04.2019 tarixlərdə İspaniyanın,Qvadelaxara şəhərində rəsmi olaraq Kempo (İKF) üzrə 16 cı Dünya çempionatı və Dünya kuboku keçirilmişdir. Bu çempionatda 67 ölkədən 1300 ə yaxın idmançı birincilik uğrunda mübarizə aparmışdılar. Qeyd etmək istərdik ki, Beynəlxalq Kempo Federasiyasının tərkib hissəsi olaraq dünyanın beş ən böyük təşkilatıları (Şorinci Ryu Kempo, Nippon Kempo,Kempo Ryu,UWSKF, ICKKF) onların da komandaları bu il yarışa qatılmışdılar. Bu da Kempo idman növünün yaxın zamanlarda olimpiyaya doğru atdığı addıma təkandı. Bu çempionatda Azərbaycan Kempo yığma komandası yeddi idmançı və iki məşqçi ilə təmsil olunmuşdular. Çempionatda idmançılarlmızın iştirakını Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi həm maddi həm də mənəvi dəstəyi öz üzərinə götürmüşdür. Yarışın ilk günü Kempo Submişn üzrə üç idmançımız çıxış edərək bir qızıl Togrul İbrahimli 16-17 yaşlar arasında 70 kg çəki dərəcəsində və iki gümüş Qafarov Eynulla kişilər arasında 70 kg və Əhmədov Fərid kişilər arasında 75 kg çəki dərəcəsində nəticə əldə etmişdilər.Yarışın ikinci günü Kempo Semi üzrə ustalar arasında 95+ kg da çıxış edən idmançımız Quliyev Valeh ikinci yerlə kifayətlənmişdi.Yarışın üçüncü günü Kempo Full üzrə yarışa qatılan altı idmançılarımızdan ancaq bir nəfər İbrahimli Togrul 16-17 yaşlar 70 kg çəki dərəcəsində birinci yer qazana bilmişdir.Həmin günü Nokdaun versiyası üzrə kişilər arasında 70 kg çəki dərəcəsində Qafarov Eynulla birinci yer Qələndərov Vüsal nokdaun versiysında kişilər arasında 95 kg çəki dərəcəsində ikinci yer qazanmışdır. Ümumi hesabda üç qızıl dörd gümüş medallarla vətənə qayıtmışdılar.
http://www.youtube.com/watch?v=G24HMAsczlU&list=PLLAHSGxginBLz71K3-icibvYJZjbp8goH
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев