Deyirlər ki, Tanrı suyu ilk
olaraq yaradıb. Buna görə su ilk çərŞənbə kimi
qeyd edilir. Bəzi mənbələrdə ona əzəli çərŞənbə,
gül çərŞənbə də deyirlər. Adından da göründüyü
kimi, bu çərŞənbədə suyun “dirilməsi” özünü
göstərir. Su həyatın mənbəyi kimi göstərilir. Əski
inamlara görə, bu çərŞənbə suya tapınma inancı
ilə baŞlayır. İnanca görə, “təzə su”, yəni səhər dan
yeri sökülməmiŞ götürülən köpüklü ağ su min bir
dərdin dərmanı sayılır.
“Su çərŞənbəsi mərsimləri zamanı tezdən qız-
gəlinlər bulaq baŞına axar. Su olan yerə gedib
suyun üzərindən tullanır. Azarlarını-bezarlarını,
ağırlıqlarını-uğurluqlarının suya getməsini
istərdilər. Bu zaman su ilə bağlı hər biri salavat
çevirər, suyun müqəddəsliyi, möhtəŞəmliyilə bağlı
müxtəlif mərasimlər icra edərdilər”, -
Qədim türklərin inancına görə, Tanrı insanı məhz
çərŞənbə axŞamı yaradıb. Əvvəlcə su götürülüb,
külək tərəfindən su ilə torpaq qarıŞdırılıb, insan
Şəklinə salınıb, GünəŞin altında qurudulub,
dördüncü çərŞənbə, ilin axır çərŞənbəsində isə
ona nəfəs verilib.
Beləliklə, dünyaya insan gəlib. Hesablamalara görə
bütün bu hadisələr çox müqəddəs bir vaxta, gecə
ilə gündüzün bərabərləŞdiyi günə təsadüf edib.
Bundan sonra isə insan üçün yeni həyat, yeni il
baŞlanıb. ÇərŞənbələrdə, eləcə də, Novruz
bayramında həyata keçirilən müxtəlif adətlər də
baŞlanğıcını məhz insanın yaranıŞı ilə bağlı qədim
ayinlərdən götürüb. Su çərŞənbəsilə bağlı çoxlu
fal açmalar, oyunlar, əfsanələr və miflər yaranaraq
bu günümüzə gəlib. ilk cerwenbeniz mubarek.!!!!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев