kimi şеylәrdәn bir sа (tәqribәn 3 kq) müstәhәqqә vеrmәlidir. Әgәr bunlаrdаn hәr hаnsının pulunu vеrsә, kifаyәtdir.*
*❓Sual: Fitrə nə vaxt ayrılmalı və nə vaxt ödənməlidir ?*
Bütün müctəhidlərin rəyi: Fitr bayramı namazı qılırsa, vacib ehtiyata əsasən, gərək namazdan qabaq versin və ya ayırsın. Əgər bayram namazı qılmasa günün zöhrünə (günortasına) qədər vaxtı var.
*❓Sual: Fitrəni yoxsula ramazan ayından qabaq vermək olarmı?*
🌸Bütün müctəhidlərin rəyi: Xeyr, amma onu borc ünvanında verib fitr bayramı günü fitrə hesab etmək olar.
*❓Sual: Fitrəni ayıran şəxs ondan istifadə edib yerinə (əvəzinə) başqa mal və ya pul qoya bilərmi ?*
🌸Bütün müctəhidlərin rəyi: Xeyr, gərək ayırdığını fitrə versin.
*❓Sual: Fitrə verməyən və onu ayırmayan şəxsin hökmü nədir ?*
Bütün müctəhidlərin rəyi (Ayətullah Behcət, Təbrizi və Ayətullah Xameneidən başqa): Günah etmişdir və vacib ehtiyat budur ki, gələcəkdə (əda və qəza niyyəti etmədən) fitrəni versin.
🌸Ayətullah Təbrizi və Ayətullah Xamenei: Günah etmişdir və gələcəkdə (əda və qəza niyyəti etmədən) fitrəni verməlidir.
🌸Ayətullah Behcət: Günah etmişdir və müstəhəb ehtiyat budur ki, gələcəkdə onu qəza etsin.
*❓Sual: İmkanı olmayan şəxsin fitrə zəkatı ödəməsi vacibdirmi?*
🌸Bütün müctəhidlərin rəyi: Yoxsul olarsa, fitrə ödəməsi vacib deyil. Əgər 3 kq buğda və ya onun qiymətində bir şeyi varsa, onu fitrə zəkatı adı ilə verməsi müstəhəbdir. Əgər himayəsində bir neçə nəfər varsa, onu fitrə niyyəti ilə ailə üzvləri arasında bir-birinə ötürsünlər. Sonuncu ailə üzvü isə aldığı fitrə zəkatını ailə üzvü olmayan başqa bir şəxsə versə yaxşı olar.
*❓Sual: İnsan öz ata-anasına (onlar müstəhəqq olduqda) fitrə zəkatı verə bilərmi?*
🌸Bütün müctəhidlərin rəyi: Ata-ana yoxsul olarlarsa, övladlar onların vacib xərclərini ödəməlidir və onlara fitrə zəkatı vermək olmaz.
*❓Sual: Ata fitrə zəkatını ehtiyaclı olan tələbə övladına verə bilərmi?*
🌸Bütün müctəhidlərin rəyi: Övladlar yoxsul olarlarsa ata-ana onların zəruri yaşayış xərclərini ödəməlidir. Amma fitrə zəkatından onlara verə bilməzlər.
*❓Sual: Fitrə zəkatını hədiyyə ünvanında abırlı və müstəhəqq olan qohumlara vermək olarmı?*
🌸Bütün müctəhidlərin rəyi: Bəli, hədiyyə ünvanında vermək olar və fitrə zəkatı olduğunu bildirmək zəruri deyil. Amma zəkat vermək məqsədi ilə verilməlidir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев