Yaman çoxalıbdır el arasında,
Dövləti talayıb çapan varlılar.
Çaqqal tək güdürlər,xalqin cibini ,
Vicdanı zibildən tapan varlılar.
Haraya baxırsan imarət qüllə,
Tikirlər qəşəng ev başlsrı züllə.
Top-tüfəng atsanda çatanmaz güllə,
Millətin varını qapan varlılar.
Az deyil qudurmuş iş adamları,
Pul-para unmaqdır hər addımları.
Qızıldan hörürlər divar damları,
ac,yoxsul qanına hopan varlılar.
Rüşvətdən şişirlər qarın açırlar,
Xahiş et bir sənət haqsız, qaçırlar.
Beş qəpiq görəndə işıq saçırlar,
İnsafı qəpiyə yapan varlılar.
Nifrəti ən yaxın,qohum bilirlər,
Dinəni peşədən qovub silirlər.
Məhbus yatanlarda tez dirilirlər ,
Kasıb çörəyini qarpan varlılar.
Çoxdur Vətənimdə gözü doymazlar,
Afiq tamahından közü doymazlar.
Çoxdur tüpürcəkdən üzü doymazlar,
Mənliyi yer üstə,çırpan varlılar.
Afiq Göyçəli RÜSİYA. 01.09.21.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев