Kazimeyn şəhəri iki imamın - İmam Musa Kazim və İmam Cavadın adı ilə məşhurdur. Ölümünə yaxın ona deyirlər ki, icazə verin sizin cənazənizi Nəcəfi-Əşrəfə aparıb orada dəfn edək. Xacə onlara belə cavab verir: "Mən İmam Musa Kazimdan utanıram vəsiyyət edim, deyim ki, mənim cənazəmi Kazimeyindən çıxarın, aparın Nəcəfi-Əşrəfə"
Xacə Nəsirəddin Tusinin bu sözü onu göstərir ki, arzusu Nəcəfi-Əşrəfdə, Əmirəlmöminin Əlinin (ə) yanında dəfn olunmaq istəyirmiş. Ola bilsin, hətta əvvəldən belə bir vəsiyyəti də olmuş olsun, amma ölüm onu Kazimeyndə yaxaladığı və Əhli-beyt imamlarının hamısına hədsiz hörmət etdiyi üçün bu arzusunu dilə gətirməmişdir. Xacə can verdiyi vaxt tələbələri ondan xahiş edirlər ki, gələcək nəsillər onun qəbrini tanısın deyə, şeirindən bir-iki beyti bir neçə Quran ayəsi ilə qəbir daşının üzərinə yazdırmağa icazə versin. Xacə razılaşmır, deyir: "Qəbir daşının üzərinə yalnız adım yazılsın. İki böyük zatın, pak imamların yanında mənim haqqımda böyük sözlərin yazılması yaxşı iş deyil. Əgər bir şey yazmaq istəsəniz, Qurandan yalnız bu ayəni yazdırın:
«و کلبهم باسط ذراعیه بالوصید، سوره کهف،
“Onlar iti də iki əlini (qabaq pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı. Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, (qorxudan) dönüb qaçar, dəhşət səni bürüyərdi”. (“Kəhf” surəsi, ayə 18)
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев