Ailəli kişilər, cavan qız sevir.
Arvadda, ərinə xəyanət edir.
Ya Rəbb, başqa dünya, varmı görəsən?
Bu dünya, əzəldən yalan dünyadı.
Hey dolur, boşalır, talan dünyadı.
Bura ayrılıqlar, salan dünyadı.
Ya Rəbb, başqa dünya, varmı görəsən?
Bu dünya, hər zaman batabatdadır.
Ayının min oyunu, bir armuddadır.
Mənimdə qismətim, yanan oddadır.
Ya Rəbb, başqa dünya, varmı görəsən?
Min dəfə alışdım, min dəfə yandım.
Sındım, əyilmədim, məğrur dayandım.
Bu dünyanın, əzabından usandım.
Ya Rəbb, başqa dünya, varmı görəsən?
Xoşbəxtliyim, bir quruca ad olub.
Doğmalarım gen dolanır, yad olub.
Taleyim, qismətim, yanan od olub.
Ya Rəbb, başqa dünya, varmı görəsən
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев