاءٌ
_الشيخ محمد حسين الأصفهاني في حاشيته على المكاسب ج2 ص385
Alimlər bizik. Şiələrimiz tələbələrdir. Qalanları su üzərindəki çörək çöpdür.
Şeyx Muhəmməd İsfəhani - Fi haşiyətihi ələl Məkasib c 2, səh 385.
(9) حدثنا عمران بن موسى عن موسى بن جعفر عن علي بن أسباط عن محمد بن الفضيل عن أبي حمزة الثمالي عن أبي عبد الله عليه السلام قال سئلته عن قول الله عز وجل و ان هذا صراطي مستقيما فاتبعوه قال هو والله على الميزان والصراط.
Əbu Həmzə Sumali belə nəql edir: İmam Cəfər Sadiqə (ə.s) Allahu-Təalanın: “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. O halda ona tabe olun...” (Ən’am 153) ayəsindəki buyuruğunun təfsirini soruşduğum zaman belə buyurdu: And olsun Allaha, O (doğru yol) Əlidir ki, həm mizandır, həm də siratdır!
“Bəsairud-Dərəcat”, s.99. www.shialib.com/الكتب/1117_بصائر-الدرجات-محمد-بن-الحسن-الصفار/الصفحة_98#top - عدة من أصحابنا، عن أحمد بن محمد، عن نوح بن شعيب النيسابوري، عن عبيد الله بن عبد الله الدهقان، عن درست بن أبي منصور، عن عروة بن أخي شعيب العقرقوفي عن شعيب، عن أبي بصير قال: سمعت أبا عبد الله عليه السلام يقول: كان أمير المؤمنين عليه السلام يقول: يا طالب العلم إن العلم ذو فضائل كثيرة: فرأسه التواضع، وعينه البراءة من الحسد، واذنه الفهم، ولسانه الصدق، وحفظه الفحص، وقلبه حسن النية، وعقله معرفة الأشياء والأمور، ويده الرحمة، ورجله زيارة العلماء، وهمته السلامة، وحكمته الورع، ومستقره النجاة، وقائده العافية، ومركبه الوفاء، و سلاحه لين الكلمة، وسيفه الرضا، وقوسه المداراة، وجيشه محاورة العلماء، و ماله الأدب، وذخيرته اجتناب الذنوب، وزاده المعروف، وماؤه الموادعة، ودليله الهدى، ورفيقه محبة الأخيار.
İmam Sadiq ( ə ) buyurur: Əmirəl-Muminin Əlidən (ə.s) belə buyurduğu nəql edilir: Ey elm kəsb etmək istəyən kəs! Elmin bir çox fəzilətləri vardır: Elmin başı təvazökarlıqdır. Gözü həsəddən uzaq olmaqdır. Qulağı anlamaqdır. Dili doğru olmaqdır. Hafizəsi incələməkdir. Qəlbi gözəl niyyətdir. Ağlı işlərin və əşyanın bilinməsidir. Əli rəhmətdir. Ayağı alimləri ziyarət etməkdir. Səyi təslimiyyətdir. Hikməti təqvadır. Apardığı yer qurtuluşdur. Rəhbəri xeyirdir. Miniyi vəfadır. Silahı kəlmənin yumşaq söylənilməsidir. Qılıncı Rizadır. Qalxanı elmin insanlar arasında dolaşmasıdır. Ordusu alimlərin söhbətidir. Sahib olduğu mal isə ədəbdir. Xəzinəsi günahlardan qaçmaqdır. Azüqəsi və içmək üçün alınmış suyu və yol göstəricisi hidayətdir. Yoldaşı isə xeyirli işlərə qarşı duyulan sevgidir.
Usuli Kafi - c1 səh 46
Babun-Nəvadir. Hədis 2.
روي عن الإمام زين العابدين(عليه السلام) : مَن أحبّنا لله نفعه حبّنا ، ولو كان في جبل الديلم ، ومَن أحبّنا لغير ذلك فإنّ الله يفعل ما يشاء ، إنّ حبّنا أهل البيت يُساقط عن العباد الذنوب كما تُساقط الريح الورق من الشجر ..
İmam Zeynul-Abidin (ə.s) belə buyurur: Kim bizi Allaha görə sevsə, deyləm dağında olsa belə bizim sevgimizin ona mənfəəti yetişər. Və kim bizi (Allahdan) qeyrilərinə görə sevsə, (yenə də) Allah onun istədiklərini gerçəkləşdirər. Həqiqətən biz Əhli-Beytin sevgisi, küləyin ağacın yarpaqlarını (yerə) tökdüyü kimi, bəndələrin günahlarını yerə tökər.
قال الباقر (ع) لسلمة بن كهيل والحكم بن عتيبة : شرِّقا وغرِّبا ، فلا تجدان علما صحيحا إلا شيئا خرج من عندنا .
المصدر:الكافي 1/399
İmam Muhəmməd Baqir (ə.s) buyurur: İstər şərqə gedin, istərsə də qərbə, Səhih (doğru, sağlam) elmi, Biz Əhli-Beytdən başqa heç bir yerdə tapa bilməyəcəksiniz.
Kafi - c 1, s 299.
قال أمير المؤمنين علي عليه السلام :. .. وليبعثن الله رجلا من ولدي في آخر الزمان يطالب بدمائنا، وليغيبن عنهم تمييزا لأهل الضلالة حتى يقول الجاهل: ما لله في آل محمد من حاجة "
Həzrəti Əli (ə.s) buyurur:Axir zamanda Allah mənim nəslimdən olan bir nəfər göndərəcək ki, bizim qanımızı tələb edəcək. O şəxs zəlalət əhli ayrılsın deyə qeybə çəkiləcək. Hətta zaman gələcək ki, cahillər belə deyəcəklər: Allahı tanımaq baxımından Əhli-Beytə (ə.s) ehtiyac yoxdur.
Qeybəti Numani - səh 143.
حدثنا أحمد بن محمد عن الحسين بن السعيد عن محمد بن الحسين بن صغير عمن حدثه عن ربعي بن عبد الله عن أبي عبد الله ع أنه قال أبى الله ان يجرى الأشياء الا بالأسباب فجعل لكم سبب شرحا وجعل لكم شرحا علما وجعل لكل علم بابا ناطقا عرفه من عرفه وجهله من جهله ذلك رسول الله صلى الله عليه وآله ونحن.
İmam Cəfər Sadiq (ə.s) buyurur: Allahu-təala səbəbsiz iş görməkdən imtina edər. Hər bir səbəb üçün şərh (bəyan), hər bir şərh üçün elm, hər bir elm üçün natiq (danışan) olan bir qapı qərar vermişdir. Onu tanıyan, Onu (Allahı) tanımış, Ona cahil olan da Ona (Allaha) cahil olmuşdur. O, (tanınması lazım olan qapı) Rəsulullah (s) və bizik.
Bəsairud-Dərəcat - səh 26. www.shialib.com/الكتب/1117_بصائر-الدرجات-محمد-بن-الحسن-الصفار/الصفحة_25 Əhli-Beyt (ə.s)-dan ayrı düşənlər elə bilməsinlər ki xaliqlərini tanıyırlar! Allahı tanıdan yol Əhli-Beyt Əleyhimus-səlamdan keçir, Əhli-Beytə müraciət etmədən Allahı tapa və dərk edə bilməzsən!
بشير البادکوبي
Vəlhəmdulilləh.
Hucurat surəsi 10ci ayə
إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ إِخۡوَةٞ فَأَصۡلِحُواْ بَيۡنَ أَخَوَيۡكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ١٠
Həqiqətən, bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz.
👆👆👆
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев