Silmişdilər görünüşü az idi,
Əlindəydi yağıların xəritə.
Sıxmışdılar ətəyinə dağların,
Təməliydi ağrıların xəritə.
Təsvirini səf çəkmişdi naxələf,
Dolamışdı taleyinə min kələf.
Iştahları saman oldu ot ələf,
Acısıydı ağıların xəritə.
Şad etmirdi bənzəsədə qartala,
Bürümüşdü duman çisgin qar tala.
Həqiqətə cəllad idi bəd tula,
Qidasıydı dığaların xəritə .
Torpağımın dünya boyda adı var,
Oxşar deyil doymaq olmur dadı var.
Məhdudu yox səthi gözəl yadı var,
Ola bilməz çağaların xəritə.
Bu yurd Afiq igidlərin yurdudur,
Cəsur qoçaq cigidlərin yurdudur.
Azərbaycan qorxmaz güclü ordudur,
Baş tacıdır ağaların xəritə.
Afiq Göyçəli Rusiya 11.10.21
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев