Предыдущая публикация
Üzündə ismət, həya, Mənim iffətli anam!
Öyrətdi dəyanəti, Vətənə məhəbbəti,
Dostluğa sədaqəti, Mənim hörmətli anam!
Hər çəyinliyə dözdü, Nə yoruldu,nə bezdi,
Qəlbi gözlərdən sezdi, Mənim hikmətli anam!
Xoş arzulu, diləkli, Səxavətli,ürəkli,
Süfrəsi duz-çörəkliMənim nemətli anam!
Çətinlikdən yenilməz, Yad önündə əyilməz,
Pislik nədir,o bilməz, Mənim qüdrətli anam!
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 21
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Genə xəyal edərəm bəzmi-istirahətdir.
omrumun gunumun menasi ana
shirin laylayinla boy atmisham men
neche arzulari oyatmisham men
qaraca tellerin agappaq olur,
o solgun yanagin mene dag olur.
dunyaya baxma gel qem yeye yeye
o agca saclarin qaralsin deye
sesimi unumu vererem ana
omrumu gunumu vererem ana...
sen korpe qelbimin sirdashi ana
atamin arxasi qardashi ana
o genish ureyin vetene benzer
omrun dunyamizi naxishla bezer
uca bir dagisan bizim ellerin
menim ag gunumdur agca tellerin
dunyaya baxma gel qem yeye yeye
o agca saclarin qaralsin deye
sesimi unumu vererem ana
omrumu gunumu vererem ana...""
Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır "ya rəbbim! - deyə:
- Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə... ancaq
Ömürdən hədiyyə görməmişəm mən.
İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.
Çoxdur hədiyyələr insan adına:
Qiymətli ziynətlər, qiymətli daşlar.
Ana həyat verir öz övladına,
Həm də öz ömründən ömür bağışlar.