ə) ANAMIZIN DUASI
Həzrət Həvva (s.ə) uşaq istədikləri zaman Allaha belə dua edərmiş:
«Əgər bizə saleh (sağlam və həyat sürməyə qadir) bir övlad əta etsən, mütləq şükr edənlərdən olacağıq». (Əraf, 189)
Uşaq varlığı ilə böyük bir nemətdir və bir nemət nə qədər dəyərlidirsə, o dərəcə ağır bir məsuliyyətə sahibdir. Bundan dolayı başda peyğəmbərlər (ə) və imamlar (ə) olmaqla bütün insanlıq, uşaq məsələsində çox ağır imtahanlara çəkilmişdirlər. Uşaq, yoxluğu ilə də ağır bir imtahan olaraq insanların qarşısına çıxmaqdadır. Belə davam etdikcə hər ana və atanın ən ümdə məsələsi, uşaqlarını yaxşı yetişdirmək, onları iman, ehsan, irfan və hikmət nöqtəsində bir səviyyəyə çata bilmələrini təmin etməkdir. Amma hər ana və atanın etiraf edəcəyi üzrə bu iş çox da asan deyildir. Hər nə qədər çətin olsa da bizlərə əmanət edilən uşaqlarımızı yaxşı bir formada yetişdirmək bizim əsl vəzifəmizdir. Bu əsl vəzifəmizi yerinə gətirə bilməyimiz üçün bizə yaxşı nümunələr, ideal örnəklər, bu çətin işin öhdəsindən necə gələ biləcəyimizi bizlərə göstərəcək doğru məlumatlar sevimli Peyğəmbərimiz (s) və məsum İmamlarımızın (ə) izindən getməkdə olacaqdır.
Allah Dualarımızı Qəbul eləsin 🤲🏻🌹
OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев