Mərd oğul daima,yuxarlardadır
Tər-təmiz bir qızın göz yaşın tökən,
Ay oğlan, bilirsən yerin hardadır ?!
Söndürür həyatın parlaq ulduzun,
Vecinə almayır bir ötən günü
Həyasız bir oğlan günahsız qızın,
Namusu üstündə qurur zövqünü
Aldadıb 'sevgilim', 'canım' deyənlər
Sevgiyə qəlbiniz toxmudur sizin ?
Üstünə məhəbbət donun geyənlər,
Kişilik geyminiz yoxmudur sizin ?!
Sorsalar sevirsən ? Kəkələyirsən
Deyirsən o kimdi,nə ondan mənə...
Nə üçün bəs qızı ləkələyirsən ?
Ləkədən heç bir iz düşməyir sənə ?
Səninçün ağlayan nəmli gözləri,
Dalğası dinməyən,dəniz mi sandın ?
Yalandan dediyin şirin sözləri,
Atdığın o qıza,cehiz mi sandın ?
Bu qədər dərd vermir,dağlara çən də
Qarğışla,nifrətlə varlanacaqsan
Tökülən göz yaşı altında sən də,
İnanki nə vaxtsa,islanacaqsan....
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев