Birlik.az
Ayətullah Sistani Pan Gi Munu qəbul edib, onlar İraq və bölgə məsələlərini müzakirə edirlər.
Qeyd edək ki, bir neçə gün öncə BMT baş katibi Ayətullah Sistaniyə məktub göndərmişdi. Baş katib göndərdiyi məktubda Ayətullah Sistaninin İraqdakı hadisələrlə bağlı nümayiş etdirdiyi humanist mövqeyi və onun məzhəbçiliyə qarşı atdığı addımları yüksək qiymətləndirmişdi.
Qeyd edək ki, İraqın ən nüfuzlu müctəhid və alimi olmaqla yanaşı, ərəb və şiə dünyasının da ən tanınmış alimlərindən olan Ayətullah Sistaninin İraqa gələn ABŞ, Avropa, Ərəb ölkələri rəsmilərini, hətta, İranın sabiq prezidenti Mahmud Əhmədinejadı qəbul etməməsi onun müstəqil mövqe sahibi olduğunu əks etdirir.
Ekspertlərin fikrincə, İraqda Ayətullah Sistaninin dəstək verdiyi hər hansı bir siyasi cinahın qələbəsi labüddür. Birlik.az
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев