Bəlkə də
inanmayacaqsınız. Vostok
gölündə tədqiqat aparan alimlər
sensasion
açıqlamalarla çıxış ediblər.
Antraktidada (Vostok gölündə) təxminən 4km buzlaq
altında, işıq üzü görməyən göldən
indiyə kimi məlum
olmayan növləri tapıblar. Özü də bir
yox, iki yox,
yüzlərlə canlı növü. Bunlara həm bakteriyalar, həm də
çoxhüceyrəli orqanizmlər daxildir.
Təsəvvür edin ki, burada yaşayan
canlılar 25 milyon
ilə yaxındır ki, işıq üzü görmürlər.
Günəş onlar üçün yoxdur. Üstəlik orada təzyiq normaldan
300 dəfə,
oksigen isə 50 dəfə çoxdur. Belə bir
şəraitdə
canlıların yaşamasını təsəvvür etmək
çox çətindir. Lakin bu əsl sensasiya oldu.
Bununla da alimlər əmin edirlər ki,
həyat üçün
ağlasığmaz ekstremal şərait olan yerləri
belə
yaşamaqçün uyğun saymaq olar. Bununla da alimlər
təkcə Yer Kürəsində yox, Günəş
sistemində yox, bizim
Qalaktikadan kənarda da həyatın
olmasına da
aydınlıq gətirdi. Hətta həyatın olması üçün Günəşin, hər
hansı ulduzun
olmasına belə ehtiyyac yox imiş
məgərsə..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев