Предыдущая публикация
Elə ilk görüşdən çıxıb gedəydim
Qəlbindən daş kimi asılınca mən
Gözündən yaş kimi axıb gedəydim
Kaş ki fələk bizi ayrı salaydı
Dönük taleyimiz görüşməyəydi
Zaman öz yerində donub qalaydı
Tarix də o gündən dəyişməyəydi
Kaş ki son olaydı birinci kərə
Sevgi də həmin gün ölüb gedəydi
Göydən bir ayrılıq enəydi yerə
Bizi iki yerə bölüb gedəydi
İlk və son gecəmiz tarixi uzun
Sabahı qaranlıq gecəsi aydın
Mənim itirdiyim bircə sən oldun
Sənin itirdiyin kaş mən olaydı
Tamam yad olaydıq bir birimizçün
Dəyişik düşəydi zamanım ilim
Kaş mənim həyatdan köçdüyüm günün
Səhəri gələydin həyata gülüm
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев