21 Oktyabr 2013 ( #ElmiRBurcKolik )
Qoç - Günün ilk yarısında baş
verən hadisələrə qıcıqlanmayın.
Sinirlərinizə hakim ola
bilməməyiniz yaxınlarınızla
münasibətlərinizə yaxşı təsir
etməyəcək. Mənfi emosiyalar
yaranmış situasiyanı dəqiq
qiymətləndirməyə və dürüst
qərar qəbul etməyə mane olur.
Sonradan təəssüfünüzə səbəb
ola biləcək addımlar atmayın.
Yaşamınıza təsir edə biləcək
insanlarla mühüm görüş və ya
təmaslar məsləhət deyil.
Günün ikinci yarısı daha uğurlu
olacaq. Niyyət, fikir və hisslərinizi
aydınlaşdırın. Prioritetləri
müəyyənləşdirin, fəaliyyət planı
hazırlayın.
Yaxşı heç nə gözləmədiyiniz
insan sizi qəflətən dəstəkləyəcək.
Buğa - Maraqlı və xoş söhbətlər,
uzun zaman unuda
bilməyəcəyiniz görüş günüdür.
Adətlərinizin bir qismini dəyişin,
yaşamınızı daha zəngin edin.
Əvvəllər maraqlanmadığınız işlə
məşğul olun. Dostlar və
yaxınlarınızın təşəbbüslərini
dəstəkləyin. Yaradıcılıq
potensialınız yüksək deyil. Orijinal
ideyaların yaranma ehtimalı azdır.
Lakin ətrafınızdakı insanlardan
birinin konkret ideyalarını
diqqətsiz qoymayın.
Sənədləşdirmə, müqavilə və
anlaşma imzalamaq, mühüm
sənədlərlə iş üzrə əlverişli
gündür. Gəlir ehtimalı azdır.
Alış-veriş uğurlu ola bilər
Əkizlər - İstənilən ev işi üçün əla
zamandır. Yaşam arealında
yerdəyişmələr etmək, təmirə
başlamaq olar. Mebel, interyer
əşyaları, qab-qacaq, evinizi daha
rahat və xudmani edə biləcək
istənilən predmeti almaq olar.
Axşam saatları dostlarla görüş
üçün əlverişlidir. Dəvət aldığınız
tədbir isə yeni tanışlıqlar və
emosiyalar vəd edir.
İntuisiyanın verdiyi siqnallar
dəqiqdir. Həmin siqnallara riayət
etsəniz, qarşınıza qoyduğunuz
məqsədə çatmaq, çoxdankı planı
reallaşdırmaq, yaxınlarınızla
münasibətləri daha rəvan etmək
şansınız var.
Bir zamanlar həyatınızda önəmli
yer tutmuş insanla münasibətləri
bərpa edə bilərsiniz.
Xərçəng - Başqalarının
problemlərinin həlli çox vaxtınızı
alır. Təbii, bu pis iş deyil və ilk
əvvəl böyük ruh yüksəkliyi hiss
edəcəksiniz. Lakin az sonra
şövqünüz yorğunluq və
laqeydliklə əvəzlənəcək. Günü elə
planlaşdırın ki, axşam saatlarında
rahat istirahət etməyə, tək
qalmağa, qüvvələri bərpa etməyə
vaxt qalsın.
Ev işlərinin öhdəsindən sürətlə
gəlin. Yardıma ehtiyacınız yoxdur.
Alış-verişdə böyük məbləğdə pul
xərcləməyin. Aldığınız əşyaların
seçimi uğursuz ola bilər.
Yaşlı qohumlarla dil tapmaq
asandır.
Şir - Sakit və əlverişli gündür.
Ciddi çətinliklərlə
qarşılaşmayacaqsınız. Tələsməyə
heç bir lüzum yoxdur. Sizin üçün
rahat olan ritmdə irəliləməyə
davam edin.
Yaxın ətrafınızdakı insanlar yeni
ideya və ya planınızı qeyri-adi
saya bilərlər. Buna görə də
niyyətinizi ətrafınızdakı şəxslərlə
bölüşməyin, əlavə problemlər
yaratmayın.
Ailə üzvlərinizə maksimum diqqət
ayırın. Yaşlı qohumlarla dil
tapmaq asan deyil. Münasibətləri
pozmamaq üçün ciddi güzəştlərə
getmək gərəkdir.
Qız - Hər şeyi əvvəlki vaxtlardan
fərqli etdiyiniz gündür. Bu da
yaşamınızda dəyişikliklərə səbəb
ola bilər. Formalaşmış
ənənələrdən bir qədər geri
çəkilməkdə xeyir var. Məhz
belədə dəyərli təcrübə əldə
edərək dünyagörüşünüzü
genişləndirəcəksiniz. Yeni gəlir
mənbəyi tapmaq şansı yaranır.
Planlaşdırılmamış gəlir istisna
deyil.
Faydalı əşyalar almaq olar.
Gərəksiz və ehtiyac duyulmayan
əşyalara aldanmayın. Fikirlərinizi
qaydaya salın, yaranmış
situasiyaya bir qədər kənardan
baxın. Gözlənilməz nəticələr ola
bilər.
Tərəzi - Uğurlar asan əldə
olunmasa da, günü uğursuz
saymaq mümkün deyil. Hər
addımı əvvəlcədən götür-qoy
etməklə, səy göstərməklə ciddi
irəliləyişə nail ola bilərsiniz.
Unutmayın ki, səthdə olan, ilk
baxışdaca nəzərə çarpan, sürətlə
ağla gələn həll variantları səhih və
dürüst deyil. Qarşınıza
qoyduğunuz məqsədə aparan yol
uzun, keşməkeşlidir. Həmfikirlərlə
ünsiyyət, yeni müttəfiqlər aramaq
üçün pis gün deyil.
Birgə layihələrdə iştirak, çətin
vəziyyətlərə düşənlərə yardım
zamanıdır. Alış-veriş etmək,
səyahət üçün bilet almaq olar.
Əqrəb - Yaxın ətrafınızdakı
insanlardan fərqli olaraq enerjili,
məqsədyönlü şəkildə çalışın. Bir
yerdə durmayın, mənası və
əhəmiyyəti olmayan işlər barədə
düşünməyin. Sadəcə, gərəkli
hesab etdiyiniz işlə məşğul olun.
Belə taktika məhsuldar olacaq. Bu
gün qarşınıza qoyduğunuz
məqsədlərə artıq günorta
saatlarında çata bilərsiniz.
Maraqlı tanışlıqlar və romantik
macəra istisna deyil. Kimsə
düşünülməmiş addımlar
atdığınızı, spontan qərarlar
verdiyinizi düşünə bilər. Amma
belə olmamalıdır. Əməllərinizin
hansı nəticə verəcəyini
təxminləməyə çalışın və absurd
addımlar atmayın.
Oxatan - Yaradıcılıq potensialınız
yüksəkdir. Bu səbəbdən də
əvvəlki günlərlə müqayisədə
təəssüratlar daha parlaq,
yaddaqalan olacaq. İdeyalarınızı
reallaşdırmaqla yanaşı, dostlara
da niyyətlərini həyata keçirməyə
kömək edəcəksiniz. Onların
minnətdarlığı sonsuz olacaq.
Mühüm məsələlərin nəzərdən
keçirilməsi, mövqeyi və fikrinə
laqeyd qalmadığınız insanlarla
görüş üçün əlverişli vaxtdır.
Səfər və ya səyahətlərdə çox vaxt
keçirməli olacaqsınız. Bu, sizi
pərişan etməsin. Maraqlı
tanışlıqlar istisna deyil.
Çoxdan aradığınız insanla
qarşılaşa bilərsiniz.
Oğlaq - Uğursuz gündür. Həddən
ziyadə usandığınızı hiss edə
bilərsiniz. Çalışmaq
məcburiyyətinizdə qaldığınız iş
sizə çox mənasız və darıxdırıcı
təsir bağışlaya bilər. Amma o işi
nə təxirə salmaq, nə də
başqasına tapşırmaq
mümkündür. Yaxın ətrafınızdakı
insanlardan biri ilə mübahisə çox
kiçik məsələyə görə yarana bilər.
Birgə alış-verişdə mübahisə
istisna deyil. Yaşlı qohumlarla
münasibətlərdə çox diqqətli olun.
Özünüzə həddən ziyadə
güvənməyin. Eqoizm və
təşəxxüsünüz sonradan
öhdəsindən gələ bilməyəcəyiniz
işlərə razılaşmağınızın səbəbidir.
Yaxınlarınızın təklif etdiyi
yardımlardan boyun qaçırmayın.
Qətiyyətli və inadkar olun.
Dolça - Sadə, rahat və uğurlu gün
olmasa da, qarşınıza qoyduğunuz
məqsədlərə nail ola bilərsiniz.
Kiçik problemlərə sakit yanaşın.
İşlərinizin istədiyiniz məcrada
getməməsindən narahat olmayın,
təlaşa düşməyin. Hesablamalarda
yanlışlıqlar, maliyyə itkiləri istisna
deyil. Təşvişə düşməyin.
Problemləri həll etmək olar.
Yaşlı qohumlar və ya ailə
üzvlərindən biri ilə fikir
müxtəlifliyi yarana bilər. Ailə
büdcəsi və ya yaxın gələcəklə
bağlı planları müzakirə etmək
məsləhət deyil.
Balıqlar - Dəvət aldığınız tədbirə
qatılın, vaxtınızı səmərəli keçin.
Qəfil, amma xoş görüşlər ola
bilər. Yaşam məkanının
dəyişməsi, yeni maraqlar və
macəralar istisna deyil. Günün ilk
yarısında alış-veriş uğurlu olacaq.
Maliyyə baxımından uğurlu
gündür. Gəlir əldə edəcəksiniz.
Asanlıqla tanış olur, yeni
müttəfiqlər qazanırsınız.
Romantik macəraya aldanmayın.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев