Başlamaq Olar
23 Oktyabr 2013 ( ElmiR MamedoV )
Qoç – İşinizi konstruktiv şəkildə
başa vurmaq istəyirsinizsə, nizam
və intizama riayət edin. Gərəkli
zənglər edin, məktublar yollayın.
Sizinlə əlaqə saxlamaq istəyən
insanlarla danışın. Səhvlərin
aradan qaldırılması, sərfəli ola
biləcək əlaqələrin bərpası üçün
vaxta qənaət etməyin.
Bu gün yerdəyişmələr çox olacaq.
Özünüzü rahat hiss etmək üçün
zəruri tədbirlərə əl atın.
Günün ikinci yarısı hazırlıq işləri
üçün əlverişli zamandır.
Yaşam arealınızda zəruri
yerdəyişmələr və yeniliklər
barədə düşünün. İnformasiya
toplayın.
Buğa - Yerinə yetirə
biləcəyinizdən artıq işlərlə
qarşılaşacaqsınız. Daha sürətli
çalışın, eyni zamanda bir neçə
istiqaməti nəzarətdə saxlayın.
Yeni mövzu və ya təklif əsas
planların çərçivəsinə uyğun
deyilsə, şirin vədlərə aldanmayın.
Əsas tədbirləri vaxt ehtiyatını
nəzərə alaraq planlaşdırın.
Situasiyaya qəfil şərtlər qarışa
bilər.
Günə pozitiv təmayüllərin təsiri
çoxdur.
İnformasiya və məlumatlarla iş,
toplantı, yazışma yaxşı nəticələr
verəcək.
Məqsədlər uyğun olarsa, qarşılıqlı
anlaşma asanlıqla yaranacaq.
Problemlərə qarşı müqavimət
göstərmək əvəzinə, onların
səbəblərini və mahiyyətini
araşdırın. Belədə rəqibləri
üstələyərək mənfəət əldə edə
bilərsiniz.
Əkizlər - İkinci dərəcəli işlərlə
məşğul olmaq zamanı deyil. Uğur
qazanmaq üçün bütün gərəkli
tədbirləri görüb-görmədiyinizi
aydınlaşdırın. İdeya və
niyyətlərinizi səbatlı edin,
yaranan imkanlardan istifadə
edin.
İnformasiyanın daxil olduğu
kanalları genişləndirin. Əlaqə
saxlamalı, yazmalı, görüşməli
insanları müəyyənləşdirin. Yaxın
ətrafınızdakı insanlarla
təmaslarınız effektiv olacaq.
Payınıza düşən işləri bir qədər də
artıracaq səfər və ya xəbər ola
bilər.
Gərəksiz, vaxtı keçmiş
nəsnələrdən qurtulun. Həyatınıza
yeni emosiyalar və hisslər qatın.
Axşam saatlarını dostlarınızla
keçirin.
Xərçəng - Günün maraqları,
şərtləri və qayğıları sizdən aktiv,
hətta həddən ziyadə aktiv
davranış tələb edir. Sizi bir an da
boş buraxmaq istəmirlər: çox
adama gərəksiniz. Kiməsə yardım
edəcəksinizsə və ya artıq
edibsinizsə, minnətdarlıq
gözləməyin. Tanıdığınız insanlar
indi öz şəxsi məsələlərinin həlli ilə
məşğuldurlar.
Tanışlar və həmkarlar
problemlərin həllində kreativ
yanaşma nümayiş etldirirlər.
İnformasiya, yazışma, planların
dəqiqləşdirilməsi üçün yaxşı
vaxtdır.
Axşam saatları istirahət, əyləncə
üçün sərfəlidir.
Səhhətinizə fikir verin.
Yeni pəhrizə başlamaq olar.
Şir - Yeni layihəyə başlamaq olar.
Cari işlərdə xırdalıqlara izafi
diqqət yetirməyin. Eyni vaxtda bir
neçə işin hazırlıqlarına start
verməyin. Həyat sizin çevikliyiniz
və yaxşı reaksiyanızı yoxlayacaq.
Çoxdan bəri yarımçıq qalan,
sürəkli təxirə salınan işi başa
çatdırmaq və daha maraqlı işlərə
başlamaq olar.
Alınan məlumatları qaydaya salın.
İş yerində daha rahat, asudə
şərait yaradın. Məhz belə
davransanız, sabah yeni planları
gerçəkləşdirmək olar.
Axşam saatlarında dostların
əyləncə təklifini qəbul edin.
Qız - Gərgin dövrün bitməsinə az
qalıb. Səhər saatlarından etibarən
işlərinizdə qayda yaradın,
prosesləri nizamlayın. Əgər plan
və niyyətlərinizdə qeyri-
müəyyənliklər yaranıbsa, sizi
narahat edən məsələ ilə bağlı
maksimum informasiya əldə
etməyə çalışın.
Daxili gərginliyi azaltmaq,
proseslərlə bağlı konkretliyə nail
olmaq, suallara cavab almaq
mümkündür.
Ətrafınızdakı insanlar arasında
tələsiklik və nigaranlıq ifrat
dərəcəyə çatmasın deyə, onların
problemlərinin həllində iştirak
edin. Bəzi adamların sözləri və
davranışlarındakı nüanslar sizə
yaşananları daha yaxşı anlamağa
şərait yaradacaq.
Emosiyalarınızın əsiri olmayın.
Mənasız əlaqələr və effektivliyini
itirmiş təmaslardan qurtulun.
Tərəzi - Aktiv, qarışıq və
hadisələrin birmənalı olmayan
məcrada cərəyan etdiyi gündür.
Şərtlər sizi ideyalarınızı
dəstəkləyəcək adamı aramağa
vadar edə bilər. Çətin durumda
köməkçiyə ehtiyac var.
Uzaqdan məsləhət və yardım gələ
bilər.
Danışıqlar və ünsiyyətdə həssas,
soyuqqanlı olsanız, perspektivdə
uğura bel bağlaya bilərsiniz.
Həmkarlar və dostlarla ünsiyyət
sizə çoxlu müsbət emosiya bəxş
edəcək. Yaşamınız yeni
hadisələrlə zənginləşəcək.
Sürprizlər, xoş həyəcan, romantik
münasibətlərin başlanması
istisna deyil.
Əqrəb - Çətin, amma uğur vəd
edən gündür. Çoxsaylı müxtəlf
işləri həll etməli olacaqsınız. İşlər
az olmasa da, vaxt keçdikcə həll
ediləsi məsələlərin sayı artacaq.
Danışıqlar aparmalı, yazışmalı,
kiminləsə müzakirələrə
qatılmalısınız.
Axşam saatlarında istirahət
etməyə çalışın. Fiziki hərəkətlərdə
fayda var.
Yaxşı anlaşdığınız insanla
ünsiyyəti seçin. Gələcəklə bağlı
ümumi planları nəzərdən keçirin.
Oxatan - Enerji artımı və fəallıq
işgüzarlıq qabiliyyətlərinizlə
məziyyətlərinizə müsbət təsir
edəcək. Qətiyyətlə, inadla çalışın,
planları tərəfdaşla aktiv müzakirə
edin.
İndi "məhsul yığımı" vaxtıdır.
Gələcək məqsədlər və layihələrin
təməli qoyulur.
Gərgin dövrün başa çatmasına az
qalıb. Nəticələri təhlil edin, yekun
qərarları formalaşdırın. Alınmış
məlumatlar və keçirilən görüş
yaşananlarla bağlı dürüst təhlilə
səbəb ola bilər. Fəal olun, süst
davranmayın.
Oğlaq - Səy və qüvvəni bir
istiqamətdə cəmləşdirmək çətin
olsa da, əziyyətə qatlaşın və
irəliləyin. Yeni işlər və qayğılar
yağışdan sonra göbələk kimi
artır. Tərəfdaş və şərik isə sizdən
daha çox nəticə tələb edir.
Yaşananlara soyuqqanlı baxın,
təmkinli olun. İşinizin keyfiyyətini
yaxşılaşdırın. Yerdə qalanlar
günün ikinci yarısında
konkretləşəcək.
Bu gün fəaliyyət sahəsinin
müəyyən müstəvisini qaydaya
salmaq, informasiyanı
sistemləşdirmək olar. Nigaranlıq
və təşviş varsa, bir qədər istirahət
edin.
Səmimi, qayğıkeş olun ki,
situasiyaların qəfil döngələrində
məzmunla batini hiss edə
biləsiniz. Ətrafınızdakı insanlarla
diqqətlə davransanız,
münasibətlər yaxşılaşacaq.
Dolça - Müstəqil və təkbaşına
çalışsanız, işlərin effektivlik
səviyyəsi yüksək olmayacaq. Süst
və ətalətli davranmayın. Aktiv
olun, ətrafınızdakı insanlarda xoş
təəssüratlar yaradın. Əhval-
ruhiyyəniz və məhsuldarlığınız
səylərinizdən asılıdır.
İşgüzar səfər, danışıqlar, yazışma
müsbət nəticələr verə bilər.
Sözlə çalışanları irəliləyiş gözləyir.
İşgüzar danışıqlar prosesi
aktivləşir. Baş verənlərə
münasibətinizi dəyişə biləcək
yeni detallar peyda olacaq. Axşam
saatlarında aktiv istirahəti seçin.
Balıqlar - Müəyyən mövzuda
səylər, nəticələrin nəzərdən
keçirilməsi, uğurların
dəyərləndirilməsi zamanıdır.
Uzun müddətdən bəri
gözlədiyiniz məlumatı alacaqsınız.
Görüş, yazışma, müzakirələr və
ünsiyyət üçün uğurlu gündür.
Yaşam və ya iş məkanında
yaradıcı yeniliklər etmək olar.
Evdə təftiş aparın və belədə yeni
planlar sizi çox gözlətməyəcək.
Ailədə planları, uzaq
perspektivlərlə bağlı qərarları
müzakirə edin. Münasibətlər
normada deyilsə, hissləri
yeniləyin, yeni məqsədləri bəyan
edin və konkret addımlar atın.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев