Sən
eyni yerdəsənmi bilmirəm.. .Sevgilim
gedişinin arxasından aylar keçdi, ilə
döndü. Bəlkə gələcəksən deyə gözlədim.
Gələcəksənmi?
Gedən unudularmış... Mən unuda
bilmədim,gedişindən sonra çox ağladım,
sənsizliyə dözə bilmədim sənsizlikdə
yandım.Sonra əlimə qələmimi alıb
həmişə sənə yazdım.Dəftərçəmdə çox
şeirlərim var,çox sevdaları izah edən
yazılar, hamısı sənədir...
Əslində sən unudularsan, gedənlərin
hamısı unudular amma ya yaşananlar...
Unutmağa çalışarkən xatırlanan o
anlar...Sənə bunları xatırladıram mən
unutmasam da bəlkə sən unutmusan
deyə... Ağlamıram da artıq çünki sən
öyrətdin mənə gülməni,sən öyrətdin
mənə həyatla lağ etməyi... Mənə o qədər
şey öyrətdin ki,məni başdan yaradan
sən oldun.İndi necə unudum, özümə
baxdıqca xatırlayıram səni...
İndi sənin çox darıxıram çox...Amma
bilirəm səndə unutmadın məni getdiyin
yerlərdə... Gözün də arxada olmasın
sevdiyim,məni buraxdığın yerdə
yaşayıram səni... Sənsizlikdə
çətin,çəkilmir amma bunu belə öyrətdin
mənə... Daha nələr nələr öyrətdin... Tək
başıma yaşaya biləcəyim bir eşq
buraxdın mənə...
Sən mənə gözəlliyi, oğruluğu buraxdın
və bir gün məni axtarsansa eyni yolda
tapacaqsan.
Səndən sonra ayaqda dayanmaqda
çətinlik çəkdim,xəbərin var bilirəm
hərdənbir yıxıldım.İndi ayaqda dayana
bilirəm amma arada səni yanımda
istəyirəm.Səsini eşitmək üçün zəng
edirəm, üzünü görməsəm də
rahatlayıram.Sənə bir dəfə möhkəmcə
sarılmaq istədiyimi söyləyirəm. Dözə
bilməyəcəyini söyləyirsən.
İndi sənsiz yollardayam, gəlməyəcəyini
bilsəm də məni tapılmayan bir
dürüstlüklə sevdiyini və həmişə
sevəcəyini bilirəm...
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев