Aman Allah məni xəcalət etmə,
Xalqımın önündə, elin önündə.
Gəl qərib könlümü çox utandırma,
Muşfiq danışdığı dilin önündə,
Təzahür deyiləm,mərifətim var,
Adıma layiqəm öz rüfətim var.
Qırx-əlli milyonluq çox külfətim var,
Boyunu əydirmə belin önündə.
Bu zülmü-xanədə yansada canım,
Vətəni yaşadan var axan qanım.
Yazan barmaqlarım,təbim imanım,
Çağlat usandırma selin önündə.
Örnəkdir millətə sözüm zinətim,
Nümunə qoy olsun peşəm sənətim.
Qələm varlığımdır ruhum, cənnətim,
Meh kimi əsdirmə yelin önündə.
Qoşma gəraylımdır silah yarağım,
Yurddan uzaqdayam yoxdur sorağım,
Afiq Göyçəliyəm sönüb çırağım,
Qaş-gözü ağlatma telin önündə..
Afiq Göyçəli Rusiya
06.11.21...
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев