Ütü məişət həyatımızda vaz keçilməsi mümkün olmayan əşyalardan biri sayılır. Ütülər əhəmiyyətinə görə mətbəxin ən vacib məişət texnikası olan soyuducular ilə eyni sıradadırlar.
Ütülər 3 qrupa bölünür:
Adi Ütülər
Buxarlı Ütülər (Fakir "Vezuv", "Eye", "Thera", "Lillie", "Skyjet")
Buxar Generatorlu Ütülər (Fakir "Glare", "Raphael", "Raphael Plus")
Ütünün əsas xarakteristikası:
Sərfiyyat Gücü və Temperatur rejimi
Ütü Altlığının Örtüyü
Buxar Vermə və Buxar Funksiyaları
Müdafiə Funksiyası
Bu xarakteristikalar ütülərin keyfiyyət və gücünü müəyyən edərək onları bir-birindən fəqrləndirir. İndi də bunların hər biri haqqında ayrı-ayrılıqda:
Sərfiyyat Gücü - ütünün əsas xarakteristikasıdır. Effektiv ütüləmə və isitmə tezliyi birbaşa gücdən aslıdır. Gücünə görə ütülər aşağı (1600 W-dan aşağı), orta (1600-2000 W) və yüksək (2000-2600 W) enerji güclü qruplara ayrılır.
Temperatur Rejimi - ütünün alt örtüyünün isinmə temperaturudur. Temperatur rejimi adətən 3 səviyyədə olur və tənzimləyici hissə başlığı ilə tənzimlənir. 1-ci səviyyədə adətən, ipək (silk) və neylon (nylon), 2-ci səviyyədə yun (wool), 3-cü səviyyədə isə pambıq (cotton), kətan (linen) və qalın lifli parçalar ütülənir.
Ütü Altlığının Örtüyü. Paltarın səliqəli, yaxşı və keyfiyyətli ütülənməsi ütü altlığının örtük təbəqəsindən asılıdır. 3 növ ütü altlığı var: alüminium, paslanmayan polad və keramika.
Alüminium altlıq. Bu altlıqlı ütülər çox ucuz qiymətə olur. Üstün tərəfi tez qızması, mənfi tərəfi isə tez soyunmasıdır. Alüminium yüngül metal olduğundan bu örtük çox kövrəkdir və tez zədələnir.
Paslanmayan polad. Üstün tərəfi - möhkəm təbəqəsi var, asanlıqla təmizlənir, tez qızır və paltar üzərində yaxşı sürüşür.
Keramika və metalkeramika. Bu gün ən geniş yayılmış ütü altlıq növüdür. Başqa altlıqlarla müqayisədə daha yaxşı sürüşür. Asanlıqla su və süngərlə təmizlənir. Yüngül çəkili olurlar. Bununla bərabər keramik altlıq da kövrəkdir.
Nano keramika yeni nəsil ütü altlıqlarıdır. Belə ki, keramika altlığının tərkibinə təbii mineral olan turmalin daxildir. Turmalin-mikroelektronika, tibbi alətlərdə istifadə olunan antistatik özəllikli mineraldır. Daha yüngül parçaları belə təhlükəsiz ütüləmək olar.
Buxar vermə və buxar funksiyaları. Bu - yüksək temperaturda su çənindəki suyu buxara çevirmə funksiyasıdır. Buxarvermə parçanın materialından asılı olaraq müxtəlif səviyyələrdə olur. Parçanın materialı qalın olduqca buxarvermə intensiv olmalıdır. Buxar gücü - dəqiqə ərzində verilən buxarı göstərir. Ütü altlığında nə qədər çox dəlik varsa buxarvermə bir o qədər effekltli olacaq.
Su tutumu-ütünün su çəninin tutumunu göstərir. Orta su tutumu ölçüsü 200-250 ml-dir.
Ütünün Müdafiə Funksiyasına - Anti-Calc, Self-Clean, Anti-Drip daxildir.
Su çənindəki su buxar kimi istifadə olunduqdan sonra çəndə ərp yaradır. Anti-Calc texnalogiyası ərp yaranmasının qarşısını alır. Self-Clean funksiyası ilə su çənindəki ərp, çirk ən yüksək temperaturda xüsusi düyməni basmaqla ütü altlığının dəliklərindən çölə çıxır.
Aşağı temperaturda ütüləmə zamanı su buxara çevrilmədiyindən, ütü altlığının dəliklərindən suyu damlatma təhlükəsi yaranır. Məhz Anti-Drip funksiyası sayəsində suyun paltar üzərinə damlatmasının qarşısı alınır.
Auto Shut Off – avtomatik qapanma funksiyasıdır. Üfüqi vəziyyətdə hərəkətsiz 30 san-dən çox qalarsa ütü avtomatik olaraq qapanır.
www.idealev.az ) və Fakir Azərbaycandan ( www.fakir.az ) Ramazan kampaniyası: FakirMaxie alana FakirThera HƏDİYYƏ!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1