Предыдущая публикация
Yanaqların al qırmızı,
Nə gözəlsən sən ay Lalə.
Hisslərini yaxın eylə,
Olma duman çən ay Lalə.
Göz altında xalın qəşəng,
Ağ örpəyin şalın qəşəng,
Üz gülürsə halın qəşəng,
Salma saça dən ay lalə.
Gün çıxandan gün batana,
Bürünürsən çit, kətana.
Naz-qəmzəndən ac yatana,
Toy-bayramsan şən ay lalə.
Gəl yaxına gəl qadası,
Keçirt qola əl qadası.
Görsət bu gün eşq ədası,
Bax gör kiməm mən ay lalə.
Afiq Göyçəli Rusiya 18.10 21.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев