Başqa bir tülkü bunu görür və ondan nə üçün quyruğunu kəsildiyini soruşur. O cavab verirki mən özümü belə xoşbəxt hiss edirəm, sanki havada uçuram. Necə də əyləncəlidir. Elə edirki o biri tülkü də quyruğunu kəsir. Şiddətli ağrı hiss edən və əvvəlki tülkü kimi həzz almayan tülkü soruşur; Nə üçün mənə yalan dedin? O, cavab verir, "Əgər digər tülküləri ağrıdan xəbərdar etsən onlar quyruqlarını kəsmiyəcəklər və bizə ayıb edəcəklər"
Beləliklə onlar rastlaşdıqları hər tülküyə aldıqları həzzdən danışırlar və nəhayət əksər tülkülər quyruqsuz qalır. Sonra onlar quyruqlu tülkü gördükləri zaman ona rişxənd etməyə başlayırlar.
Mənəviyyatsızlıq kütləvı şəkil aldığı zaman insanlar yaxşıları yaxşı əməllərinə görə qınayırlar. Səfehlər isə onlara böhtan atlrlar. Həqiqətən mənəviyyatsız cəmiyyət yaxşı insanlarda nöqsan tapmayanda onları malik olduqları ən gözəl xüsusiyyətləri ilə ittiham edirlər.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2