Hüseyn ibn Əli ibn əbu Talib
ﺣﺴﻴﻦ ﺑﻦ ﻋﻠﻲ ﺑﻦ ﺃﺑﻲ ﻃﺎﻟﺐ
Şiələrin 3-cü imamı
669 — 680
Sələfi: İmam Həsən
Xələfi: İmam Səccad
Dini: İslam
Təvəllüdü: 626
Mədinə
Vəfatı: 680
Kərbəla, İraq
Atası: Əli ibn Əbu Talib
Anası: Fatimə
Həyat yoldaşı: 1. Şəhr Banu
2. Leyla binti Əbu Murrə
3. Ümm İshaq binti
Təlhə
Uşaqları: oğulları: Əli əl-Əkbər, Əli , Ə
əl-Əsğər, Cəfər
qızları:Səkinə, Fatimə,
Rüqəyyə
Hüseyn ibn Əli ibn əbu Talib - imam.
Ölümü
İmam Hüseynin (ə) mübarək başının
harada dəfn olunması haqqında müxtəlif
fikirlər var. Kərbəla, Nəcəf, Kufə, Mədinə,
Şam, Rəqqə, Misir həzrətin başının dəfn
olunmasının ehtimal edildiyi yerlərdir.
Onun Kərbəlada dəfn olunması şiə
alimlərinin nəzərincə ən düzgün fikirdir.
Əllamə Məclisi bu baxışı təsdiq edən
rəvayətlər nəql edir[1] . Şeyx Səduq imam
Hüseynin (ə) bacısı Fatimənin dilindən
nəql edir ki, imamın başı Kərbəlada
bədəni olan qəbirdə dəfn olundu. Seyyid
ibn Tavus və bəzi başqa alimlər belə
hesab edirlər ki, imamın başının bədəni
ilə dəfni ilahi möcüzə şəklində baş verdi
[2] . O, bu işin necə baş verməsi haqqında
sorğuya icazə vermir. Bəzi alimlərin
fikrincə, imamın qırxı günü (ərbəin) geri
qayıdan imam Səccad (ə) imamın başını
Kərbəlada onun bədəninin yanında dəfn
etdi. Başın bədən olan qəbirdə və ya
onun kənarında dəfn olunması məlum
deyil.
Bəzi mənbələrdə bildirilir ki, kəsilmiş baş
üç gün Dəməşq darvazasında asıldıqdan
sonra onu endirib, Süleyman ibn
Əbdülməlikin zamanınadək xüsusi bir
yerdə saxladılar. Süleyman imamın
mübarək başını Dəməşq qəbiristanında
dəfn etdi. Onun canişini Ömər ibn
Əbdüləziz yenidən dəfn olunmuş başı
qəbirdən çıxartdı. Şəriətə zahirən ehtiram
göstərən Ömər ibn Əbdüləziz, güman ki,
başı Kərbəlaya göndərmişdir. Sünni
alimləri arasında da imamın başının
Kərbəlada dəfn olunduğunu söyləyənlər
var[3]
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1
o hakimiyete gelen kimi hz. Eliye edilan xutbe tehqirlerine son qoydu bu hadise 661 ci ildan muaviyenin zamaninda 720 ci il 2 Omerin vaxtina qadar davam etdi. Al