Yarışda Rusiya, Fransa, Almaniya, Bolqarıstan, Ermənistan, Polşa, Ukrayna, Moldova, Litva, Belarus, İsveç, Çin Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın 100-dən çox boksçusunun iştirakı gözlənilir. Turnir kişilərdə 10, qadınlarda isə 4 çəki dərəcəsi üzrə keçiriləcək. Xantı-Mansiyskdə Azərbaycan milli komandasının heyətində "Baku Fires" klubunun 2 üzvü də mübarizə aparacaq. 60 kq çəki dərəcəsində 2013-cü ilin yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Nəsrəddin Məmmədov çıxış edəcək. 69 kq çəki dərəcəsində isə "Böyük İpək Yolu" turnirinin bürünc mükafatçısı Yevgeni Romaşkeviç gücünü sınayacaq. Yarışın ümumi mükafat fondu 2 milyon 140 min rubldur. Turnirə fəxri qonaq qismində peşəkar boks üzrə eks dünya çempionu Ruslan Provodnikov dəvət olunub. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев