Hər il avqustun 2-ci ongünlüyü ərəfələrində atam bizi aparıb bazardan paltarlar və məktəb üçün lazım olan- dəftər, qələm, çanta, və s. alardı. Məktəb üçün çox həvəsli idik, avqustun 15-dən sentyabrın 1-ə qədər həftdə bir neçə dəfə aldığımız paltarları geyinib güzgüdə baxardıq. Bir təzə, təmiz paltarımız o olardı, o da sentyabrın 1-e qədər.
İndi avqustlar sentyabrlar tez-tez ötüşür, amma bir avqust var idi: Üstü-başı kirli, ruhu təmiz bir uşaq dayanmışdı güzgünün önündə.
Bir sentyabr da var idi: Belində çanta, çantasında xoşbəxtlik olan bir uşaq məktəbə getməyə hazırlaşırdı
Zaman bizi böyütmək adı ilə o uşaqdan qopardı, nənəmizi aldı, özümüzü də həyatla baş-başa buraxdı...
#Admin
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2