Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki
XOCALI şəhərində 26 Fevral 1992-ci il tarixdə
Ermənistan ordusu qadın, uşaq, yaşlı demədən
613 nəfər dinc sakini ən ağır işgəncələr tətbiq
edərək soyqırıma məruz qoymuşdur. Qətl
edilənlərin 83-ü uşaq, 106-ı qadın və 70-i isə yaşlı idi. 8 ailə tamamilə məhv edilmişdir. Bu
qırğından cəmi 487 nəfər ağır yaralı olaraq xilas
olmuşdur. 1275 nəfər girov alınmış, 150 adam
isə itmişdir. Cəsədlər üzərində aparılan
araşdırmalarda cəsədlərin yandırıldığı, bir
çoxunun baş dərilərinin üzüldüyü, gözlərinin oyulduğu, qulaqları, burunları və başları ilə
bədənlərinin müxtəlif üzvlərinin kəsildiyi
görülmüşdür. Bu vəhşilikdən hamilə qadınlar və
uşaqlar da kənarda qalmamışdır. Ermənilər
tərəfindən XOCALI-da həyata keçirilən bu
vəhşilik, beynəlxalq ictimaiyyətin cinayət kimi qəbul etdiyi soyqırım və insanlığa qarşı cinayətlər
çərçivəsindəki hərəkətlərlə tam üst-üstə
düşməkdədir. XOCALI SOYQIRIMI-nda iştirak etmiş Ermənilərin
hərəkətləri beynəlxalq hüququn, əlaqədar
müqavilələrin - Cenevrə Müqaviləsi, İnsan
Hüquqları Bəyannaməsi, Vətəndaş və Siyasi
Hüquqlar Mövzusunda Beynəlxalq Müqavilə,
Atəşkəs Zamanında və Hərbi Qarşıdurmalar Zamanı Qadın və Uşaqların Qorunması
Bəyannaməsi və BMT-nin 'Soyqırım Cinayətinin
Önlənməsinə və Cəzalandırılmasına Dair
Müqavilə'nin 2-ci maddəsindəki "milli, etnik, irqi
və ya dini bir qrupu qismən və ya tamamilə məhv
etmə" formasında müəyyən olunan Genosid/ Soyqırım anlayışı ilə tamamilə üst-üstə
düşməkdədir. Ermənilərin XOCALI-da törətdikləri
qətliam BMT-nin Soyqırım Razılaşmasında
"soyqırımı" açıqlayan 2-ci maddənin a)
bəndindəki "bir qrupun üzvlərinin qətl edilməsi"
və b) bəndindəki "qrup üzvlərinin bədəni və ağılı baxımdan ciddi şəkildə zərər verilməsi" şərtləri
ilə tam şəkildə üst-üstə düşür. Yuxarıdakı səbəblərlə biz aşağıda imzası olanlar,
böyük bir vicdanı məsuliyyətlə Ermənilərin
XOCALI-da həyata keçirdiyi qırğını Soyqırım
olaraq xarakterizə edir və bütün insanlığı
XOCALI-dakı vəhşiliyi Soyqırım kimi tanımağa
dəvət edirik.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2