Niyə görüşdük?
Niyə doğmalaşdıq, necə ayrılaq?
Bu necə sevgidir, öləcək, gülüm,
Xatirə, kədəri qalacaq ancaq.
Tanrım, günahım nə, bu cəza nədir?
Nələr görəcəyəm, yazıq gözlərim?
Danışdım, sözümdə qəm çiçəklədi,
Danışdım, dilimdə yandı sözlərim.
De görüm belə mi gəlir məhəbbət,
Bu sevda içi mi göynədən yara.
Bu gündən mən gərək özümdən qaçam,
Üz tutub yol gedən ayrılıqlara.
Görüm, min il keçir yenə dünyada,
Hər şeydən ucada eşq var, sevda var.
Yenə Əslilərin donu sirlidir
Sevsəm Kərəm eylər məni sevdalar.
Umulmaz bu sevda, darıxma könlüm,
Gəl bu qəm içində təmizlən, arın
Məni qəm eylədi bu ayrılıqlar
Neylim, yolçusuyam ayrılıqların..
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев