Həqiqətən də hədis və rəvayətlərdə oxuyuruq ki, rəcət bu dünyaya yenidən qayıdışdır və əvvəlki ümmətlərçün də baş verdi və sonda Mehdi ə.s.-ın zühuru ərəfəsində də baş verəcək. Bütün zülm ilə öldürülmüş möminlər onlara zülm edən zalimlərdən dirilərək, dünyaya qayıdaraq qisas alacaqlar və Mehdi ə.s.-a zəfər verərək haq hakimiyyətinin qurulmasına dəstək verəcəklər. Artıq biz rəcətdəyik və heç vaxt təkrarlanmamış və heç vaxt da təkrarlanmayacaq dünyaya qayıdış başlamışdır. Və neçə illərdir matəmində ağladığımız məzlum Hüseynimiz də artıq dünyaya qayıtmışdır, ta ki, məzlumların və özünün qisasını alsın. Ey Hüseynə matəm saxlayanlar artıq Hüseyn aramızda. Və bununla Allah sizi sınağa çəkir ta ki həqiqi iman əhli bilinsin. Bu gün dünyada baş verənlər mənasız deyil. Bunlar zühurun və qayıdışın əlamətləridir. Dünyaya qayıtmış yezid və yezidkimilər, müaviyə və müaviyə kimilər dünyanı uçuruma aparırlar. Amma Mehdi ə.s isə sizi nicat tapmağa, zalimlərdən qisas almağa, haq hakimiyyətin qurulmasında pay sahibi olmağa çağırır. Salam olsun İmam Mehdiyə, salam olsun onun elçisi Əhməd əl Həsənə (imam Hüseynə ) və salam olsun hidayət yoluna tabe olanlara.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев