f) – biz
Əhli-beytdəndir. Allah onun işini bir gecədə islah
edəcəkdir”.
Həzrət (s) buyurur: “Məhdi (ə) mənim
sülaləmdəndir və Fatimənin (s.ə)
övladlarındandır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Biz yeddi nəfər
Əbdulmüttəlibin övladlarından behişt əhlinin
sərvərləriyik. Mən, Həmzə, Əli (ə), Cəfər, Həsən (ə),
Hüseyn (ə), Məhdi (ə.f)”.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Allah bizimlə
başlamış və bizimlə də xətm edəcəkdir. Bizim
vasitəmizlədir ki, insanlar şirkdən nicat tapırlar.
Bizim vasitəmizlədir ki, Allah insanların ürəkləri
arasında ülfət icad etmişdir” . (Həvzəh/Deyerler)
Həzrət Peyğəmbər (s) buyurur: “Yer üzü zülm və
düşmənçiliklə dolacaqdır və həqiqətən bizim Əhli-
beytdən (ə) olan kişi qiyam edəcəkdir ki, yer üzünü
ədalətlə doldursun. Necə ki, düşmənçilik və zülmlə
dolmuşdur”.
Həzrət (s) buyurur: “Mənim Əhli-beytimdən (ə) bir
kişi qiyam edəcəkdir ki, adı mənim adım kimidir və
əxlaqı mənim əxlaqım kimidir. O, yer üzünü
ədalətlə doldurar, necə ki, zülmlə dolmuşdur” .
Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun bu
ümmətə! Zalım padşahlar insanları öldürür və
Allaha itaət edənləri qorxudurlar. Ona görə də
imanlı və təqvalı insan dili ilə onlarla yola
getməlidir. Ancaq qəlbində və əzaları ilə onlardan
qaçmalıdır. Əgər böyük Allah istəsə, İslamı əziz
edər, hər bir inadçı zalımı məğlub edər. O, hər nəyə
istəsə qadirdir və ümməti yolunu azdıqdan sonra
islah edə bilər. Ey Həzifə! Əgər dünyanın ömründən
bir gün qalsa belə, Allah həmin bir günü o qədər
uzun edər ki, mənim Əhli-beytimdən (ə) olan kişi
hökumətə çatar və onun əli ilə qəribə hadisələr
həyata keçər. Allah onun əli ilə İslamı qalib edər,
vədəsinə vəfasızlıq etməz və O, tez hesab
çəkəndir”.
Həzrət (s) buyurur: “Məhdi (ə) mənim
övladlarımdandır … Sağ üzündə xalı vardır ki,
parlayan ulduza bənzəyir. Yer üzünü ədalətlə
dolduracaqdır, necə ki, zülmlə dolmuş idi. Onun
rəhbərliyi zamanında yer əhli, göy əhli, səma
quşları ondan razı olacaqlar”.
Həzrət Peyğəmbər (s) Həzrət Fatiməyə (s.ə)
buyurur: “Ey qızım! Məhdi (ə.f) sənin
övladlarındandır”.
Həzrət (s) buyurur: “Məhdi (ə) qiyam edəcəkdir o
halda ki, başının üstündə mələklər car çəkəcəklər:
“Bu, Məhdidir və onun ardıcılı olun!”” .
Həzrət Peyğəmbər (s) buyurur: “Məhərrəm ayında
səma carçısı car çəkəcəkdir: “Agah olun ki, Allahın
seçilmişi filankəsdir. Əmrlərinə qulaq asın və ona
itaət edin. O ildə ki, müharibələr və fitnələr çox olar,
həmin il səma səsinin ilidir””.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев